Məhkəmə qərarları › İş №2(024)-232/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-232/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-232/2024 02.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədirliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Ərizəçi xx.xx.1949-cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə ərizə göndərərək iclaslarda iştirak edə bilməyəcəyini işə iştirakı olmadan baxılıb təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.1949 -cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində anadan olmuş.Lakin atası ona vaxtilə doğum haqqında şəhadətnamə almamışdır. Özünün doğum haqqında şəhadətnaməsi ilə maraqlanmamışdır. Qeydiyyat şöbəsinə də müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən arxivdən axtarılmış və tapılmamışdır, özünün doğumunun müvafiq icra hakimiyyəti orqanında qeyd edilməmişdir. Beləliklə hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi yoxdur. Onun doğum haqqında şəhadətnaməsi olmadığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Ona görə də doğum faktının müəyyən edilməsinin zəruriliyi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən özünün xx.xx.1949-cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də Ərizəçi xx.xx.1949-cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində doğulmuşdur. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də Ərizəçi xx.xx.1949-cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində doğulmuşdur. İşə əlavə edilmiş AZE № 01436620 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İşə əlavə edilmiş Maraqlı şəxs verdiyi 3-16-5/8-69-255/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, özü xx.xx.1949-cu il tarixdə Qax rayonu Qaşqaçay kəndində anadan olmuşdur.Həmin hadisədən sonra özümüzə gələ bilmədik.Atasının doğum haqqında şəhadətnaməsi ilə maraqlanmamışdır.Daha sonra xəstəliyi ilə əlaqədar olaraq o doğum haqqında şəhadətnamə ala bilməmişdir. Qeydiyyat şöbəsinə də müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən arxivdən axtarılmış və tapılmamışdır, qızının ölümünün qeydi müvafiq icra hakimiyyəti orqanında qeyd edilməmişdir. Beləliklə hazırda Ərizəçi ölüm haqqında şəhadətnaməsi yoxdur. Onun ölüm haqqında şəhadətnaməsi olmadığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Ona görə də ölüm faktının müəyyən edilməsinin zəruriliyi ilə əlaqədar məhkəməyə müraciət etmişdir.Göstərilənləri nəzərə alaraq məhkəmədən Ərizəçi xx.xx.1949-cu il tarixdə Qaşqaçay kəndində doğulması şahidlərin ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Odur ki, müvafiq fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum Ərizəçi xx.xx.1949-cu il tarixdə Qaşqaçay kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1949-cu il tarixdə Qaşqaçay kəndində doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar