Məhkəmə qərarları › İş №2(024)-231/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-231/2024

19.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-231/2024 19.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “birgə əmlakın bölünməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X1 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evin ərinin mülkiyyətində olan 5/8 hissəsinin yarısının birgə nikahda əldə edilmiş əmlak olmaqla onun mülkiyyəti olmasını nəzərə alaraq miras əmlakı üzərində onun payının 1/2 olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlər Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum əri X2 ölümündən sonra Qax rayonu Tasmalı kəndində yerləşən 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evin 5/8 hissəsi miras əmlakı olaraq qalmışdır. Həmin miras əmlakı onun tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Qax rayon Məhkəməsinin qətnaməsinə əsasən miras əmlakından digər vərəsələrin payları verilmiş, lakin onun birgə nikahda əldə etdiyi, miras əmlakdan yarısının onun mülkiyyəti olması nəzərə alınmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum əri X1 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evin ərinin mülkiyyətində olan 5/8 hissəinin yarısının birgə nikahda əldə edilmiş əmlak olmaqla onun mülkiyyəti olmasını nəzərə alaraq miras əmlakı üzərində onun payının 1/2 olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 24 dekabr 2023cü il tarixli № 05/Q-2485/69 saylı Arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 ilə İddiaçı Aşur qızının nikahları 19 avqust 1966-cı ildə qeyd edilmişdir. İşə əlavə edilmiş Qax rayon Tasmalı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi AZ-İ № 392770 saylı ölüm haqqında şəhadətnamənini təkrarından görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin 3/8 hissəsi İddiaçı, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il qeydiyyat tarixli reyestrdən Çıxarışa əsasən 5/8 hissəsi X2, həmin evin yerləşdiyi torpaq sahəsinin 5/16 hissəsi İddiaçı, 3/16 hissəsi X2, 4/16 hissəsi X3 və 4/16 hissəsi X4 paylı mülkiyyətindədir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını və iddia ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ilə İddiaçı Aşur qızının nikahları 19 avqust 1966-cı ildə qeyd edilmiş və onların birgə nikah dövründə Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evi inşa edilmişdir. X6 xx.xx.2016-cı ildə ölmüşdür. Qax rayon məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(024)-63/2023 saylı qətnaməsinə əsasən Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X2 tam, Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin ½ hissəsi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin X2 mülkiyyətində olan ¼ hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmış və Qax rayonu Tasmalı kəndində yerləşən 115.5 kv.m fərdi yaşayış evinin ½ hissəsinin 3/6 hissəsi və 1/6 hissənin 3/4 hissəsi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin X2 mülkiyyətində olan ¼ hissəsinin 3/6 hissəsi və 1/6 hissəsinin 3/4 hissəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilmiş və iddiaçının mülkiyyətinə verilmişdir. İşin faktiki halları və iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddianın predmetini təşkil edən Qax rayoun Tasmalı kəndində yerləşən fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Sözügedən miras əmlak İddiaçı və Əlisgəndər Musayevin birgə mülkiyyəti hesab edilir və həmin əmlak üzərində İddiaçı ½ hissəsi payı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafıə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır) Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də. ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmladakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalmz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X1 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evin Əlisgəndər Qurbanovun mülkiyyətində olan 5/8 hissəsi üzərində iddiaçının payı 1/2 olmaqla müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Reyestr nömrəsi **********58-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X1 miras qalmış Qax rayonu Tasmalı kəndində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 115 kv.m olan evin Əlisgəndər Qurbanovun mülkiyyətində olan 5/8 hissəsinin üzərində İddiaçı 1/2 hissə payı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar