Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-370/2024 02.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı “doğum faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qızı X3 xx.xx.2017-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Maraqlı şəxs1 rəisi Kəmalə Şükürova məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 rəisi Kəmalə Şükürovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 ilə 2014cü il tarixdən faktiki nikah münasibəti əsasında ailə quraraq birlikdə yaşayırlar. Həmin münasibətdən 4 övladı doğulmuşdur. Uşaqlardan üçü Qax Rayon Xəstəxanasında doğulduqları üçün doğum haqqında şəhadətnaməni əldə edə bilmişlər. Digər övladı Mirzəyeva Cəmilə isə xx.xx.2017-ci il tarixdə evdə doğulduğu üçün Rayon Qeydiyyat İdarəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Uşaq hazırda 7 yaşındadır, o öz yaşıdları kimi məktəbə getmə imkanından məhrum olub. Həmçinin uşaq talassemiyya xəstəsidir. Onun müalicəsi və dərmanlarının alınması üçün müvafiq sənədlərin alınması zəruridir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qızı X3 xx.xx.2017-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək ərizənini təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Ərizəçi ilə faktiki olaraq ailə qurmuşlar. X6 xx.xx.2017-ci il tarixdə ev şəraitində doğulmuşdur. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə alınması mümkün deyildir. Ərizənin təmin edilməsinə etiraz etmir. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi bacısıdır. Ərizəçi qızı Cəmilə Mirzəyeva ev şəraitində doğulmuşdur. Uşağın doğuşunda o özü bilavasitə iştirak etmişdir. Təsdiq edir ki, həqiqətən də, Ərizəçi qızı Cəmilə Mirzəyeva xx.xx.2017-ci il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs1 verdiyi 06 iyun 2024-cü il tarixli № 3-16- 5/8-69-100/2024 saylı Arayışdan görünür ki, X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş X10 Şəki Bölməsinin müdirinin verdiyi xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, X5 2017-ci ilin sentyabr ayında Milli Hematologiya və X1 Mərkəzində “Beta talassemiya major” diaqnozu təsdiq olunub. Hər ay 2 vahid eritrositar kütlə transfuziya olunur. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi Qax rayonu Güllük kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs2 ilə 2014-cü il tarixdə faktiki olaraq ailə qurmuşlar. Ərizəçinin övladı X5 xx.xx.2017ci il tarixdə evdə ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə verilməmişdir. İddiaçı Cəmilə Mirzəyevaya doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi həmin sənədi verməkdən imtina etmişdir. Uşağın doğum haqqında şəhadətnaməsinin olmaması ərizəçiyə müəyyən hüquqlarını həyata keçirməyə mane olur. Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi X6nın xx.xx.2017-ci il tarixdə Qax rayonu Güllük kəndində doğulması şahid ifadəsi və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyat keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X3 xx.xx.2017-ci il tarixdə Qax rayonu Güllük kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-370/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-370/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver