Məhkəmə qərarları › İş №2(024)-270/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-270/2023

26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-270/2023 26.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “buraxılmış prosessual müddətin bərpası, X2ndan və anası X3 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X2ndan və anası X3 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaşqaçay kəndində yaşayır. X2 xx.xx.2003, anası X9 xx.xx.2012-ci ildə ölmüşdür. Mərhum valideyinlərindən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi miras qalmışdır. Valideyinləri öldükdən sonra mirası o idarə edir. O, atasından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Aralarında problemlər olduğu üçün mirası notariat ofisində vərəsəlik yolu ilə qəbul edə bilmir. O, sənədləşmə üçün Qax rayon notariat ofisinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X2ndan və anası X3 miras qalmış Qax rayonunu Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********25 reyestr, **********qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X10, X9 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş AZ-İ № 030160 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 09 oktyabr 2022ci il tarixli № 05/76-320/69 saylı Arayışdan görünür ki, X9 xx.xx.2012-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 09 oktyabr 2022ci il tarixli № 05/76-319/69 saylı Arayışdan görünür ki, Cavabdeh X2, anası isə X7r. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 06 oktyabr 2022ci il tarixli № 05/7-315/69 saylı Arayışdan görünür ki, X1 anası X7r. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 11 oktyabr 2022-ci il tarixli № 873 və 874 saylı məktublardan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 316 saylı arayışdan görünür ki, X8 və X6 İddiaçı və Cavabdeh ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o mərhum valideyinləri X8 və X4 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********25 reyestr, **********qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X10, X9 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. X10 xx.xx.2003-cü, X9 isə xx.xx.2012-ci ildə ölmüş, onların İddiaçı və Cavabdeh ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh mərhum valideyinləri X10 və X4 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********25 reyestr, **********qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X10, X9 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********25 reyestr, **********qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X10, X9 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********25 reyestr, **********qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X10, X9 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar