Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-272/2023 27.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalan Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalan Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Qaşqaçay kəndində yaşayır. X1 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum anasından Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O, mərhum anasından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Aralarında problemlər olduğu üçün mirası notariat ofisində vərəsəlik yolu ilə qəbul edə bilmir. O, sənədləşmə üçün Qax rayon notariat ofisinə müraciət etsə də, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü və m aralarında mübahisə olduğu üçün üçün ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalan Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.2494 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********92 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 14 sentyabr 2022-ci il tarixli № 05/76-290/69 saylı Arayışdan görünür ki, X8 07 iyun 2022ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 09 oktyabr 2022-ci il tarixli № 05/76-318/69 saylı Arayışdan görünür ki, İsmayılova (Rəhimova) Ruhiyyə Bərxudar qızı nikahdan sonra ərinin “Rəhimova” soyadını qəbul etmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 sentyabr 2022-ci il tarixli № 05/7-303/69 saylı Arayışdan görünür ki, İddiaçı atası X10, anası isə X6r. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 06 oktyabr 2022-ci il tarixli № 05/76-314/69 saylı Arayışdan görünür ki, Cavabdeh1 atası X9, anası isə X6r. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 06 oktyabr 2022-ci il tarixli № 05/76-317/69 saylı Arayışdan görünür ki, Cavabdeh2 atası X9, anası isə X6r. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli, 294 saylı arayışdan görünür ki, X5 İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum anası X3 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum anasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunu Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qax şəhəri, İ.Qabulov küçəsi ev 17-də qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 417-də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********92 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. X8 07 iyun 2022-ci ildə ölmüş, onun İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 mərhum anası X3 miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********92 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X4 payına düşən ¼ hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və həmin hissə üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********92 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X4 payına düşən ¼ hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********92 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsinin X4 payına düşən ¼ hissəsi üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-272/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-272/2023
27.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver