Məhkəmə qərarları › İş №2(024)-340/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-340/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-340/2025 01.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Ərizəçi «barəsində Qax Rayon Məhkəməsinin 2-403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qətnamə əsasında qeydiyyat şöbəsində şəxsin ölümü ilə bağlı qeydlərin ləğv edilməsi üçün yeni məhkəmə aktının icrasına dair Maraqlı şəxsnə icra sənədinin göndərilməsi və çıxarılmış məhkəmə aktını və icra sənədini onun elektron kabinetində yerləşdirilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək barəsində Qax Rayon Məhkəməsinin 2-403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qətnamə əsasında qeydiyyat şöbəsində şəxsin ölümü ilə bağlı qeydlərin ləğv edilməsi üçün yeni məhkəmə aktının icrasına dair Maraqlı şəxsnə icra sənədinin göndərilməsi və çıxarılmış məhkəmə aktını və icra sənədini onun elektron kabinetində yerləşdirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı olaraq X3 Qax rayon Məhkəməsinə müraciət edərək Ərizəçi llümməi oğlunun ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsi həmin işi icraatına qəbul edərək 2-403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli xx xxxx 1959-cu il təvəllüdlü Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair qətnamə qət etmişdir. Bildirir ki, Ərizəçi odur, sağdır. Həmin qətnamədən xəbərsiz olmuşdur. İddia qaldıran şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Həmin iddia tələbində sənədlər saxtalaşdırılmış və məhkəmədə həmin saxta sübutlar əsasında qanunsuz qətnamə qət olunmuşdur. Bildirir ki, 2-403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli qətnamədən təxminən 1 il sonra həmin iş üzrə iddiaçı X3 ilə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və 08 iyul 2013-cıi il tarixli 1(13)793/2013 №li qətnamə əsasında aralarında olan nikah pozulmuşdur. Hazırda o Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məktəbli 6 (yataqxana) ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Bu barədə arayışı təqdim edir. Həmçinin 08 oktyabr 2024-cü il tarixli sağlamlıq arayışı da məhkəməyə təqdim edir. Qeyd etdikləri nəzərə alınmaqla, barəsində Qax Rayon Məhkəməsinin 2-403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qətnamə əsasında qeydiyyat şöbəsində şəxsin ölümü ilə bağlı qeydlərin ləğv edilməsi üçün yeni məhkəmə aktının icrasına dair Maraqlı şəxsnə icra sənədinin göndərilməsi və çıxarılmış məhkəmə aktını və icra sənədini onun elektron kabinetində yerləşdirilməsinin məhkəmədən xahiş edir. Ərizəçi məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə hazırlıq və baxışı iclaslarının onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin 2(024)403/2012 №li, 25 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 17 mart 1950-ci il tarixdə doğulmuş Ərizəçi ölmüş elan edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(13)793/2013 №li, 08 iyun 2013-cü il tarixli, qiyabi qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 15 yanvar 1983-cü il tarixdə Ağdam rayon Çəmənli ƏN-də 06 № ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş U**********GMB nömrəli Tibbi Arayışdan görünür ki, Ərizəçi obyektiv göstəricilər və müayinə zamanı sağlamlıq vəziyyəti sağlam qeyd olunmuşdur. 09 oktyabr 2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Bakıxanov Qəsəbəsi, Məktəbli 6 yataqxana ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə sorğusu əsasında Qax RPŞ-i tərəfindən məhkəməyə ünvanlanmış 17 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1959-cu il tarixdə Ağdam rayonu Əhmədalılar kəndində anadan olmuş Ərizəçi itkin düşməsi, axtarılması və ölməsi ilə bağlı, həmçinin barəsində cinayət təqibinin aparılması ilə bağlı Qax RPŞ-ə hər hansı bir müraciət daxil olmamış və barəsində hər hansı bir təqsirlnədirici material mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 Qax rayon Məhkəməsinə müraciət edərək Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsi həmin işi icraatına qəbul edərək 2-403/12 №-li xx.xx.2012-ci il tarixdə xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair qətnamə qət etmişdir. Həmin qətnamə qəbul edildikdən təxminən 1 il sonra həmin iş üzrə Ərizəçi X3 ilə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və 2(13)-793/2013 №li, 08 iyul 2013-cü il tarixli qətnamə əsasında aralarında olan nikah pozulmuşdur. Hazırda Ərizəçi sağdır və o Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məktəbli 6 (yataqxana) ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qayasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Ölmüş hesab edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə onun əvvəl ölmüş elan edilməsi barədə özünün əvvəl çıxartmış olduğu qətnaməni ləğv edir. Bu qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Nəzərə almaq lazımdır ki, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə ərizə ilə məhkəməyə müraciət edilməsi yeni məhkəmə prosesinin davam etdirilməsinə səbəb olacaqdır. Bu halda əvvəlki icraat təzələnməklə, həmin icraat daxilində yeni qətnamə çıxarılmalıdır. Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Maddəyə əsasən fiziki şəxsi ölmüş elan edərkən, onun ölüm faktının deyil, ölüm mülahizəsini təsdiq edir. Hər bir mülahizənin isə, nə qədər inandırıcı görünsədə səhv ola bilməsi ehtimalı istisna edilmir. Məhkəməyə gələn və yeri aşkar edilən şəxsin ölmüş elan edilməsi haqqında qətnaməni ləğv edir. Şəxs ölmüş elan edilməsi nəticəsində itirdiyi hüquqlarının bərpası sahəsində bir sıra səlahiyyətləri əldə edir. Qeyd olunan hüquq normalarının məzmununda göründüyü kimi, ərizəçinin 2012-ci ildə ölmüş elan edilməsi barədə məhkəmə qətnamələrinin çıxarılması üçün müvafiq əsaslar olsa da, hazırda həmin halların aradan qalxdığı və qeyd olunan faktların təkzib edilməli olduğu ilə bağlı iş materiallarında kifayət qədər sübutlar vardır. Belə ki, 2012-ci ildən sonra keçən müddət ərzində ərizəçinin məhkəməyə təqdim etdiyi yuxarısa qeyd olunan sənədlər ərizəçinin özünün iddia tələbi ilə Ağdam Rayon Məhkəməsinin 2(13)793/2013 №li, 08 iyun 2013-cü il tarixli qiyabi qətnaməsi əsasında onun nikahının pozulduğu, habelə, hazırda ərizəçinin özünün canlı şəxs olaraq məhkəməyə müraciət edib məhkəmə iclasında şəxsən iştirak etməsi onun hazırki vəziyyətdə sağ olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə qətnaməsi əsasında xəbərsiz itkin düşmüş hesab edilmiş və ölmüş elan edilmiş şəxs - hazırki iş üzrə ərizəçi gəldiyindən və onun yaşadığı, daimi qeydiyyatda olduğu yer də aşkar edildiyindən, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnamələri ləğv etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamənin icrasından irəli gələn məsələlərin həll edilməsi müvafiq qeydiyyat orqanına həvalə edilməlidir. Eyni zamanda, ərizəçiyə hazırki qətnamənin müvafiq olaraq onun ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsas olduğu izah edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 316-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Qax Rayon Məhkəməsinin Ərizəçi barəsində qəbul edilmiş və ölmüş elan edilməsinə dair 2(024)403/12 №li, 25 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamənin icrasından irəli gələn məsələlərin həll edilməsi Maraqlı şəxsnə orqanına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar