Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-37/2024 06.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və X1 qarşı “torpaq sahəsinin naturada ayrılması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən və İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, X2 və Cavabdeh ümumbirgə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və zəbt torpaq sahəsi kimi qeydə alınmış 0.60 ha torpaq sahəsinə paylarının bərabər olaraq 1/6 hissə müəyyən edilməsi və paylarının naturada ayrılması, əgər naturada bölünmə mümükün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətşilər arasında 1/6 hissə paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmyə ərizə göndərərək ərizələrində, cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” iddia qaldırdıqlarını və hazırda həmin işə baxılmasını istəmədiklərini ona görə də iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Həmçinin qarşılıqlı iddiaçı da məhkəməyə ərizə göndərərək qarşılıqlı iddia ərizəsini geri götürmək istədiyini bu səbəbdən iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə işi baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” dair iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya və qarşılıqlı iddiaçıya geri qaytarılmalı və iddiaçının xx.xx.2023-cü il tarixli 20667 nömrəli qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu məbləği həmçinin qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu məbləği onlara qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” dair iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən özlərinin mülkiyyətinə verilmiş hər birinə 0.02 ha paylarının naturada ayrılıb verilməsi tələbinə dair” mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının xx.xx.2023-cü il tarixli 20667 nömrəli qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4 və X1 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət etmək üçün qarşılıqlı iddiaçının xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsinin icrasını təmin etmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilsin. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10(on)gün müddətində Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-37/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-37/2024
06.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver