Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-309/2023 10.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədirliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının qeyd edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X5 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu Güllük kəndində yaşayır. X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. X8 xx.xx.2018-ci il tarixdə yaşadığı Qax rayonu, Güllük kəndində anadangəlmə xəstə olduğu üçün ölmüş və onu Qapıçay kənd qəbristanlığında dəfn etmişlər. X8 öldükdən sonra o övladının ölüm haqqında şəhadətnaməsini almamışdır. Hazırda müəyyən sənədləşmə işləri üçün ona övladının ölüm haqqında şəhadətnaməsi lazım olur. Ölüm haqqında şəhadətnamənin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. X1 ölüm haqqında şəhadətnamə alması mümkün deyil. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İstəyir ki, oğlu X5 xx.xx.2018-ci ildə həqiqətən də Qax rayonu, Güllük kəndində ölməsi faktı müəyyən edilsin. Göstərilənləri nəzərə alaraq məhkəmədən X5 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də X8 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölmüşdür. X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi və ailəsini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də X8 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Güllük kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüş və Qax rayon Qapıçay kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X5 Maraqlı şəxsndə müvafiq ölüm haqqında akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu X8 xx.xx.2012-ci ildə doğulmuş və Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. X8 xx.xx.2018-ci il tarixdə yaşadığı Qax rayonu, Güllük kəndində anadangəlmə xəstə olduğu üçün ölmüş və onu Qapıçay kənd qəbristanlığında dəfn etmişlər. Öldükdən sonra ərizəçinin mərhum övladına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi həmin sənədlə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədə X5 ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Hazırda Maraqlı şəxsndə müvafiq ölüm haqqında akt qeydiyyatı tapılmadığından ölüm haqqında şəhadətnamənin başqa şəkildə alınması mümkün deyildir. Məhkəmə tədqiqatı zamanı X5 xx.xx.2018-ci il tarixdə ölməsi şahidlərin ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Odur ki, müvafiq fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X5 xx.xx.2018-ci il tarixdə Qax rayonu, Güllük kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-309/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-309/2023
10.05.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver