Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-371/2023 13.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf Qax rayon Notariat ofisinə qarşı “buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evindən və X1ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh və maraqlı tərəf Qax rayon Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evindən və X1ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh və maraqlı tərəf Qax rayon Notariat ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və maraqlı tərəf Qax rayon Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı izahat verərək göstərdi ki, Qax rayonu Qaşqaçay kəndində yaşayır. X2 xx.xx.1999-cu ildə ölmüşdür. X1 isə xx.xx.2013-cü ildə ölmüşdür. Mərhum atasından Qax rayonu Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evindən və qardaşından Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsi miras qalmışdır. Atası və qardaşı öldükdən sonra mirası o idarə edir. Atasından miras qalan əmlakdan özünə düşən payıın verilməsini istəyir. Aralarında problemlər olduğu üçün notariat ofisində mirası qəbul edə bilmir. O, sənədləşmə üçün Qax rayon NO-nə müraciət etsə də, ona mirasın qəbul müddətini keçirdiyini bildirmişlər. O mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmişdir. Elə hesab etmişdir ki, mərhum atasının və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və X2ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evindən və X1ndan miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xalq deputatları sovetinin icraiyyə komitəsinin 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 113 nömrəli və reyestr kitabında 12 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evi X6 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-121F, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsi İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 16 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx-xx/2023 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 26 may 1999-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 16 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx-xx/2023 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 13 avqust 2013-cü ildə ölmüşdür. İşə əlavə edilmiş 10 iyul 1998-ci il tarixdə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 oğlu Qax rayonu Qaşqaçay kəndində yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 136 saylı Arayışdan görünür ki, X6 İddiaçı və Cavabdeh ibarət vərəsələri vardır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 135 saylı Arayışdan görünür ki, X5 İddiaçı və Cavabdeh ibarət vərəsələri vardır. İşə əlavə edilmiş Cavabdeh imzaladığı və məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o mərhum X2ndan miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, torpaq sahəsindən digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin 17 aprel 2023-cü il tarixli № 285 və 286 saylı məktublarından görünür ki, iddiaçıya hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xalq deputatları sovetinin icraiyyə komitəsinin 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 113 nömrəli və reyestr kitabında 12 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən Qax rayonunun Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evi X6 ümumibirgə mülkiyyətinə verilmişdir. JN-121F, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsi İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. X10 26 may 1999-cu ildə, X9 13 avqust 2013-cü ildə ölmüşdür. X10 oğlu Qax rayonu Qaşqaçay kəndində yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. Tənzil Tənzilovun və Mehman Tənzilovun İddiaçı və Cavabdeh ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh mərhum X2ndan və qardaşı Mehman Tənzilovun miras qalmış əmlakı nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, torpaq sahəsindən digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ata və qardaşının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə tədqiqi zamanı iddiaçının izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mirasqoyan şəxs iddiaçının X10 xx.xx.1999-cu ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X10 xx.xx.1999-cu ildə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan müddəaları əsasında həll edilməlidir. Belə ki, X6 vəfat etdiyi 1999-cu ildə qüvvədə olan Mülki Məcəlləsinin; -528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21 -ci maddəsində göstərilən gün hesab olunur. -537-maddəsinə görə hər bir vətrəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişətin predmeti istisna edilməməklə) qanun üzrə vərəslər dairsinə həm daxil olan, həm də daxil olmayan bir və ya bir-neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və s ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir-neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. - 552-ci maddəsinin 1-ci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, birneçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. - 552-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 müddətində edilməlidir. - 552-ci maddəsinin 4-cü hissəsinə əsasən yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. - 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X9 xx.xx.2013-cü ildə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırda qüvvədə olan müddəaları əsasında həll edilməlidir Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xalq deputatları sovetinin icraiyyə komitəsinin 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 113 nömrəli və reyestr kitabında 12 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evi və JN-121F, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsinin Mehman Tənzilovun payına düşən ½ hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlaklar üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Xalq deputatları sovetinin icraiyyə komitəsinin 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 113 nömrəli və reyestr kitabında 12 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evi və JN-121F, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsinin Mehman Tənzilovun payına düşən ½ hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş, 113 nömrəli və reyestr kitabında 12 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyətinə verilmiş Qax rayonunun Qaşqaçay kəndində yerləşən 4 otaqlı, 67 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində tam və JN-121F, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.21 ha torpaq sahəsinin X5 payına düşən ½ hissəsindən ibarət miras əmlaklar üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və həmin pay İddiaçı mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-371/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-371/2023
13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver