Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-352/2023 13.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “xx.xx.2023-cü il tarixdə **********03 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, X1 miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh2 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə **********03 nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, X1 miras qalmış əmlakın tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, atası X7 xx.xx.1988ci ildə, anası X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Hazırda X1 **********03- 10301 reyestr nömrəli Çıxarışa əsasən miras əmlak qalmışdır. Həmin Çıxarışa əsasən 85.3 kv.m fərdi yaşayış evi tam, 0.187 ha torpaq sahəsi isə X2 və X12 ilə ümumibirgə mülkiyyət hüququ əsasında anasına məxsus olmuşdur. Anası öldükdən sonra mirası o qəbul etmiş, hazırda da o istifadə edir. Onun bacı və qardaşlarından heç biri mirası nə faktiki nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər. Qardaşları miras əmlakın onun mülkiyyətinə keçməsinə etiraz etmirlər. Lakin cavabdeh buna maneçilik törədir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış, X1 miras əmlakın tərəfindən fatiki qəbul edilməsi və miras əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını, iddiaçının izahatını dinləyib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********03-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qum kəndində yerləşən 85.3 kv.m fərdi yaşayış evi X4 tam, həmin evin yerləşdiyi 0.187 ha həyətyanı torpaq sahəsi X4, X2 və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ № 284369 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 284370 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Cavabdeh2 məhkəmə yə təqdim etdiyi ərizədən görünür ki, o xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 miras qalmış Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş X6 imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, o xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 miras qalmış Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş X9 imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizənin tərcüməsindən görünür ki, o xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış onun oğlu İddiaçı xeyrinə imtina edir. İşə əlavə edilmiş X10 imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizənin tərcüməsindən görünür ki, o X1 miras qalmış əmlakdan ona düşən paydan İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan Qax RİHB-nın Qum kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 430 saylı arayışdan görünür ki, oğulları X4 oğlu İddiaçı, X13, X14, X15 və qızı Cavabdeh2 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qum kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayonu Qum kəndində yerləşən 85.3 kv.m fərdi yaşayış evi X4 tam, həmin evin yerləşdiyi 0.187 ha həyətyanı torpaq sahəsi X4, X2 və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. X8 xx.xx.2009-cu ildə ölmüşdür. X7 xx.xx.1988-ci il tarixdə ölmüşdür. X4 oğulları X4 oğlu İddiaçı, X13, X14, X15 və qızı Cavabdeh2 ibarət vərəsələri qalmışdır. Həmin vərəslərdən X13, X14, X15 və qızı Cavabdeh2 anaları X3 miras qalmış Qax rayonu Qum kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı valideyinlərinin ölümünə qədər və ölümündən sonra da mirasə mlakda yaşayaraq onu faktiki qəbul etmişdir. Digər vərəsə Azif Nağıyevin ərizəsindən də müəyyən olunur ki, o miras əmlakla bağı digər vərəsə tərəfindən faktiki qəbul edilməsinə etiraz etmir. İddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başladığı və mirasa yiyələndiyi üçün o miras əmlakı faktiki olaraq tam qəbul etmiş sayılır və mirası faktiki qəbul etdiyi üçün də iddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin səbəblərinin üzrlü hesab edilərək uzadılmasına ehtiyac yoxdur. Digər vərəsələr mərhum anaları Gülzada Əliyevaya məxsus miras əmlakda yaşamamış, mərhum analarından miras qalmış əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki olaraq qəbul etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********03-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qum kəndində yerləşən 85.3 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.187 ha həyətyanı torpaq sahəsinin X4 ümumibirgə mülkiyyətinə verilmiş 1/3 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlak iddiaçının tam mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********03-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş Qax rayonu Qum kəndində yerləşən 85.3 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.187 ha həyətyanı torpaq sahəsinin X4 ümumibirgə mülkiyyətinə verilmiş 1/3 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlak iddiaçının tam mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-352/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-352/2023
13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver