Məhkəmə qərarları › İş №2(024)-399/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-399/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-399/2024 21.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “prosessual müddətin bərpası, X1 miras qalan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan özünə düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək prosessual müddətin bərpası, X1 miras qalan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan özünə düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax şəhəri M.V.Vidadi küçəsi ev 6-da yaşayır. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X1 Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq miras qalmışdır. Atası öldükdən sonra həmin mirası o idarə edir. O atasından qalan mirası sənədləşdirmək istəyir. Bacısı ilə aralarında mübahisə olduğu üçün mirası sənədləşdirə bilmir. Həmçinin sənədləşmə üçün o, Qax rayon NO-ə müraciət etsə də orada mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini məsləhət etmişlər. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, atası öldükdən sonra mirası qəbul etmiş sayılır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən prosessual müddətin bərpası, X1 miras qalan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan özünə düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, mərhum X1 Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi onlara miras qalmışdır. Hazırda o özünə düşən paydan qardaşı İddiaçı xeyrinə imtina edir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş seriya RX № ******* çıxarışın surətindən görünür ki, Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X4, X5, X8 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İşə əlavə edilmiş AZ-İ № 978191 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2dur. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə Nümayəndəliyin verdiyi 650 saylı arayışdan görünür ki, İddiaçı X5, X8, Cavabdeh2 və İddiaçı ibarət vərəsləri vardır. İşə əlavə edilmiş vəsiqənin surətindən görünür ki¸ İddiaçı İİ qrup əlildir. İşə əlavə edilmiş X5, X8 və Cavabdeh2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar mərhum ataları İddiaçı Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan onlara düşən paydan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, seriya RX № ******* çıxarışın surətindən görünür ki, Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X4, X5, X8 və İddiaçı ümumi birgə mülkiyyətindədir. X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X3 Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X5, X8, Cavabdeh2 və İddiaçı miras qalmışdır. Həmin vərəsələrdən X5, X8 və Cavabdeh2 mərhum ataları X3 miras qalan əmlakdan özlərinə düşən payı ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, seriya RX № ******* çıxarışa əsasən X4, X5, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Seriya RX № ******* çıxarışa əsasən X4, X5, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Seriya RX № ******* çıxarışa əsasən X4, X5, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan Qax şəhəri M.C.Paşayev küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin X3 miras qalan ¼ hissəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar