Məhkəmə qərarları › İş №2(024)-277/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-277/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-277/2024 17.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxsna qarşı “əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək “Traktor yedəyi” markalı, 1991-ci il istehsallı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququnun verilməsi və onun adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Maraqlı şəxsna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş lakin, maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahat verərək göstərdi ki, Qax rayonu, Böyük Alatəmir kəndində yaşayır. O 2020-ci il tarixdə 1991-ci il istehsallı, 2PTS-4 793A-03 modelli, göy rəngli, “Traktor yedəyi” markalı vasitəsi almışdır. Həmin texnika verildiyi vaxtdan indiyə qədər o istifadə etmiş və hazırda da texnika onun istifadəsindədir. O, həmin traktor yedəyini öz adına keçirmək istəyir, lakin X7 Komissiyası ona o vaxt və traktor yedəyini verərkən onlara dair hər hansı texniki pasport verməmişdir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, “Traktor yedəyi” markalı, 1991-ci il istehsallı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli, nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququnun verilməsi və onun adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Maraqlı şəxsna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi Qax rayonu Böyük Alatəmir kəndində yaşayır. İşə əlavə edilmiş müayinə “Akt”dan görünür ki, Ərizəçi kimi “Traktor yedəyi” markalı, 1991-ci il istehsallı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli nəqliyyat vasitəsi verilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin müayinə aktından görünür ki, “Traktor yedəyi” markalı, 1991-ci il istehsallı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli, göy rəngli nəqliyyat vasitəsi texniki tələblərə uyğundur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi Qax rayonu Böyük Alatəmir kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Qax rayonu, Böyük Alatəmir kəndində yaşayır. O 2020-cü il tarixdə 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli “Traktor yedəyi” markalı vasitəsi alqı—satqı edərək almışdır.Püşkatmaya əsasən verilmiş texnikalara dair hissələri (pulu) ərizəçi digər şəxslərə ödəyərək faktiki olaraq özününküləşdirmişdir. Ərizəçi verilmiş texnikanı verildiyi vaxtdan indiyə qədər istifadə etmiş və hazırda da texnika ərizəçinin istifadəsindədir. Ərizəçi həmin traktor yedəyini öz adına keçirmək istəyir, lakin ərizəçiyə traktor yedəyi verilərkən onlara dair hər hansı texniki pasport vermədiyindən, hazırda ərizəçinin adına rəsmiləşdirmək mümkün olmamışdır. Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi “Traktor yedəyi” markalı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ verilməli, həmçinin ərizəçinin adına texniki pasport və dövlət nömrə nişanının verilməsinin Azərbaycan Respublikası Maraqlı şəxsna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2.11-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi “Traktor yedəyi” markalı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli nəqliyyat vasitəsinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ verilsin. “Traktor yedəyi” markalı, 2PTS-4 793A-03 modelli, göy rəngli, 022098 zavod nömrəli nəqliyyat vasitəsinə Ərizəçi adına texniki pasport və dövlət nömrə nişanı verilməsi Azərbaycan Respublikası Maraqlı şəxsna həvalə edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar