Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-341/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası və seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsi tələbinə dair” iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası və seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə Azərbaycan Respubliaskının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yaşayır. Atası X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Atası X2 Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, ümumi sahəsi 103.5 kv.m, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. X3 tək vərəsəsi o özüdür. O atası X2 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə ona mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. O mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, atasından miras qalan fərdi yaşayış evini istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası və seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən özünə düşən payın müəyyən edilərək mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan qeydiyyat nömrəsi seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi X3 mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, mərhum X5 öldükdən sonra onun oğlu İddiaçı ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yaşayır. İddiaçının atası X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X2 Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, ümumi sahəsi 103.5 kv.m, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı miras qalmışdır. X3 tək vərəsəsi iddiaçı özüdür. İddiaçı atası X2 miras qalmış əmlakdan özünə düşən payın müəyyən edilərək verilməsini istəyir. Lakin hazırda sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə iddiaçıya mirasın qəbulu müddətini keçirdiyini bildirmişlər. İddiaçı mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə bilmişdir ki, atasından miras qalan fərdi yaşayış evini istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, o mirasqoyanların vərəsəsidir və miras əmlakda onun qanun üzrə payı vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılmalı və miras əmlak üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən ibarət miras əmlaka dair mirası qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə həmin müddət uzadılsın. Seriya MA № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş və ondan miras qalmış Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 3-də yerləşən 2 otaqlı, 103.5 kv.m ümumi sahəsi, 37.1 kv.m yaşayış sahəsi və 66.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı payı tam olaraq müəyyən edilməklə İddiaçı mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-341/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-341/2023
12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver