Məhkəmə qərarları › İş №2(024)-241/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-241/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-241/2025 24.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı2, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və 3-cü şəxslər Şəki regional «ASAN xidmət» mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat ofisi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-in 12 saylı Şəki Ərazi idarəsinə qarşı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılmanın müəyyən edilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və 3-cü şəxslər Şəki regional «ASAN xidmət» mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat ofisi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılmanın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvanında ev mülkünün yerləşdiyi 0.115 ha həyətyanı torpaq sahəsinin 0.0533 ha hissəsinin cəmi 4.000 manat qiymətində ifadə olunan dəyərinin nəğd pulla ödənilməsini təsdiq edən hər hansı sübutun olmadığına görə, İddiaçı1, İddiaçı2 və X9 ilə Cavabdeh arasında rəsmiləşdirilmiş 03 avqust 2019-cu il tarixli, daşınmaz əmlakın AN-1, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1, İddiaçı2, X5 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi , eyni həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş yarımçıq ev tikilisinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvanda yerləşən 0.0533 ha torpaq sahəsindən çıxarılmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.0533 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsinin iddia predmetlərinə əlavə edilməsi üçün iddianın həcminin arıtırlmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu, Qaxingiloy kəndi, Nizami adına kolxozun qaytanlanmış torpaq kitabında ailə başçımız X10 adına qeydiyyatı aparılmış 0.07+0.05 =0.12 ha cəmi torpaq sahələrinin yerləşdiyi hazırkı hüquqi ünvan ünvan 2 ildən artıq müddətdə ailəsinin əməli sahibliyində və şəxsi istifadəsində olmuş, daimi yaşadıqları həmin evdə 10 oktyabr 2014-cü ildə ailə başçısı X16 vəfat etmişdir. Onun vəfatından sonra, maddi ehtiyacları ödənilməsi hədsiz çətinləşmiş və müxtəlif şəxslərə ödənilməli xeyli pul borcu yaranmışdır. Ailə üzvündən İddiaçı2 nevroloji xəstə, Firuzi Kulaşvilinin kəskin formalı ürək xəstəsi olduqları üçün müraciət olunan hər hansı fiziki işə onların qəbul etmirdilər. Verilən sosial müavinətlə isə dolana bimirdi. Özünə məxsus ev heyvan və quşlarını, məişət əşyalarını satıb 4 il bir təhər dolansaq da, mütamadi tələb edilən borclarını ödəmək və xəstələrin müalicəsi üçün nəğd pulu əldə etmək məqsədi ilə, məcburən evinin həyətyanı torpağından 0.0533 hissəsini satmaq qərarına gəlmişlər. 2018-ci ilin fevral ayının əvvəlində Firuzi Kulaşvili məhz belə çıxılmaz şəriətdə, əvvəldən tanımadığı Cavabdeh və atası Elşəni fərdi evin tikilməsi məqsədi ilə satacağı torpaq sahəsinə baxmaq üçün alıcı kimi həyətyamıya gətirmişdir. Tikdirəcəkləri fərdi evin Qax şəhərinin yeni mərkəzlərinin birində yerləşdirdiyini görən ata və oğul satılan həyətyanının bəyənmişlər. Daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin yoxluğunu və həmin sənədlərin əldə edilməsi üçün nəğd pulunun olmadığı ilə bağlı onları məlumatlandırdıqda isə Ramazanov Elşən sənədləri rəsmiləşdirilmə xərclərinin özü ödəyəcəyinə vəd vermişdir. (Lakin o, vədinə əməl etməmiş,özün pensiya və müavinətindən toplayıb saxladığı pulla hüquqmüəyyənedici sənədlər rəsmiləşdirilmişdir) Həmin vaxtdan Kulaşvili Firuzi, Cavabdeh və atası Ramazanov Elşən fərdi evin tikintisi üçün torpaq sahəsinin yerləşdiyi ərazidə real bazar satış qiymətini hansı əsaslarla müəyyən edildiyini və torpaq sahəsi ilə münasibətdə alqı-satqı müqaviləsinin şərtlərinin həqiqi niyyətə uyğun olub-olmaması barədə etdikləri ixtilaf məlumatlarını bizdən gizlətmişlər. Bu səbəblərə görə və Firuzinin mübtəla olduğu ürək çatışmamazlığı xəstəliynin şiddətləndiyi üçün onun bütün tələblərini qəbul edib, təxirəsalınmaz müalicəsinə xatir əmlakla bağlı etdiyi hər hansı hərəkətlərinə iradlarını bildirmirdilər. Göstərilən həqiqi hallara görə də həyətyanının alqı-satqısı üçün Firuzinin Elşəndən beh yaxud da müalicəsi üçün müəyyən qədər pul aldığına dair hər hansı məlumatı olmadı. Zəruri olaraq məlum edir ki, ağır vəziyyətə düşümüş kasıb ailəsinin həyatda qalmağa xatir axırıncı əmlaklarını satmalı olduqları şəraitdən sui-istifadə edəcəyinin və ailəsinin sağalmaz xəstəlkdən əziyyət çəkən oğlu Firuzla pis niyyətlə razılığa gəlməsinin mümkünlüyünü tamamilə özü üçün yəqin etmiş Ramazanov Elşən, oğlu Elməddinə fərdi ev tikdirilməsi fürsətindən istifadə etməsi nəticəsində onlar Külaşvililər üçün son dərəcə əlverişsiz şərtlərlə ağır şərtli əqdi məcbur bağlamaqlarına qədər, ümumi birgə sahibliyində və istifadəsində olan həyətyanının bölgüsünün ölçü-planını, cizgizini işlənilmədən və adıçəkilən vahid əmlak üzrə mülkiyyətin dövlət qeydiyyatına dair “ Çıxarış”-ı əldə etmədən, həyətyanının təxminən 5 sotuna tikinti materialları gətirdirib tökdürdü. 2018-ci ilin mart ayının əvvəlində isə, sözügedən fərdi evin tikintisinə dair Qax RİH-müvafiq sərəncamı alınmadan və həmin orqanının layihə-smeta bürosunun əsaslandırılmış çertyojunu əldə etmədən özbaşına olmaqla Ramazanov Elşənin və oğlu Elməddinin növbə ilə gətirdikləri ayrı-ayrı ustalar, adıçəkilən sahədə 3 otaqlı, qarşısı iri ölçüdə eyvandan ibarət olacaq, bir mərtəbəli, evin bünövrəsini qazıb, bir-neçə həftə ərzində yaşayış sahəsinin kürsüsünü tikib dəmir torla kəmər hissəsin betonla bərkitdilər. Təxminən 7-8 aydan sonra isə, yəni 2019cu ilin aprel ayı ərzində, Ramazanov Elşən bizim məlumatı və razılığı olmadan Qax rayon dövlət arxivindən ev mülkünə aid təsərrüfatbaşına qaytanlanmış kitabdan çıxarışı əldə edib daşınmaz əmlakın fərdi evini şəxsən X5 adına, 0,115 ha torpaq sahəsini isə ümumi birgə mülkiyyətdəki həyətyanı torpaq sahəsi olmaqla hər üçünün yəni, İddiaçı1, X9 və İddiaçı2 hüquq sahibi kimi hüquqularının dövlət qeydiyyatının aparılması işini icra etmək məqsədi ilə onun adına bizi təmsil etmək üçün rəsmi etibarnamə vermədikləri halda, iradələri əleyhinə, özbaşına əldə etdiyi hüquqmüəyyənedici sənədləri, əvəzindən imza edərək, dövlət qeydiyyatının aparılması üçün dövlət rüsumunu və xidmət haqqını isə Firuzi Kulaşviliyə ödətdrib AR İİN-nin ƏMDK-i yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə təqdim etmişdir. İcraata qəbul edilən sənədlər əsasında, 13 iyun 2019-cu il tarixdə, AR ƏMDK-nin DƏDRX-nin yanında 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı1 İddiaçı2 və X5 adına **********2010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli birgə mülkiyyətə dair dövlət reyestrindən Çıxarış verilmişdir. Sözügedən mülkiyyət sənədi 1 aydan çox müddətdə onlardan izli saxlanılmış, həmin vaxt ərzində Kulaşvili Firuzi ilə Ramazanov Elşən dəfələrlə görüşmüş, lakin həyətyanın alqı-satqısının qiymətinin məbləği və ödənilmə qaydasına dair bizə hər hansı məlumat verməmişlər. 02 avqust 2019-cü il tarixdə günün birinci yarısında mübahisəli torpaq sahəsinin bölgü planının tərtib edilməsi məqsədi ilə reyestr xidmətinin əməkdaşı həyətyanıya gəlib, «Bölgü planı» tərtib etmiş, həmin vaxt evdə olmadığına görə, xidmət əməkdaşının sonrada yenidən evinə gəlib onlara təqdim etdiyi texniki sənədi oxumadan və mənasını başa düşmədən məcburən onu imzalamışlar. Eyni günü yəni, 02 avqust 2019-cü il tarixdə alqısatqını rəsmiləşdirmək məqsədi ilə notariat ofisinə getmək üçün yaşadıqları evə gəlmiş, alıcı Cavabdeh və atası Elşənə, İddiaçı1 torpaq sahəsinin hansı toplam qiymətə alacağını və dəyərinin hansı qaydada ödəyəcəyini soruşan İddiaçı1, Elməddin ümumiyyətlə cavab verməmiş, alıcının atası Elşən isə dəqiq cavab verməkdən yayınıb alqı-satqıya görə artıq Kulaşvili Firuzi ilə razılaşdığını deyərək, bu barədə Firuzun cavab verməli olduğunu bildirmişdir. Firuzi Elşənin cavabını eşidən kimi əsəbləşərək «həyətyanını kefindən deyil, xəstələyinin müalicəsi üçün məcburən satdığı»-mənasında ümumi sözlər söylədikdən sonra, şəxsən Elşənin üzünə qeyzlənib «bax Elşən verdiyin vədinə əməl etməlisən, xəstəliyimdən qəflətən ölərsə torpaq sahəsinə görə ödəyəcəyi pulun hesabına ailəsinin yaşadığı evi əsaslı təmir elətdir» deməsinə X19 verdiyi vədinə əməl edəcəyinə onların da eşitdikləri uca səslə təkrar-təkrar söz vermişdir. Bununla belə, məhkəməyə məlum edirlər ki, onlar istər mübahisəli həyətyanının alqı-satqısından əvvəl, istərsə də sonrakı dövrlərdə Cavabdeh Kulaşvili Firuzi ilə 0.0533 ha torpaq sahəsinin toplam hansı qiymətə almağa razılaşdığını, həmin məbləğin nə qədərinin Firuziyə hansı qaydada (bank vasitəsi yaxud da nəğd şəkildə, şahidlərin iştirakı ilə yazılı qeydin ya qəbzin imzalanması yolu ilə) ödənildiyi və ya nə qədər məbləğin yaşadıqları fərdi evin əsaslı təmirinə xərclənəcəyi kimi şifahi şərtləşdiklərinin barədə hər hansı məlumatı öyrənə bilməmişlər. Həmin gün yəni, 02 avqust 2019-cu il tarixdə Qax rayon dövlət notariat ofisində həyətyanının alqı-satqı müqaviləsini təsdiq etdirmək istədikdə, həmin vaxt notarius işləyən Zima Xasıyeva, Ramazanov Elşənə, Cavabdeh və Kulaşvili Firuza ümumilikdə müraciət edərək həyətyanının 1 sotunu neçəyə qiymətləndirdiklərini sual etdi. X15 hamının əvəzinə tələsik danışıb həyətyanın 1 sotuna 800 manat, 5 sotu üçün isə cəmi 4.000 manat ödəyəcəyini dedi. Notarius heyrətlə bildirdi ki, həmin həyətyanının yerləşdiyi ərazi Qax şəhərinin mərkəzlərindən biri sayılır, orada 1 sotun ən aşağı qiyməti 2.000 manat, 5 sotun ümümi dəyəri isə 10.000 manatdır və alıcı Elşənə irad tutub izah etdi ki, bağlamaq istədiyiniz müqavilənin təsdiqlənməsi üçün 4.000 manat pul məbləğinin bank əməliyyatı vasitəsi ilə ödənilməsi tələb edilmədiyinə görə guya həmin məbləğə satıcıların razılaşdığı görüntüsünü yaradıb, həyətyanın real bazar qiymətini bank vasitəsi ilə ödəməkdən məqsədli olaraq yayınırlar. Notarius sözünü tamamlayıb əlavə etdi ki, daşınmaz əmlakın real bazar dəyərinin məbləğini alıcı satıcılara notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməzsə onun alqı-satqını müqaviləsini rəsmiləşdirmək ixtiyarı yoxdur. Qax rayon dövlət notariat ofisində alqı-satqını özü istəyən kimi təsdiq edə bilmədiyini görən əsl alıcı Elşən əsəbi halda bildirdi ki, almaq istədiyi həyətyanı sahənin qiymətini özü müəyyən etmişdir deyərək harada olmasından asılı olmayaraq bir notarius tapıb alqı-satqının hökmən sabah rəsmiləşdirəcəyini bildirmişdir. Ertəsi gün yəni, 03 avqust 2019-cü il tarixdə səhər tezdən yaşadıqları evə gəlmiş Ramazanov Elşən idarə etdiyi şərnişin avtobusunu Qax-Zaqatala rayonlararası marşurut xəttindən çıxarıb həmin avtomaşınla oğlu Cavabdeh və bizi həyətyanının alqı-satqısını rəsmiləşdirmək məqsədi ilə Şəki regional «ASAN xidmət»-də fəaliyyət göstərən notariat ofisinə aparacağını bildirmişdir. Həmin vaxt onun Firuzla etdiyi növbəti mübahisədən sonra, məcburən onun avtomaşını ilə Şəki şəhərinə getmişlər. Elşən onlardan öncə özü tək, hazırkı 3-cü şəxs notariat ofisinin xüsusi notarisunun kabinetinə girmiş, notariusla xeyli söhbətləşəndən sonra kabinetdən çıxıb onlara demişdir ki, əvvəlki notariusdan fərqli olaraq bu notarius pul məbləğinin banka qoyulub-çıxarılmasını tələb etmir və alqı-satqını təsdiq etməyə razıdır. Əlavə olaraq onlara təkrar-təkrar xəbərdarlıq etdi ki, 0.0533 ha həyətyanı 4.000 manata satılmasına dair notariusun sualına razı olduqları barədə cavab versinlər və artıq heç nə söyləməsinlər. Elşənin özü də oğlu Elməddinlə bərabər onların kabinətə daxil oldu, həmin vaxt notarius hamısına alqı-satqıya razı olub-olmadığın dair verdiyi cəmi bir sualı İddiaçı2 ümumiyyətlə başa düşmədi. Tamazın yarı azərbaycanca, yarı gürcücə verdiyi rabitəsiz cavabına notarius hər hansı münasibət belə bildirmədi. O, İddiaçı1 isə ilk dəfə notariat əməliyyatında iştirak etdiyinə və sualın tam aydın olmadığına görə, habelə sonradan Cavabdeh və atası Elşənin təzyiq və təhdidlərdən qorxaraq eyni ilə Tamaz kimi yox cavabı verə bilməmişdir. Notarius isə onlara torpaq sahəsinə görə 4.000 manat pul məbləğinin ödənilib-ödənilməməsini ondan soruşmamış və müqaviləni imzalamağı təklif etmişdir. Cavabında ona bildirmişlər ki, Tamazi uşaqlıqdan psixi xəstədir, müalicəsi mümkün olmadığına görə məktəbdə yalnız ibtidai siniflərə gedib və müstəqil oxuyub-yazmağı bacarmır. Notarius Firuziyə demişdir ki, həyətyanını satılmasını qardaşına izah etmək üçün götürsün, bu müqaviləni oxusun ki, o da başa düşsün. Firuzi də gürcü dilində oxuyub-yazmağın bir qədər yaddaşında qaldığını, ancaq Azərbaycan dilində oxuyubyazmağı qətiyyən bacarmadığını bildirmişdir. Bu zaman notarius ona təklif etmişdir ki, müqaviləni oxusun, övladlarına izah etsin və sonra da hər biri müqaviləni imzalasın. Müqaviləni alıb baxmış, müqavilənin latınca yazıldığın görmüşdür. Dərhal notariusa kirillcə bir qədər yazıb-oxuya bildiyini, ancaq latın qrafikasında qətiyyən yazıb-oxuya bilmədiyini bildirmişdir. Həmin vaxt Firuzi Qaxdakı notariusda gürcü dilindən tərcüməçinin olduğunu söyləyib, burada gürcü tərcüməçinin olub-olmadığını xəbər aldıqda notarius əsəbi şəkildə niyə bura gəldiklərini, işlərini elə orada görüdürmələrini demişdir. Elmədinin atası Elşən dərhal üzrxahlıq diləyib söhbətə müdaxilə edərək, onların Azərbaycan dilində yazıb oxumağı bacarmadıqlarının yalnız indi ona məlum olduğunu, verəcəyi pul məbləğininin bütünlüklə Firuzinin xəstəliyinin təcili müalicəsinə xərcləyəcəyini bildirib, əvəzindən notariusdan xahiş etmişdir ki, gürcü dilindən tərcüməçi olmasa da onların Azərbaycan dilini başa düşdüklərini nəzərə alıb müqaviləni elə bu gün rəsmiləşdirsinlər. Cavabında notarius təklif etmişdir ki, kim necə bacarırsa müqaviləni o qaydada imzalasın. Odur ki, notariusun deməsinə görə, o İddiaçı1 kiril əlifbasının hərfləri ilə imza edib həmin hərflərlə soyadını birtəhər yazdım, Kulaşvili Firuzi də imza əvəzinə hansısa məlum olmayan hərfləri qeyd edib, həmin qrafaya öz adını gürcü dilinin hərfləri ilə yazdı. İddiaçı2 isə növbəti dəfə azərbaycanca və gürcücə rabitəsiz cümlələr söyləyib imza etmədikdə, notarius əsəbləşib təkid etdi ki, imza əvəzinə öz adını yazsın. Yalnız bundan sonra Tamazi gürcücə söyüşlər söyə-söyə məcburən gürcü dilinin hərfləri ilə öz adını qeyd etmişdir. Zəruri olaraq məlum edirlər ki, notarius alqı-satqı müqaviləsini rəsmiləşdirərkən, Qax şəhərində yerləşən 0,0533 ha həyətyanının real bazar qiymətinin həqiqətən də 4.000 manat olduğuna dair rəsmi sənədi bizdən tələb etməyərək, qeyd edilən əqdin tərəflərin həqiqi niyyətinə uyğun olub-olmaması və məxsusi olaraq da alıcının pul məbləğin biz satıcılara ödəyibödəmədiyinə dair xidməti araşdırmanı aparmayaraq qanunsuzluğa rəvac verməklə əslində bizi mülkiyyətindən məhrum etmiş olmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin nüsxələri notariusda şəxsən onlara verilməmiş və həmin vaxtdan satılan həyətyanının hansı qiymətdə olması və həmin məbləğin həqiqətəndə Elməddinin yaxud da atası Elşənin ödədiyi barədə istər Firuzinin sağlığında, istərsə də onun ölümündən sonra da hər hansı dəqiq məlumat onlara məlum olmamışdır. Notariat əməliyyatından bir-neçə ay sonra, Firuzinin əziyyət çəkdiyi ürək xəstəliyi şiddətləndi, özünün müalicə olunmadığına görə hər gün əsəbləşib, həyətyanını məcburən, çıxılmaz vəziyyətdən xilas olması xatirinə bazar dəyərindən xeyli ucuz satdığı Elməddindən və atası Elşəndən pulunu ala bilmədiyindən peşman olduğunu dəfələrlə xatırlayaraq, ödənilməli pul məbləğini almayınca onlara həyətyanıda fərdi ev tikdirməyə imkan verməyəcəyini təkrar-təkrar söyləyirdi. Bu halları bilirmiş kimi, Şəkidəki notariusdan qayıtdıqları 7 ay müddətində Firuzla görüşmək üçün Elməddin və atası bir dəfədə olsun belə evinə gəlmədilər. Yalnız bir dəfə, Firuzun xəstəliyinin son günlərindən birində cavabdehin atası Elşən evimizə gəldi, onların danışdıqlarına hər hansı müdaxiləyə Firuzi onlara imkan vermədi. Aralarındakı qısa söhbətdən belə məlum oldu ki, həyətyanıya görə ödəməyə imkanları yetmir. Cavabında Firuzi hədsiz əsəbləşib onun üzünə dedi ki,əgər ödəməyə pulun yetmirsə müqaviləni ləğv etdir, ölüm ayağında olsamda pulunu verənə oranı satım. Elşən dərhal əvvəl dediyi sözü inkar edərək söylədi ki, ona söz verdiyindən tamamilə arxayın olsun, ailənin həmin gərgin əsəbi görüşdən bir-neçə gün sonra, xəstəliyindən üzülmüş ailə üzvü X9 01 mart 2021-ci ildə qəflətən ürək çatışmamazlığından vaxtsız vəfat etdi. Firuzinin dəfnindən sonra, Cavabdeh və atası Elşən təxminən il 8 ay müddətində onlarla hər hansı əlaqə saxlamadılar, 2022-ci ilin noyabr ayının əvvəlində isə evlərinə gəlib həyətyanının 0.0533 ha hissəsinə görə verməli pul məbləğini Firuziyə ödədiklərini, həmin hissədə özlərinə fərdi ev tikdirəcəklərini, onların yaşadıqları evi də eyni vaxtda əsaslı təmir etdirəcəklərinə növbəti dəfə vəd verdilər. Əlavə etdilər ki, onların mərhum Kulaşvili Firuzi ilə şifahi razılaşdıqları şərtlərdən ümumiyyətlə xəbərlərinin olmadığını bilirlər, ancaq mərhuma pul vermişlər, evin də təmiri işlərinin öz hesablarına elətdirəcəklər və bununla da həyətyanıya görə borclarının başa çatacağını israrla bildirdilər. Cavabdehin və atasının söylədiklərinin yalan olduğunu, əvvəl Firuzini, onun ölümündən sonra bizi altadığlarını, pul məbləğinin verilməsini görən və təsdiq edən heç bir şahidin olmadığını, bu barədə yazılı qeydin mövcud olmadığını, Qax şəhərindəki notariusda onları aldatmağın mümkün olmadığı üçün öz istəyi ilə məcburən Şəki şəhərinə aparılmalarını, notariusun alqı-satqı müqaviləsinin bağlanmasını iradə ifadəsinin əleyhinə olaraq əmlaklarının dəyərinin ucuz qiymətlə icra etməsini, onların hər hansı birinin Azərbaycan dilində oxuyub yaza bilmədiyi halda gürcü dili tərcüməçisinin iştirakı təmin edilməməsini və sonucda satıcılardan biri, İddiaçı2 imzaladığı müqavilənin mahiyyətini dərk etməyən 2-ci qrup uşaqlıqdan əlil olan psixi pozuntulu şəxs olaraq müqaviləyə razılığının imza etməsi əvəzinə gürcü dili hərfləri ilə öz adının yazmağına məcbur edilməsi barədə təkzibedilməz saxtakarlığla rəsmiləşdirildiyinə görə onlara qəti etirazlarını bildirib tələb etmişlər ki, həyətyanının real bazar dəyəri ilə pulunu ödəsinlər, evi özləri təmir etdirər. Həmin vaxtdan cavabdeh və onun atası sözügedən sahədə fərdi evin tikintisini davam etdirdilər və 1 il ərzində xeyli iş gördürdülər. Yaşadıqları evin əsaslı təmirini nə vaxt edəcəyini onlardan soruşduqda söz verib dedilər ki, az müddətdə vədlərinə əməl edəcəklər. Bu minvalla cavabdeh 1 il 6 ay ərzində eyni sözü söylədiyinə baxmayaraq vədini icra etməkdən yayındı. 2024-cü ilin mart ayının əvvəlində növbəti dəfə müraciət etdikdə isə cavabdeh əsəbi şəkildə bizimlə sözlü mübahisə edərək, tikinti işlərini dayandıracağını, yarımçıq ev tikilisini elə bu vəziyyətdə tezliklə satacağını və evin təmir edilməsinə dair onun hər hansı borcu olmadığını bildirdi. Yalnız həmin vaxt onlara aydın oldu ki, cavabdeh hamını aldadıb və alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsindən bilə-bilə yayınır. X17 də eyni sözləri eşitdikdə sonra tam yəqin etmişlət ki, həyətyanıya görə veriləcək pulun Kulaşvili Firuza ödədiklərinin deyilməsi də yalandır, Firuzinin öldüyü üçün həmin məbləğin verilib-verilməməsini təsdiq edən hər hansı şahidin olmadığına görə, evini təmir etdirəcəkləri bəhanəsi ilə öz evlərini tikdirəndən sonra, məqsədləri odur ki, evə köçüb orada yaşayacaqlar, onların edəcəkləri şikayələr isə araşdırılmayacaq. Bu səbəbdən dərhal daşınmaz əmlakımızın alqı-satqı müqaviləsinin və «Çıxarış»-ın sürətlərini notariat arxivindən əldə edib, onlara qarşı dələduzluq cinayəti törətmiş Cavabdeh barədə Qax RPŞ-ə şikayət ərizəsi vermişlər. Şikayət ərizəsində göstərmişlər ki, Ramazanov Elşən və oğlu Cavabdeh ünvan 3 ünvanındakı dövlət qeydiyyatına alınmış, xüsusi mülkiyyətlərindəki daşınmaz əmlak kütləsinə daxl olan 1 (bir) sot həyətyanı torpaq sahəsinin 2019-cü ildəki bazar dəyəri 7.000 (yeddi min) manat olduğu halda, cavabdeh onları ağır şərtlərlə alqı-satqıya məcbur edib, 0,0533 ha torpaq sahəsinə görə təxminən 40.000 manat ödənilməsinin əvəzinə 1 manat da olsun ödəməyiblər, dəfələrlə həmin pul məbləğinin ödənilməsini tələb etsələr də, hər hansı əsas olmadan həyətyanının dəyərini ödənilməsindən bilə-bilə yayınırlar. Həmin ərizə əsasında barələrində dələduzluq cinayəti törətmiş şəxslər Qax RPŞə çağrılıb izahatları alınmışdır. Qeyd edilən xususat ona dəlalət edir ki, yalnız 5 ildən sonra, yəni 2024-cü ilin mart ayının əvvəlində məlumatı oldu ki, Cavabdeh bir qrup şəxslə əlbir olub onları mülkiyyətilərindən tamamilə məhrum ediblər. Belə qənaətdədirlər ki, daşınmaz əmlak barədə mübahisələndirdikləri əqdin mülki qanunvericiliklə müəyyən edilmiş 6 illik iddia müddətinin axımının davam etdiyinə görə, sözügedən alqı-satqı üzrə öhdəliklərini cavabdehin əsassız olaraq ümumiyyətlə ödəmədiyi, habelə torpaq sahəsinə dair notariat hərəkətlərinin qanunsuzluğu ilə bağlı faktlar bizə 2024-cü ilin mart ayının əvvəlində məlum olduğu üçün tərəfindən iddia müddəti ötürülməyib. Zəruri olaraq məhkəməyə məlum edir ki, savadlarını ümumiyyətlə olmadığı, Azərbaycan dilində yazıb-oxuya bilmədiklərini notariat əməliyyatının aparıldığı zamanı notariusa bu barədə məlumat verməsinə baxmayaraq alqı-satqı müqaviləsinin şərtlərini bizə gürcü dilinə tərcümə edəcək tərcüməçinin təyin edilməməsi səbəblərindən əqdi imzalayarkən aldadılmağımızı müqaviləni gürcü dilində imzalamaqları da sübut edir. Ümidvardırlar ki, məhkəmə işin qeyd edilən həqiqi hallarına Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində ehtiva olunmuş bütün vətəndaşların müllətindən, dinindən və dilindən asılı olmayaraq qanun qarşısında bərabərlik hüququna sayqı ilə yanaşıb mülkiyyətimizə dair konstitusion hüququmzu bərpa edəcəkdir. Qeyd edilən xususat ona dəlalət edir ki, həyətyanı torpaq sahəsinin həqiqi bazar dəyərindən 10 dəfə aşağı qiymətə rəsmiləşdirilməsi və dəyərinin belə ödənilməməsi ilə mülkiyyət hüququ tamamilə pozulub, qanuni mənafelərinə həqarətlə yanaşılıb. Digər tərəfdən alqı-satqı müqaviləsi 3 əsas səbəblərə görə qanunsuzdur. 1-ci səbəbi onunla izah edirlər ki, tərəflər arasında bağlanmış 03 avqust 2019-cu il tarixli, alqı-satqı müqaviləsinin 19-cu yarımbəndində göstərilib ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olunmadıqlarını, imzaladıqları müqavilənin dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirdilər. Halbuki, İddiaçı2 2-ci qrup uşaqlıqdan əlildir və psixi pozuntulu şəxs olmaqla hərəkətlərinin mənasını anlamır.? 2-ci səbəbi onunla izah edirlər ki, alqı-satqı müqaviləsinə qeyd edilmiş 4.000 manat əmlak dəyəri 2019-cü ilin iyun ayına aiddir. Həmin dövrdən əvvəlki bazar dəyəri ilə, habelə hazırkı 2024-ci ilin uyğun dövrü arasında kəskin fərqlər var. Bu səbəbdən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməli həyətyanının sözügedən dövrlər üçün real bazar dəyərləri müəyyən edilməlidir. 3-cü səbəb isə elə 1-ci və 2-ci səbəblərlə bilavasitə bağlıdır. Belə ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azxərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin mənasına görə məhkəmə ekspertizası fəaliyyətini öz səlahiyyətləri hüdudlarında yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Yalnız sözügedən hüquqi şəxsin verdiyi ekspert rəyi əsasında həyətyanı torpaq sahəsinin bazar qiyməti müəyyən edilməli və qanunsuz bağlanmış alqı-satqı müqaviləsi məhz elə bu səbəbdən ləğv edilməlidir. Mübahisələndirdikləri bu iş üzrə bilavasitə vəzifə borcu olan notarius tərəfindən həyətyanı torpaq sahəsinin dəyərinin həqiqətən də bazar qiymətinə uyğunluğunu qətiyyən yoxlanmayıb. Göstərdikləri işin həqiqi halları ona dəlalət edir ki, sözügedən alqı-satqı müqaviləsi qanunverciliyinin tələblərinə tamamilə zidd təsdiq edilmiş və onların iradə ifadəsinə qətiyyən uyğun deyildir. Belə qənaətdədirlər ki, daşınmaz əmlak barədə mübahisələndirdikləri əqdin mülki qanunvericiliklə müəyyən edilmiş altı illik iddia müddətinin axımının davam etdiyinə görə, sözügedən alqı-satqı üzrə öhdəliklərini cavabdehin əsassız olaraq ümumiyyətlə ödəmədiyi, habelə torpaq sahəsinə dair notariat hərəkətlərinin qanunsuzluğu ilə bağlı faktlar bizə 2024-cü ilin iyun ayında məlum olduğu üçün tərəfindən hazırkı halda iddia müddəti ötürülməyib. Bunula da hazırkı 3-cü şəxs olan notarius torpağın real bazar dəyəri ilə münasibətdə tərəflərin pis niyyətlə razılığa gəlməsi, habelə satıcı tərəfin əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olunması halının mövcudluğuna uyğun prinsipial qiymət verilməsinə dair vəzifə borcunun birmənalı icrasından yayınmaqla həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinin prezumpsiyasını biləbilə pozmuşdur. Sözü gedən normanın mənasına görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlanmağa məcbur olduğu əqd ağır şərtli əqd sayılır. Ümidvardırlar ki, məhkəmə mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasının həqiqi niyyətinin X6 vaxtsız ölümdən xilas etmək məqsədi ilə məcburən razılaşdırılmış əqd olması xüsusatına ədalətli hüquqi qiymətini verəcəkdir. Zənn edirlər ki, məhkəmə satıcı tərəf olaraq müqavilə azadlığı prinsipinin mahiyyətcə pozulması ilə nəticələnmiş əqdin qanunsuz bağlanması həm də notariat hərəkətlərinin ciddi pozuntusu ilə aparılmış icra işi ilə də müşaiyət olunmuşdur Başqa sözlə notarial rəsmiləşdirmə işi, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 45-ci yanmbəndini tamamilə pozmaqla icra edilmişdir. Həmin yarımbəndə göstərilir ki, notarius yalnız notariat işinin aparılması üçün müraciət etmiş şəxslərə fəaliyyət göstərdiyi notariat ofisində xidmət edir. Başqa inzibati ərazidə notariat hərəkətlərinin aparılmasına yol verilmir. Mübahisələndirilən notariat hərəkəti isə aidiyyəti oldiğu Qax şəhərində deyil, başqa inzibati ərazi olan Şəki şəhərində icra edilməsi ilə sözügedən yarımbənddə bilərəkdən pozmuşdur. Eyni Təlimatın 39-cu yarımbəndində isə göstərilir ki, notarius əqdin iştirakçılarının hər birinin ruhi xəstəliyi və ya ağıl zəifliyi məsələsində, öz hərəkətlərinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək əsaları vardırsa, əqdin təsdiq edilməsini təxirə salıb, həmin faktların olub -olmamasını aydınlaşdırılmalıdır. Qeyd edilən notariat hərəkətlərinin düzgün icra edilməməsinə görə, uşaqlıqdan 2-ci qrup əlil, psixi pozuntulu şəxs İddiaçı2 iradə ifadəsi saxtalaşdırılmışdır. Bu xüsusata dürüst hüquqi qiymətin verilməsi kifayətdir ki, mübahisələndirildiyimiz daşınmaz alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Yalnız hərtərəfli, tam və obyektiv araşdırma sayəsndə məlum olacaqdır ki, Qax şəhərinin mərkəzində yerləşən 0.0533 ha torpaq sahəsinə dair rəsmi qiymət məlumatının yaxud da real bazar dəyərinin qymətləndiricisinin müvafiq arayışını əldə etmədən, həyətyanıya görə notariat hərəkətlərinin icrasının Qax rayon dövlət notaiusunun səlahiyyətlərində olduğu halda, öz xidməti ərazisində yerləşməyən torpaq sahəsi barədə əməliyyat aidiyyətim pozmuş sözügedən 3-cü şəxs xüsusi notarius X8 qanunsuz rəsmiləşdirdiyi aıqı-satqı əqdi nəticəsində iradə əleyhimizə olan müqavilənin imzalamağa məcbur edilməsinə dair vəzifəli şəxsin vəzifə səlahiyyətlərini aşmış hərəkətləri ilə Cavabdeh tərəfindən bilə-bilə aldadılmağımız arasında səbəbli əlaqə vardır. Ümidvardırlar ki, maddi hüquq normalarının kobud pozuntuları, habelə notariat hərəkətlərinin düzgün tətbiq etməməklə konstiusion mülkiyyət hüquqlarını əllərindən aldatma yolu ilə almış daşınmaz əmlakın alqı-satqı müqaviləsini etibarsız saymaqla məhkəmə Qanunu əliliyini və məhkəmə hakimiyyətinin mötəbərliyni təsdiq etmiş olacaqdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qısa olaraq məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı1, İddiaçı2 və onların mərhum oğlu X21 rayonunda maddi imkanı olmayan ailə kimi tanınır. Digər tərəfdən oğlu Firuzi Kuloşvilinin xəstəliyinİn müalicəsi məqsədi ilə, torpaq sahəsinin yarısını satışa çıxarmışdır ki, əldə olunan pulu müalicəsinə xərcləsin. Vaxtında çox tətbiq olunmuşdur, yəni praktikada belə alqı-satqılar çox bağlanılıb. Bu da onlardan biridir. İddiaçı tərəfin danışıqlarından belə çıxır ki, alqı-satqıya qədər Elməddinin atası Elşən Firuziynən danışmış və bunlar şifahi razılığa gəlmişlər ki, torpaq sahəsinin alqı-satqısını etsinlər. Ancaq hazırkı iddiaçılardan bu torpaq sahəsinin alqı-satqısının dəyərinin nə qədər olması, ödəmənin hansı şəraitdə keçəcəyini, ödəməyə qədər olan sənədləşmə işinin kimin tərəfindən icra olunacağından xəbərləri olmamışdır. Həm də Firuzinin sağlamlığının kritik həddə olduğundan onu şıltaqlığı ilə hamısı razı olmuşlar ki, bircə torpağın satşından əldə olunmuş puldan Firuzinin həyatda qalması mümkün olsun. Ona görə ki, onun görə onun iki körpə uşağı vardır və arvadı da rəhmətə getmişdir. Bu səbəblərdən Firuzi tərəfindən şifahi razılıq verilmiş, torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri hazırlanmadan, rayon İcra Hakimiyyətinin sərəncamı olmadan cavabdeh və onun valideyni özbaşına olaraq 6 sot həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin bünövrəsini qoymuş və bir mərtəbəsi tikilib. Bundan sonra onların yadına düşmüşdür ki, gələcəkdə həmin evin sənədləri hazırlanmalıdır və torpaq üzərində tikili olduğu üçün notarius və yaxud kiminsə xəbəri olmuş və tikili olan torpaq sahəsinə alqı-satqının həyata keçirilməsinə razılıq verməmişlər. X2r. Rəhmətə gedib, bəli. Şifahi məlumat bəli verib. Çünki o sağlamlığını bərpa etdirməli idi, müalicə olunmalı idi. Möhtərəm hakim, notariat təcrübəsi belədir ki, alıq-satqının dəyir 4000 manatək olduqda pulu notariat orqanının depozitinə qoymağa ehtiyac olmur və tərəflərin etirafı ilə nəzərə alınır. İndi İddiaçı1 də and aman edir ki, pulu nə sayılanda görüb, nə pul alıb, nə də oğlu deyib ki, bu qədər pul almışdır. Ona görə də, 4000 manata rəsmiləşdirmək söhbəti olub ki, depozitə pul köçürülməsin. Alqı-satqıdan pul əldə olunmamı, Firuzinin də müalicəsinə pul xərclənməmişdir. X18 xəstəliyinə düçar olmuşdur. Əgər pu verilsə idi, tibbi müdaxilə nəticəsində yaşaya bilərdi. Çünki onda həmin xəstəliyin ilkin mərhələsi olmuşdur. Firuzi sağlam və işləyən adam olmuşdur. Firuzi dünyasını dəyişmək ərəfəsində olub və anası ilə aralarında mübahisə yaranıb. Firuzi 2021-ci ilin mart ayında rəhmətə gedib. Firuzi anasına demişdir k, o pul ala bilməmişdir, lakin əvəzində Elşənə demişdir ki, evlərini təmir etdirsin. Evləri iki otaqdan ibarətdir, önü açıq virandadır. Kişminazın deməyinə görə. Ehtimal deyildir, 4 ildən sonra arvad bilmişdir ki, ev təmir olunmayıb, pul da verilməyib və əvvəl polisə müracitə edib, sonra da məhkəməyə. Bəli xəbəri olmasyıb, oğlan da İİ qrup əlildir, xəbəri oldu olmadı, əhəmiyyəti yoxdur. 36 yaşı vardır. Bunlar etnik xalqdır, sirrini heç kəsə vermir, öz aralarında danışırlar. Firuz da abrına qısılıb ki, yəni ana mən pul ala bilmədim, qoy anam dərd çəkməsin. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu Firuzi Elməddindən pul ala bilməmişdir. Elməddinə demişdir ki, evi təmir etsin. Elməddin də təmir etməmişdir. Mətbəxi, hər yeri sökmüşdür, elə də durur, döşəməni olsa almamışdır. Firuzi rəhmətə getməmişdən qabaq, Elməddini də yanına çağırmış və onlara demişdir ki, o Elməddindən pul almamışdır. Elməddinə isə demişdir ki, onları bu vəziyyətdə qoymasın və evi təmir etsin. Firuzi həmin vaxtı divanın üzərində ayağa qalxa bilmirdi. Onun köməkliyi ilə hərəkət edirdi. Kimə verdi bu pulları hara etdi? İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Elməddin qardaşını aldatıb torpağı götürmüşdür. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, alqı-satqıda, torpağın alınmasında, danışıqlarda atasının iştirakı sdəcə olaraq pulu satıcılara hissə-hissə vermişlər. Ərizədə də göstərimlşdir. Əvvəlcə onlara 4.000 manaqt dəyərində avtomobil verilmişdir. Sonra isə 4.000 manat Firuzinin müalicəsi üçün pul verilmişdir. 4.000 manat isə notariusda imza ediləndə verilmişdir. Torpağın dəyəri 12.000 manat dəyərləndirilmişdir. Onlara «Kia» markalı avtomobil verilmişdir. Alqı-satqı ilə verilməmişdir. Avtomobil etibarnamə ilə rəhmətlik Firuziyə verilmişdir. Həmin torpaq sahəsinə Çıxarış almışlar. Avtomobili Firuzi dəyərindən çox aşağ qiymətə olan «Mercedes» markalı avtomobillə dəyişmişdir. Həmin avtomobil də yararsız vəziyyətə olmuş, Firuzinin qapısının qabağında yatmış, ustalar təmir edə bilməmiş, sonda Firuzi avtomobili 800 manata satmışdır. Torpaq üzərində evi tikməyə başlayanda rəhmətlik Firuzi ilə halallaşmışlar. Sənədi isə sonra almışlar. İddianın rədd edilməsini xahiş edir. İş üzrə 3-cü şəxslər Şəki regional «ASAN xidmət» mərkəzində Azərbaycan Respublikasının Ədliyyə Nazirlyininin notariat ofisi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-in 12 saylı Şəki Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə baxış iclasına gəlməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirlyininin notariat ofisinin xüsusi notariusu məhkəməyə elektron ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar mülki işə notariat ofisinin nümayəndəsinin iştirak ıolmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-in 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslər Şəki regional «ASAN xidmət» mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirlyininin notariat ofisi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-nin 12 saylı Şəki Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş İş materiallarında olan məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 iyun 2019-cu il tarixli, **********20-10301 reyestr №li, ********** qeydiyyat №li Çıxarış barədə məlumatın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi X5, evin yerləşdiyi 0.1150 ha torpaq sahəsi isə X9, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmuşdur. İş materiallarında olan 4Ə-1786 №li, 03 avqust 2019-cu tarixli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı1, X9 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən 0.1150 ha torpaq sahəsinin 0.0533 ha hissəsini Cavabdeh 4.000 manat müqabilində satmışlar. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 02 avqust 2019-cu il tarixdə tərtib etdiyi bölgü planından görünür ki, qeyd olunan alqı-satqı müqaviləsinə əsasən 0.115 ha torpaq sahəsinin bölgüsü satıcılar X7, İddiaçı1 və İddiaçı2lə alıcı Cavabdeh arasında razılaşdırılmışdır. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 X3 nikahları 14 yanvar 1972-ci ildə bağlanmışdır. AZ-İİ № 175112 №-li ölüm haqqında şəhadətnanmənin surətindən görünür ki, X13 02 mart 2021-ci il tarixdə ölmüşdür. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan 4Ə-1786 №li, 03 avqust 2019-cu tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı1, X9 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən 0.1150 ha torpaq sahəsinin 0.0533 ha hissəsini Cavabdeh 4.000 manat müqabilində satmışlar. Həmin vaxtı qeyd olunna torpaq sahəsinin yüklülüyünə dair heç bir məlumat aşkar edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 iyun 2019-cu il tarixli, **********20-10301 reyestr №li, ********** qeydiyyat №li Çıxarışa əsasən İddiaçı1, X9 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan ünvan 5 ünvanda yerləşən 0.1150 ha torpaq sahəsinin ümumirgiə mülkiyyətçiləri olmuş və özlərinə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada iddiaçıya satmaqla sərbəst iradəsini ifadə etmişlər. İddiaçılar iddia ərizəsində Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlanan zaman aldadıldıqlarını, cavabdehin torpağın dəyərinin ödənilmədiyini, cavabdehin və atasının mərhum oğlu Firuzi Kulaşvilini aldatdıqlarını, müqavilədə qeyd olunan 4.000 manat pulun formal olaraq qeyd edildiyini göstərərək «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılmanın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvandakı ev mülkünün yerləşdiyi 0.115 ha həyətyanı torpaq sahəsinin 0.0533 ha hissəsinin cəmi 4.000 manat qiymətində ifadə olunan dəyərinin nəğd pulla ödənilməsini təsdiq edən hər hansı sübutun olmadığına görə, İddiaçı1, İddiaçı2 və X9 ilə Cavabdeh arasında rəsmiləşdirilmiş 03 avqust 2019- cu il tarixli, daşınmaz əmlakın AN-1 ******* №li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1, İddiaçı2, X5 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi , eyni həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş yarımçıq ev tikilisinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvanında yerləşən 0.0533 ha torpaq sahəsndən çıxarılmasının müəyyən edilməsi xahiş etmişlər. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsinə hüquqi qiymət verilməlidir. Çünki evdən çıxarılma tələbinin təmin edilməsi ilkin hissə təmin ediləcəyi halda mümkündür. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 iyun 2019-cu il tarixli, **********20-10301reyestr №li, ********** qeydiyyat №li Çıxarışa əsasən Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvanda yerləşən fərdi yaşayış evi X5, evin yerləşdiyi 0.1150 ha torpaq sahəsi isə X9, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətində olan torpaq sahəsini Cavabdeh satılması barədə 4Ə-1786 №li, xx.xx.2019-cu tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi üzrə notariat işinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş və həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin notariat işi ilə müəyyən edilir ki, qeyd olunan torpaq sahəsi cavabdehdə 4.000 manata satılmış, müqavilə tərəfləri müqaviləyə imza etmiş, satıclara və alıcıya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568, 646, 647-ci maddələri, habelə Vergi Məcəlləsinin 150 və 220-ci maddələri, «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən izah edilmişdir. Hazırda isə iddiaçılar müqavilənin onların iradə ifadəsini əks etdirməməsini iddia edərək alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə-insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi-iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. Göründüyü kimi iddiaçıların iddiasının əsasını təşkil edən-yəni torpaq sahəsinin dəyərinin onlara ödənilməməsi dəlili məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Bundan başqa iddianın dəlillərindən biri də İddiaçı2 fəaliyyət qabiliyyəti olmamasıdır. Bununla bağlı məhkəmə diqqətə çatdırır ki, iş materialları ilə iddiaçının İİ qrup əlil olması təsdiq edilir. Lakin bu onun tam fəaliyyət qabiliyyətsiz olması demək deyildir. İddiaçılar tərəfindən İddiaçı2 tam fəaliyyət qabiliyyətsiz olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. İddianın qeyd olunan hissəsi əsassız olduğu üçün İddiaçı1, İddiaçı2, X5 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, eyni həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş yarımçıq ev tikilisinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh Qax şəhəri, Ə.Cavad küçəsi 7 ünvanda yerləşən 0.0533 ha torpaq sahəsndən çıxarılmasının müəyyən edilməsi ilə bağlı hissə üzrə araşdırılma aparılmır. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişlər. İddiaçıların alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq onlara torpaq sahəsinin dəyərinin ödənilməməsini göstərmələrinə baxmayaraq, müqavilədə torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçılardan alınması barədə qeyd ilə bunun əksi sübuta yetirilmişdir. İddiaçılar iddia ərizəsində və izahatlarında cavabdeh tərəfindən mərhum Firuzi Kulaşviliyə və ya onlara torpaq sahəsinin dəyərinin ödənilməməsi torpaq sahəsinin dəyərinin onlara ödənilməsi barədə iddia tələbinin istinad etdiyi dəlillərin tamamilə əsassız olması iş materialları ilə sübuta yetdiyindən daşınmaz əmlakın alqı-satqısı ilə yanaşı məhkəmə həmçinin daşınmaz əmlaka verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində də iddianın təmin ediməməsinin qənaətinə gəlir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddsəinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddiaçı tərəfindən məhkəmədə baxışı iclasında verilmişdir. İddiaçının nümayəndəsi və vəkili bunu cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən çıxarışın alınması ilə əsaslandırmışdır və bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və 3-cü şəxslər Şəki regional «ASAN xidmət» mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat ofisi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRKX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsi (etibarsız sayılması), mülkiyyət hüququnun bərpa edilməsi, özbaşına tikilinin sökülməsi və həyətyanı torpaq sahəsindən çıxarılmanın müəyyən edilməsi və çıxıraşın ləğv edilməsi» barədə iddiası əsassız odluğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar