Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-388/2023 15.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı1 cavabdeh Qax rayon Notariat ofisinə qarşı “miras qalmış əmlakın qəbul edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar Nümayəndə və İddiaçı1 cavabdeh Qax rayon Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X8 miras qalmış yaşayış məntəqəsi təyinatlı torpaqları, reyestr nömrəsi **********71 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0.0445 ha, reyestr nömrəsi **********67 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0,142 ha olan və kənd təsərrüfat təyinatlı torpağa mülkiyyət hüququna dair JN 286 nömrəli Dövlət Aktına əsasən 0,78 ha torpaq sahəsini, eyni zamanda mərhum X20 və mərhum əmisi Bayraməli Əfəndiyevin mülkiyyətində olan mənzilin onun tərəfindən faktiki qəbul edilməsinə və həmin əmlakların onların mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini və mülki işin özünə aid hissədə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddia tələbinin Nümayəndə aid hissəsində mülki işin icraatına xitam verilmişdir. Ona görə də, məhkəmə araşdırılması İddiaçı1 cavabdeh Qax rayon Notariat ofisinə qarşı “mərhum atası X8 miras qalmış yaşayış məntəqəsi təyinatlı torpaqları, reyestr nömrəsi **********71 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0.0445 ha, reyrestrn nömrəsi **********67 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0,142 ha olan və kənd təsərrüfat təyinatlı torpağa mülkiyyət hüququna dair JN 286 nömrəli Dövlət Aktına əsasən 0,78 ha torpaq sahəsini, eyni zamanda mərhum X20 və mərhum əmisi Bayraməli Əfəndiyevin mülkiyyətində olan mənzilin onun tərəfindən faktiki qəbul edilməsinə və həmin əmlakların onların mülkiyyətinə verilməsinə dair” hissəsində aparılır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı1 və Qax rayon Notariat ofisinin xüsusi notariusu məhkəmə iclasına gəlməmiş, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmiş, cavabdeh Qax rayon Notariat ofisinin xüsusi notariusu isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının etibarnamə üzrə nümayəndəsi iddiaçı Nümayəndə iştirakı ilə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə uyğun olaraq cavabdeh Qax rayon Notariat ofisinin xüsusi notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı1 iddia ərizəsində göstərmişdir ki, anası Nümayəndə mərhum atası X16 nikaha daxil olmaqla ailə münasibətləri qurmuşlar. X23 30 may 2022-ci il tarixdə vəfat etmişdir. Onun faktiki olaraq qeydiyyatda olduğu və yaşadığı ev mərhum əmisi X3 və mərhum nənəsi X11 məxsus olmuşdur. X20 11.03 2012-cı ıl tarixdə, əmisi isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. X17 iki övladı olmuşdur. Bunlar X23 və əmisi Bayraməli Əfəndiyev olmuşdur. Atasının tək övladı o olmuşdur. Əmisi isə xəstəliyi ilə bağlı ümumiyyətlə ailə həyatı qurmamışdır. Babası, nənəsi, atası və əmisi vəfat etdikləri üçün onların yeganə varisi o qalmışdır. Bu məqsədlə onun hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilə miras əmlakını qəbul edərək həmin əmlak üzərində mülkiyyət hüququnun tanınmasını istəyir. Bundan əlavə qeyd edir ki, hazırda tələb etdiyi mənzildə o və anası Nümayəndə qeydiyyatda olmaqla yaşayırlar. Mənzilin komunal ödənişlərini hazırda o edir. Qanunvericiliyin tələbinə əsasən miras əmlakı idarə etdiyindən mirasın qəbul edilməsi halı yaranmışdır. Bundan başqa mərhum atası X24 rayonun Ləkit kəndində reyestr nömrəsi **********71 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0,0445 ha, reyestr nömrəsi **********67 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0,142 ha olan yaşayış məntəqəsi təyinatlı torpaqları və kənd təsərrüfat təyinatlı torpağa mülkiyyət huququna dair JN 286 nömrəli Dövlət Aktına əsasən 0.78 ha torpaq sahəsi vardır Mərhum atamın birinci dərəcəli varislərindən o və anası Nümayəndə vardır. Bu məqsədlə qeyd olunan torpaq sahələrində atasının yeganə varisi olaraq bu ərazilər üzərində mülkiyyət hüququmuzun tanınmasını istəyirlər. Bununla əlaqədar Qax Rayon Notariat ofisinə müraciət etmişlər. Notariat ofisindən müraciəti cavablandırılaraq bildirilmişdir ki, miras əmlakın qəbulu ilə bağlı müddət buraxıldığından məhkəməyə müraciət olunmalıdır. Müvafiq məktuba əsasən valideynindən miras qalmış əmlakları qəbul etdiyindən əmlakın ona verilməsinə və mülkiyyət hüququmun tanınmasına ehtiyac olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum atası X8 miras qalmış yaşayış məntəqəsi təyinatlı torpaqları, reyestr nömrəsi **********71 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0.0445 ha, reyestr nömrəsi **********67 olan torpaq sahəsinin plan ölçüsünə əsasən 0,142 ha olan və kənd təsərrüfat təyinatlı torpağa mülkiyyət hüququna dair JN 286 nömrəli Dövlət Aktına əsasən 0,78 ha torpaq sahəsini, eyni zamanda mərhum X20 və mərhum əmisi Bayraməli Əfəndiyevin mülkiyyətində olan mənzilin onun tərəfindən faktiki qəbul edilməsinə və həmin əmlakların onların mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatını dinləyib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ləkit kəndində yerləşən 0.1420 ha torpaq sahəsi X12 mülkiyyətindədir. İş materiallarında olan reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ləkit kəndində yerləşən 0.0445 ha torpaq sahəsi X12 mülkiyyətindədir. İş materiallarında olan reyestr nömrəsi **********45-05101-093007 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Heydər Əliyev prospekti, bina 105, mənzil 21-də yerləşən mənzil X2 və X9 ümumibirgə mülkiyyətindədir. İş materiallarında olan JN-286, KOD 40314018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ləkit kəndində yerləşən 0.78 ha torpaq sahəsi X12 və X13 mülkiyyətindədir. İşə əlavə edilmiş Qax RİHB-nın Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 168 saylı arayışdan görünür ki, X12 arvadı Nümayəndə və oğlu İddiaçı1 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 449 saylı arayışdan görünür ki, X2 qardaşı oğlu İddiaçı1 ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 450 saylı arayışdan görünür ki, X9 nəvəsi İddiaçı1 ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 30 mart 2023-cü il tarixli № 226 saylı və 06 avqust 2023-cü il tarixli 590 saylı məktublardan görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Ləkit kəndində yerləşən 0.1420 ha torpaq sahəsindən X12 payına düşən hissədən ibarətdir. İşə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Ləkit kəndində yerləşən 0.0445 ha torpaq sahəsindən X12 payına düşən hissədən ibarətdir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə Qax şəhəri, H.Əliyev prospekti, ev 105, m 1-də qeydiyyatdadır. İş materiallaırnda olan AZ-İ № 994188 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Nümayəndə nikahları 09 oktyabr 2014-cü ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 568539 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 atası X16, anası isə Nümayəndədır. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023cü il tarixli № 05/09İS/125323-23 saylı Arayışdan görünür ki, X4 öldüyü xx.xx.2022-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 246795 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 306705 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 17 may 2023-cü il tarixli № 372 saylı məktubundan görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********45-05101- 093007 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax şəhəri, Heydər Əliyev prospekti, bina 105, mənzil 21-də yerləşən mənzil X2 və X9 ümumibirgə, **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Ləkit kəndində yerləşən 0.1420 ha torpaq sahəsi X12, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Ləkit kəndində yerləşən 0.0445 ha torpaq sahəsi X12, JN-286, KOD 40314018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Ləkit kəndində yerləşən 0.78 ha torpaq sahəsi X12 və X13 mülkiyyətindədir. X12 arvadı Nümayəndə və oğlu İddiaçı1, X2 İddiaçı1 və X9 nəvəsi İddiaçı1 ibarət vərəsəsi qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; İddiaçı1a və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı valideyinlərinin ölümünə qədər və ölümündən sonra da miras əmlakda yaşayaraq onu faktiki qəbul etmişdir. Digər vərəsə Nümayəndə iddiadan imtina etməsindən müəyyən olunur ki, o miras əmlakla bağı digər vərəsə tərəfindən faktiki qəbul edilməsinə etiraz etmir. İddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başladığı və mirasa yiyələndiyi üçün o miras əmlakı faktiki olaraq tam qəbul etmiş sayılır və mirası faktiki qəbul etdiyi üçün də iddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin səbəblərinin üzrlü hesab edilərək uzadılmasına ehtiyac yoxdur. Nümayəndə mərhum əri Əhməd Əfəndiyevə məxsus miras əmlakda yaşamamış, mərhum ərindən miras qalmış əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, **********45-05101-093007 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 və X9 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, Heydər Əliyev prospekti, bina 105, mənzil 21-də yerləşən mənzil, **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.1420 ha torpaq sahəsi, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.0445 ha torpaq sahəsi və JN-286, KOD 40314018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X13 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.78 ha torpaq sahəsinin ½ hissəsinin İddiaçı1 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlaklar iddiaçının tam mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. **********45-05101-093007 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 və X9 ümumibirgə mülkiyyətində olan Qax şəhəri, Heydər Əliyev prospekti, bina 105, mənzil 21-də yerləşən mənzil, **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.1420 ha torpaq sahəsi, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.0445 ha torpaq sahəsi və JN-286, KOD 40314018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12 və X13 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ləkit kəndində yerləşən 0.78 ha torpaq sahəsinin ½ hissəsinin İddiaçı1 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar İddiaçı1 tam mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-388/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-388/2023
15.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver