Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-285/2024 18.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum X4 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli qərara əsasən verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X4 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli qərara əsasən verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Qaxingiloy kəndində yaşayır. X4 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Anasından miras qalan Qax rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarına əsasən verilmiş Qax rayonu Almalı kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. X4 öldükdən sonra mirası o idarə edir. O X3 məxsus həmin evdə yaşayır. Hazırda qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsəmdə orada mirası qəbul etmək üçün buraxılmış prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, mirasın qəbul edilməsi üçün qanunla hər hansı müddətin nəzərdə tutulmasını bilməmiş, elə hesab etmişdir ki, mərhum anası öldükdən sonra mirası qəbul etmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X4 miras qalan Qax rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli 01 nömrəli qərara əsasən verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0431, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 04 sentyabr 1998-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X2. İşə əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 236 saylı Arayşdan görünür ki, X1 hal-hazırda yaşayan birinci və yaxud ikinci dərəcəli vərəsələri yoxdur. Onun yaşayan vərəsəi İddiaçıdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. ` İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0431, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha torpaq sahəsi X1 mülkiyyətindədir. X4 04 sentyabr 1998-ci ildə ölmüşdür. X1 hal-hazırda yaşayan birinci və yaxud ikinci dərəcəli vərəsələri qalmamış, yeganə sağ qalmış vərəsəsi İddiaçıdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum Sarfi Beroşvilinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0431, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 mülkiyyətinə verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçının payı tam müəyyən edilərək onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0431, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 mülkiyyətinə verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-0431, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 mülkiyyətinə verilmiş Qax rayonu Qarameşə kəndində yerləşən 0.20 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-285/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-285/2024
18.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver