Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-384/2024 01.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı «gedişgəliş yolunun açılması və zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək «gediş-gəliş yolunun açılması və Cavabdeh zəbt olunmuş ərazidən məcburi qaydada çıxarılması» barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələndikdən sonra, hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:30-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini göstərdi. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi qaytarıldığı üçün məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən Azərpoçt MMC-də xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «gedişgəliş yolunun açılması və zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən Azərpoçt MMC-də xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-384/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-384/2024
01.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver