Məhkəmə qərarları › İş №2(024)-389/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-389/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-389/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədirliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Qax rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək özünün doğum tarixinin xx.xx.1960-cı il olması faktının tanınması və Qax rayon Qeydiyyat şöbəsində olan doğumun qeydə alınması kitabında doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Qax rayon Qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Qax rayon Qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.1960-cı il tarixdə Qax rayonu Əmbərçay kəndində doğulmuşdur. Onun bütün hüquqmüəyyən edici sənədlərində eləcə də ona məxsus doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. Lakin Qax rayon Qeydiyyat şöbəsində doğumun qeydə alınması barədə kitabda onun doğum tarixi səhvən xx.xx.1960-cı il kimi qeyd edilmişdir. Hazırda o ölkə xaricinə getmək istəyir, lakin onun doğum tarixinin doğumun qeydə alınması haqqında kitabda və elektron informasiya mərkəzində səhv qeyd edilməsi ona ölkə xaricinə çıxmasına maneə yaradır. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən özünün doğum tarixinin xx.xx.1960-cı il olması faktının tanınması və Qax rayon Qeydiyyat şöbəsində olan doğumun qeydə alınması kitabında doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçib sinif yoldaşıdır və o, Ərizəçi yaxşı tanıyır. ailəsini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Qax rayonu Əmbərçay kəndində doğulmuşdur. Ərizəçinin bütün hüquqmüəyyən edici sənədlərində eləcə də ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1960cı il kimi qeyd edilmişdir. Lakin Qax rayon Qeydiyyat şöbəsində doğumun qeydə alınması barədə kitabda ərizəçinin doğum tarixi səhvən xx.xx.1960-cı il kimi qeyd edilmişdir. Ərizəçi həmin səhvlə bağlı Qax rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin doğum tarixinin fəhv qeyd edilməsi ona müəyyən hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Məhkəmə tədqiqatı zamanı Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulması şahidlərin ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Odur ki, müvafiq fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum tarixinin xx.xx.1960-cı il olması faktı müəyyən edilməli və Ərizəçi Qax rayon Qeydiyyat şöbəsində olan doğumun qeydə alınması kitabında doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi doğum tarixinin xx.xx.1960-cı il olması faktı müəyyən edilsin. Ərizəçi Qax rayon Qeydiyyat şöbəsində olan doğumun qeydə alınması kitabında doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edil. Qətnamənin icrası Qax rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelliyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar