Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-274/2024 17.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə. İddiaçı Ərizəçi cavabdeh Qax rayon Dövlət Notariat Ofisinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Qax rayon Dövlət Notariat Ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qohumluq münasibətlərini müəyyən edilməsi xx.xx.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 onun dayısı olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Qax rayon Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən işə Qax rayon Dövlət Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o xx.xx.1950-ci ildə Qax rayonu Zəyəm kəndində anadan olmuşdur.X1 1918-ci il tarixdə Qax rayonu Zəyəm kəndində anadan olmuş və xx.xx.2011-ci il tarixdə həmin kənddə vəfat etmişdir.Dayısı doğulandan sonra ona doğum şəhadətnaməsi verilsədə onu müharibə vaxtı itirmişdir.Daha sonra bununla bağlı maraqlanmamışdır.O, hazırda yaşadığı evi və həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyən zaman ondan dayısının doğum şəhadətnaməsini tələb etdilər. O, dayısının doğum haqqında şəhadətnaməsini arxivdən tapa bilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qohumluq münasibətlərini müəyyən edilməsi, xx.xx.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 onun dayısı olması faktı barədə qətnamə çıxarılmasını xahiş etdi. X3 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçinin qardaşıdır. Təsdiq edir ki, həqiqətən də 05.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 Ərizəçi dayısıdır. X4 məhkəmə iclasında ifadə verib göstərdi ki, o, ərizəçinin qardaşıdır. Təsdiq edir ki, həqiqətən də 05.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 Ərizəçi dayısıdır. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 451076 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 -xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 392806 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 -xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024cü il tarixli 55 saylı arayışdan görünür ki, Ərizəçi Qax rayonu Zəyəm kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1950-ci ildə Qax rayonu Zəyəm kəndində anadan olmuşdur.X1 1918-ci il tarixdə Qax rayonu Zəyəm kəndində anadan olmuş və xx.xx.2011-ci il tarixdə həmin kənddə vəfat etmişdir.Dayısı doğulandan sonra ona doğum şəhadətnaməsi verilsədə onu müharibə vaxtı itirmişdir.Daha sonra bununla bağlı maraqlanmamışdır.O, hazırda yaşadığı evi və həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyən zaman ondan dayısının doğum şəhadətnaməsini tələb etdilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum xx.xx.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 onun dayısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum xx.xx.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 onun dayısı olması faktı üçün mirasın qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə Qax rayon Zəyəm kəndində vəfat etmiş X2 Ərizəçi dayısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-274/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-274/2024
17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver