Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-373/2023 13.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus olan Qax şəhəri, H.Əliyev prospekti, bina 17, mənzil 5 də yerləşən mənzildən Cavabdeh məxsus yataq mebeli,uşaq mebeli, divan və digər əşyaların çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Qax şəhəri, H.Əliyev prospekti, bina 17, mənzil 5 də yerləşən mənzildən Cavabdeh məxsus yataq mebeli, uşaq mebeli, divan və digər əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri, H.Əliyev prospekti, bina 17, mənzil 5-yeni qaydalarla ünvan 1 yaşayır. Keçmiş gəlini Cavabdeh ilə oğlu X3 nikahları xx.xx.2018-ci il tarixdə Qax rayon Məhkəməsinin qərarı ilə pozulmuşdur. Cavabdeh bir müddət həmin evdə yaşasa da 5 il olar ki, ona məxsus evdə yaşamır, onun bacısına məxsus evdə yaşayır. Lakin buna baxmayaraq ona məxsus evdə keçmiş gəlininin cehiz əşyaları vardır. Onlar yataq mebeli, uşaq mebeli, divan və digər əşyalardan ibarətdir. Cavabdeh məxsus cehiz əşyaları ona məxsus evdə maneçilik törədir. Dəfələrlə bu barədə gəlininə desə də heç bir nəticəsi olmamışdır. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən ona məxsus olan Qax şəhəri, H.Əliyev prospekti, bina 17, mənzil 5 də-yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus yataq mebeli, uşaq mebeli, divan və digər əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaısnda izahat verərək göstərdi ki, iddia tələbində göstərilənlərə etiraz edir. İddiaçı oğlundan boşandıqdan sonra təxminən 5 il əvvəl Rabiyətə məxsus evdən çıxmışdır. Hazırda uşaqları ilə birlikdə İddiaçı bacısının evində qalırlar. İddiaçıya məxsus evdən öz övladlarına pay tələb edir. İddiaçı ona kompensasiya ödəməlidir. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. İş materiallarında olan Qax RİHB-nın İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 632 saylı arayışından görünür ki, Cavabdeh 4 ilə yaxın bir müddətdir ki, Qax şəhəri H.Əliyev prospekti, bina 17, mənzil 5 də yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********xx-xx-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, H.Əliyev prospekti, bina 17, ev 5, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax şəhəri, H.Əliyev prospekti, bina 17, giriş 1, mərtəbə 2, mənzil 5-də yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X2 şəhəri, H.Əliyev prospekti, bina 17, giriş 1, mərtəbə 2, mənzil 5-də yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********xxxx-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, H.Əliyev prospekti, bina 17, ev 5, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. İddiaçı, Cavabdeh məxsus yataq mebeli, uşaq mebeli, divan və digər əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı oğlundan boşandıqdan sonra təxminən 5 il əvvəl iddiaçıya məxsus evdən çıxdığını, uşaqları ilə birlikdə İddiaçı bacısının evində qaldığını göstərərək iddianı qəbul etməmişdir. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Cavabdeh məxsus iddia tələbində göstərilən əşyaların İddiaçı məxsus Qax şəhəri, H.Əliyev prospekti, bina 17, ev 5, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən evdən çıxarılması barədə iddiaçının iddiаsı əsaslıdır. Cavabdeh özünə məxsus əşyaları iddiaçının evində saxlamaqla və əşyaları çıxarmaqdan boyun qaçırmaqla iddiaçının mülkiyyətində olan evdən sərbəst istifadə hüququnu qanuni əsas olmadan məhdudlaşdırır, iddiaçı bu maneçiliyin aradan qaldırılmasını, yəni cavabdehə məxsus əşyaların evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin də məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, artıq 5 ilə yaxın müddətdir ki, iddiaçıya məxsus evdə yox başqa yerdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdə qalması onun mülkiyyətindən tam sərbəst istifadəsini məhdudlaşdırmasına səbəb olur. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus yataq mebeli, uşaq mebeli, divan və digər əşyaları İddiaçı məxsus Qax şəhəri, H.Əliyev prospekti, bina 17, ev 5, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus yataq mebeli, uşaq mebeli, divan və digər əşyaları İddiaçı məxsus Qax şəhəri, H.Əliyev prospekti, bina 17, ev 5, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-373/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-373/2023
13.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver