Məhkəmə qərarları › İş №2(024)-276/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-276/2023

18.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-276/2023 18.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “şəxslərin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu X15, X16, X21, X17 və X8 Suriyada ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, onun bacısı X18 xx.xx.2012-ci il tarixdə oğluvəfat etmişdir.Bacısı uşaqları X28 və X29 ailəsi ilə birlikdə 2000-ci il tarixdə yaşamaq üçün Ukrayna Respublikasına getmişlər.Uzun müddət orada yaşadıqdan sonra X28,X29, X35, X30 və X19 2013-cü il tarixdə şiə təriqətinə qoşularaq Suriya Respublikasına getmişlər.Bir müddət sonra onlardan məlumat alsalar da sonradan onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. Bundan sonra bacısı uşaqları və nəvələrini uzun müddət axtarsalar da heç bir nəticə əldə olunmamışdır. Həmin vaxtdan sonra X28,X29, X35, X30 və X6 heç bir məlumat yoxdur. O vərəsəlik işləri bağlı Notariat Ofisinə müraciət etdikdə orada ondan qohumlarının ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. X10,X29, X35, X30 və X8 ölüm haqqında şəhadətnaməsi yoxdur. Lazımi təşkilatlara o cümlədən dövlət idarələrinə müraciət etmiş həmin təşkilatlarda və dövlət idarələrində ona onların ölüm haqqında şəhadətnaməsinin alınması üçün müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də o məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X15, X16 , X21, X17 və X13 ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. X11 məhkəmə iclasında ifadə verərək göstərdi ki, X15, X29 onun xalası uşaqlarıdır. X15, X16 , X21, X17 və X19 2013-cü il tarixdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasına getdikdən sonra bir müddət onunla əlaqə saxlamışlar. X28, X29 , X35, X30 və X19 onlarla, başqa qohumları və tanışları ilə əlaqə saxlamamış, indiyədək onun sağ olması barədə heç bir məlumat alınmamışdır. Onlardan heç bir xəbər yoxdur. X12 məhkəmə iclasında ifadə verərək göstərdi ki, X15, X29 onun tanışlarıdır. X15, X16 , X21, X17 və X19 2013-cü il tarixdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasına getdikdən sonra bir müddət onunla əlaqə saxlamışlar. Onlarla başqa qohumları və tanışları ilə əlaqə saxlamamış, indiyədək onun sağ olması barədə heç bir məlumat alınmamışdır. Onlardan heç bir xəbər yoxdur. Həmin vaxtdan sonra onunla əlaqə saxlamaq və yaxud da onun barəsində hər hansı məlumatı əldə etmək mümkün olmamışdır. İşə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olnumş surətindən görünür ki, Ərizəçi Qax şəhəri Vidadi küçəsi ev 16 mənzil 16 da yaşayır. İşə əlavə edilmiş Qax rayon İcra Hakimiyyəti Qax şəhər İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-ci il tarixli 488 saylı arayışdan görünür ki, Ərizəçi Qax şəhəri, MM.V.Vidadi küçəsi, bina 16 mənzil 16-da qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, həmçinin şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin bacısı X18 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.Bacısı uşaqları X28 və X29 ailəsi ilə birlikdə 2000-ci il tarixdə yaşamaq üçün Ukrayna Respublikasına getmişlər.Uzun müddət orada yaşadıqdan sonra X28,X29, X35, X30 və X22 2013-cü il tarixdə şiə təriqətinə qoşularaq Suriya Respublikasına getmişlər.Bir müddət sonra onlardan məlumat alsalar da sonradan onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. Bundan sonra bacısı uşaqları və nəvələrini uzun müddət axtarsalar da heç bir nəticə əldə olunmamışdır. Həmin vaxtdan sonra X28,X29, X35, X30 və X9 heç bir məlumat yoxdur. O vərəsəlik işləri bağlı Notariat Ofisinə müraciət etdikdə orada ondan qohumlarının ölüm haqqında şəhadətnaməsini tələb etmişlər.Ərizəçi vərəsəlik işləri ilə əlaqədar Notariat ofisinə müraciət etmiş lakin Yaşar Aşurovun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün Notariat ofisi əməliyyatı etməkdən imtina etmişdir. Həmçinin ərizəçi X28, X29, X35, X30 və X8 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş lakin Maraqlı şəxsndə müvafiq ölüm haqqında akt qeydiyyatı tapılmadığından X23, X24, X27, X25 və X14 ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. X2, X24, X27, X25 və X14 ölüm haqqında şəhadətnamənin başqa şəkildə alınması mümkün deyildir. X15, X16, X21, X17 və X8 ölməsi faktı haqqında müvafiq sənədlər olmadığı üçün o məhkəmə qaydasında ölmüş elan edilməli, onun ölüm vaxtı (tarixi) kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarix qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən ərizənin verilməsi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsin əsasən ərizənin məzmunu ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, X15, X16, X21, X17 və X8 Suriya Respublikasında ölmüş elan edilməli, Qax Rayon Məhkəməsinin 18 Aprel 2023-cü il tarixli, 2(024)-276/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün onların ölüm günü hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizəçi ərizəsi təmin edilsin. 05 aprel 1971-cü ildə Qax şəhəri M.Əmirov küçəsi 4-də anadan olmuş X3 Respublikasında ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(024)-276/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün X15 ölüm günü hesab edilsin. 21 aprel 1966-cü ildə Qax şəhəri M.Əmirov küçəsi 4-də anadan olmuş X4 Respublikasında ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(024)-276/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün X16 ölüm günü hesab edilsin. 18 fevral 1994-cü ildə Qax şəhəri M.Əmirov küçəsi 4-də anadan olmuş X7 Respublikasında ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(024)-276/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün X21 ölüm günü hesab edilsin. xx.xx.1996-cü ildə Qax şəhəri M.Əmirov küçəsi 4-də anadan olmuş X5 Respublikasında ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(024)-276/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün X17 ölüm günü hesab edilsin. xx.xx.1968-cü ildə Şəki şəhərində anadan olmuş X1 Respublikasında ölmüş elan edilsin. Qax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(024)-276/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gün X8 ölüm günü hesab edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar