Məhkəmə qərarları › İş №2(024)-268/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-268/2023

25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-268/2023 25.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “buraxılmış prosessual müddətin bərpası, anası X5, atası X9 və qardaşı X4 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/10 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, anası X5, atası X9 və qardaşı X4 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/10 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaşqaçay kəndində yaşayır. Anası X13 xx.xx.2009, atası X17 xx.xx.2022 və qardaşı X14 xx.xx.2020-ci ildə ölmüşdür. Mərhum anası, atası və qardaşından Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi miras qalmışdır. O, mərhum valideyinlərindən və qardaşından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Aralarında problemlər olduğu üçün mirası notariat ofisində vərəsəlik yolu ilə qəbul edə bilmir. O, sənədləşmə üçün Qax rayon notariat ofisinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, anası X5, atası X9 və qardaşı X4 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/10 hissəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. Mərhum valideyinlərindən və qardaşından miras qalmış əmlakı ya faktiki, ya da notariat ofisinə müraciət edərək qəbul etməmişdir. Həmin miras əmlakla bağlı digər vərəsənin vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, İddiaçı və Cavabdeh1 izahatlarını izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********52 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X20, Cavabdeh1, X18, X14, X1 X10, X17, X13, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş AZ-İİ № 055183 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 14 sentyabr 2022ci il tarixli № 05/76-269/69 saylı Arayışdan görünür ki, X17 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 20 sentyabr 2022ci il tarixli № 05/76-299/69 saylı Arayışdan görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 sentyabr 2022ci il tarixli № 05/76-304/69 saylı Arayışdan görünür ki, Cavabdeh1 atası X17, anası isə X6. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 19 sentyabr 2022ci il tarixli № 05/76-298/69 saylı Arayışdan görünür ki, X15 atası X17, anası isə X6. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 19 sentyabr 2022ci il tarixli № 05/76-297/69 saylı Arayışdan görünür ki, X11 atası X17, anası isə X6. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 sentyabr 2022ci il tarixli № 05/76-302/69 saylı Arayışdan görünür ki, İddiaçı anası X3. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 21 sentyabr 2022-ci il tarixli № 828, 829 və 8830 saylı məktublardan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 293 saylı arayışdan görünür ki, X12 və X8-Cavabdeh1, X18, X20, Cavabdeh2 və X2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Cavabdeh1, X18, X20, Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o mərhum valideyinləri X9, X5 və X8 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş AA******* biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsqi olunmuş surətindən görünür ki, Cavabdeh2 Qax rayonunun Aşağı-Malax kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********52 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X20, Cavabdeh1, X18, X14, X1 X10, X17, X13, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmişdir. X13 xx.xx.2009, atası X17 xx.xx.2022 və qardaşı X14 xx.xx.2020-ci ildə ölmüş, onların Cavabdeh1, X18, X20, Cavabdeh2 və X2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh1, X18, X20, Cavabdeh2 mərhum valideyinləri X9, X5 və qardaşı X4 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, həmin miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinləri və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********52 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20, Cavabdeh1, X18, X14, X1 X10, X17, X13, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X8 payına düşən 1/10, X12 payına düşən 1/10 və X7 payına düşən 1/10 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və həmin hissə üzərində İddiaçıin qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********52 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20, Cavabdeh1, X18, X14, X1 X10, X17, X13, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X8 payına düşən 1/10, X12 payına düşən 1/10 və X7 payına düşən 1/10 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********52 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20, Cavabdeh1, X18, X14, X1 X10, X17, X13, İddiaçı və Cavabdeh2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X8 payına düşən 1/10, X12 payına düşən 1/10 və X7 payına düşən 1/10 hissəsi üzərində iddiaçının qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar