Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-280/2024 19.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və X1 və anası X3 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən düşən payın tam mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası və X1 və anası X3 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, İddiaçı və cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəməyə bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və maraqlı şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qax rayonu Qaşqaçay kəndində yaşayır. X6 xx.xx.2000-ci il tarixdə və anası X9 21 dekabr 1996-ci il tarixdə vəfat etmişdir. X1 və anası X3 Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.27 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. O X1 və anası X3 ona düşən payın verilməsini istəyir. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə ona mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. Bundan başqa aralarında mübahisə olduğu üçün notaris əməliyyat aparmaqdan imtina etmişdir. O, mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərindən ona miras qalan əmlakı istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpası və X1 və anası X3 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını, iddia ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********94 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.07 ha torpaq sahəsi İddiaçı, X11, X9, X6, X13 və X10 qızının ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında Arayışların təsdiq olunmuş surətlərindən görünür ki, X9 xx.xx.1996-cı, X6 isə 07 iyun 2000-ci ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında Arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X6, anası isə X12r. İşə əlavə edilmiş doğum haqqında Arayışın təsdiq olunmuş surətindən görünür ki, X10 atası İddiaçı, anası isə X7r. İşə əlavə edilmiş doğum haqqında Arayışın təsdiq olunmuş surətindən görünür ki, X8 atası İddiaçı, anası isə X7r. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2024-cü il tarixli, 52 saylı arayışdan görünür ki, X6 və X5 İddiaçı ibarət vərəsəsi vardır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaşaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********94 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.07 ha torpaq sahəsi İddiaçı, X11, X9, X6, X13 və X10 ümumibirgə mülkiyyətindədir. X9 xx.xx.1996-cı, X6 isə 07 iyun 2000-ci ildə ölmüş, onların İddiaçı ibarət vərəsələri qalmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********94 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X11, X9, X6, X13 və X10 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.07 ha torpaq sahəsinin İsmayıl Rəhimovun payına düşən 1/6 və Laləndə Yusubovanın payına düşən 1/6 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçı X4 qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********94 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X11, X9, X6, X13 və X10 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.07 ha torpaq sahəsinin İsmayıl Rəhimovun payına düşən 1/6 və Laləndə Yusubovanın payına düşən 1/6 hissəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********94 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X11, X9, X6, X13 və X10 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1.07 ha torpaq sahəsinin İsmayıl Rəhimovun payına düşən 1/6 və Laləndə Yusubovanın payına düşən 1/6 hissəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-280/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-280/2024
19.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver