Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-229/2024 22.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası və X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı və cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəməyə bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və maraqlı şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Qaşqaçay kəndində yaşayır. X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X2 Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsi miras qalmışdır. Bildirir ki, atası öldükdən sonra mirası o idarə edir. O, atasından düşən payın ona verilməsini istəyir. Aralarında mübahisə olduğu üçün notariat ofisində vərəsəlik yolu ilə mirası əldə edə bilmir. O, sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpası və X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını, iddia ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsi İddiaçı, X12, X10, X13 və X1 ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında Arayışdan görünür ki, X12 31 mart 2002-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 110 saylı arayışdan görünür ki, X8 arvadı X3, oğulları Kazımov X11 Tural Baba oğlu və qızı X4 ibarət vərəsələri vardır. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin notariusunun məktubundan görünür ki, iddiaçıya mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı oğlu Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş X10, İddiaçı və X1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum X7 miras qalan əmlakları ya faktiki qəbul edərək, ya da faktiki faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlaklardan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsi İddiaçı, X12, X10, X13 və X1 ümumibirgə mülkiyyətindədir. X12 31 mart 2002-ci ildə ölmüş, onun arvadı X5, oğulları İddiaçı, X13 və qızı X4 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X3, İddiaçı, X13 və X10 miras əmlakdan onlara düşən payı ya notariat ofisinə müraciət edərək, ya da faktiki qəbul etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X12, X10, X13 və X1 ümumibirgə mülkiyyətində olan Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsinin Baba Kazımovun payına düşən 1/5 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X12, X10, X13 və X1 ümumibirgə mülkiyyətində olan Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsinin Baba Kazımovun payına düşən 1/5 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********66 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X12, X10, X13 və X1 ümumibirgə mülkiyyətində olan Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.1995 ha torpaq sahəsinin Baba Kazımovun payına düşən 1/5 hissəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-229/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-229/2024
22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver