Məhkəmə qərarları › İş №2(024)-4/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-4/2025

20.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-4/2025 20.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, İlk iddia üzrə cavabdeh X9 qarşı «torpaq sahəsindən payının müəyyən olunması və naturada ayrılması tələbi»nə dair ilkin iddia ərizəsi və X7 İddiaçı qarşı 2(024)-774/2021 saylı iş üzrə çıxarışın ləğv edilməsi və onun verilməsi üçün əsas olmuş sənədin etibarsız hesab edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, İlk iddia üzrə cavabdeh X7 qızına qarşı məhkəməyə ilk iddia ərizəsi ilə müraciət edərək Qax rayonu, Zərnə kəndində yerləşən Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********82 Daşınmaz Əmlakın Dövlət reyestr №li, 16 avqust 2021-ci il tarixli Çıxarış əsasında qeydə alınan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və **********07 Daşınmaz Əmlakın Dövlət Reyestr №li, 16 avqust 2021ci il tarixli Çıxarış əsasında qeydə alınan 0.13 ha həyətyanı torpaq sahələrindən payının müəyyən olunması və naturada ayrılması, cavabdeh X1 Şaban Yusif oğluna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş 16 avqust 2021-ci il tarixli, **********07 reyestr №li, ********** qeydiyyat №li və 16 avqust 2021-ci il tarixli **********82 reyestr №li, ********** qeydiyyat №li çıxarışların ləğv edilməsi, həmin çıxarışların verilməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın İddiaçı alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il xli 05 saylı qərarına əsasən X23 və X10 ümumbirgə mülkiyyətinə Qax rayonu, Zərnə kəndində 0.13 ha ətyanı torpaq sahəsi və 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. X27 17 iyun 1997-ci il tarixdə vəfat etmişdir. 20 noyabr 2012-ci ildə tarixdə Qax rayonu, Zərnə kəndində yerləşən X17 miras qalmış 0.13 ha həyətyanı torpaq sahəsinə dair Qax rayon Dövlət Notariat kontorunda vərəsəlik işi açılmış, X23 vərəsəsi Nuriyeva qiyyə Əziz qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Torpaq sahəsinin X24 məxsus hissəsinə X7 hüquqları DƏDRX-də qeydiyyata alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir, X10 yeganə vərəsəsi o olduğu üçün torpaq sahələrinin X13 məxsus hissəsinə vərəsəlik hüququ tanınmışdır. Bunun üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-də **********82 Daşınmaz Əmlakın Dövlət Reyestr nömrəli, 21008368 qeydiyyat №li, 16 avqust 2021-ci il tarixli çıxarış əsasında Qax rayonu, ********** Daşınmaz Əmlakın Dövlət Reyestr nömrəli, ********** qeydiyyat №li, 16 avqust 2021-ci il tarixli çıxarış əsasında Qax rayonu, Zərnə kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahələrinə dair hüquqları DƏDRX-də qeydiyyata alınaraq torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Qax rayonu, Zərnə kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin 0.065 ha hissəsi onun, 0.065 ha hissəsi isə Cavabdeh, 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə X27 ilə ümum birgə mülkiyyətlərindədir. X27 vəfat etdiyi və mirası qəbul edən vərəsəsi X16 olduğu üçün iddia tələbinin yönəldiyi şəxs cavabdeh Nuriyeva Şərqiyyədır. Torpaq sahələrindən payımın müəyyən olunması və naturada ayrılmasına dair cavabdehə müraciət etsə də nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, Qax rayon Aqrar islahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 №li qərarına əsasən X23 və X10 ümumbirgə mülkiyyətinə Qax rayonu, Zərnə kəndində 0.13 ha həyətyanı torpaq sahəsi və 0.99 ha kənd təsərrüfatı təyinatlı sahələri verilmişdir. Nəzərə çatdırmaq istəyir ki, X27 onun atasıdır, X18 isə onun rəsmi nikahlı arvadı olmuşdur. X27 17 iyun 1997-ci il tarixdə vəfat etmişdir. 20 noyabr 2012-ci ildə Qax rayon, Zərnə kəndində yerləşən X17 qalmış 0.13 ha həyətyanı torpaq sahəsinə dair Qax rayon Dövlət Kontorunda vərəsəlik işi açılmış, X23 X9 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilmişdir. Torpaq sahəsinin X24 məxsus hissəsinə X7 hüquqları daşınmaz dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək istəyir ki, 2(024)774/2021 №li iş üzrə məhkəmə bildirişi zaman ona məlum olmuşdur ki, ƏMDK yanında DƏDRX-də 1682 reyestr №li, ********** qeydiyyat №li, 16 avqust 2021-ci il tarixli Çıxarış əsasında Qax rayonu, Zərnə kəndində yerləşən 0.4667 ha kənd təyinatlı torpaq sahəsinə və **********07 reyestr №li, ********** qeydiyyat №li, 16 avqust 2021-ci il tarixli çıxarış əsasında Qax rayonu, Zərnə kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı Əhməd oğlunun hüquqları qeydiyyata alınmışdır. Həmin çıxarışları və çıxarışların verilməsi üçün əsas olmuş sənədləri aşağıdakılara görə qanunsuz hesab edir. Belə ki, X18 07 yanvar 2009-cu ildə vəfat edib. O vəfat edənədək onunla birlikdə yaşamışlar. Onun vəfatından sonra ona məxsus torpaq sahələrini o idarə və istifadə etmiş, torpaq vergilərini ödəmişdir. Lakin İddiaçı və onun atası X3 rayon Tala kəndində yaşamış, torpaqla heç bir əlaqələri olmamışdır. X11, nə də ki, İddiaçı X18 öldükdən sonra ondan qalan miras əmlakla maraqlanmamış, miras əmlakı nə faktiki, nə də ki, rəsmi qaydada etməmişlər. Yalnız 12 ildən sonra İddiaçı qanunsuz yolla X13 məxsus torpaq sahəsi ilə bağlı sənəd əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı qüvvədə olan hüquq normalarına və işin baxılması zamanı qüvvədə prosessual hüquq normalarına uyğun qətnamə çıxarmalıdır. X18 07 yanvar 2009-cu ildə ölmüş və miras həmin ildən açılmışdır. Buna görə də hazırkı mübahisəyə 01 sentyabr 2000-ci il ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ı vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman rədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik u miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras»ın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və la da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə idən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir »inə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə ıəsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıİdığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilir. Göründüyü kimi X30 oglu və onun atası X2 Biçə Əhməd qızından qalmış miras əmlakı qanunla mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətdə nə rəsmi qaydada, nə də ki, faktiki olaraq qəbul etməmişlər. Belə olan halda X14 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə necə verilə bilərdi? Göstərdiklərini nəzərə alaraq məhkəmədən edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysetrindən İddiaçı adına verilmiş 16 avqust 2021-ci il tarixli, **********07 reyestr №li, ********** qeydiyyat №li və 16 avqust 2021-ci il tarixli **********82 reyestr №li, ********** qeydiyyat №li Çıxarışların ləğv edilməsi, həmin Çıxarışların verilməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın İddiaçı alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək göstərdi ki, artıq üç dəfə ekspert tərəfindən eyni rəy verilmişdir ki, torpaq sahəsinin bölgüsü mümkündür. Həyətyanı torpaq sahəsinin bölgüsü ilə bağlı ekspert tərəfindən torpaq sahəsinin hansı hissəsinin cavabdehə, hansı hissəsinin iddiaçıya verilməsinin mümkün olması göstərilmişdir. Çöl torpaq sahəsinin bölgüsü ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, həmin torpaq sahəsinin hansı hissəsini verilməsi onlar üçün əhəmiyyət daşımır, istər sağ tərəfdən, istərsə də sol tərəfdən bölünüb verilməsinə razıdırılar. Onsuz da həmin torpaq sahəsinin yola giriş-çıxış imkanı vardır. Yəni hansı hissədən bölünüb verilsə onlar üçün fərqi yoxdur. Əsas mübahisə həyətyanı torpaq sahəsi ilə bağlıdır. Cavabdeh torpaq sahəsinin zəbt hissəsini onlar tərəfə verilməsini istəyir. Onlar torpaq sahəsinin zəbt hissəsini istəmirlər. Həmin torpaq hasara alınmışdır və bunun məsuliyyəti vardır. Ona görə də, həyətyanı torpaq sahəsinin iç hissədən verilməsini xahiş edirlər. Bələdiyyə də məhkəməyə sənəd təqdim etmişdir ki, həmin torpaq sahəsinin bölünüb vətəndaşlara verilməsinə, yol kimi istifadə edilməsinə etiraz etmir. Lakin bu heç bir hüquqi əhəmiyyət daşımır, çünki bələdiyyənin belə bir arayış verməsinə səlahiyyəti yoxdur. Belə bir arayış verdiyi təqdirdə ümumi bələdiyyə yığıncağı əsasında qərar qəbul olunmalı idi. Çünki bu şəxsi torpaq sahəsi bələdiyyə sədrinin şəxsi torpaq sahəsi deyil, ümumi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əsasən bölünməsini xahiş edir, çöl torpaq sahəsinin isə hansı hissədən bölünüb verilməsini məhkəmənin mülahizəsinə buraxır. Hesab edir ki, əlavə ekspertizanın keçirilməsi barədə vəsatət tam əsassızdır. Mülki iş üzrə üç dəfə ekspertiza keçirilmişdir, hansı ki, həyətyanı torpaq sahəsinin hansı hissəsinin iddiaçıya, hansı hissənin cavabdehə verilməsi mümkündür. 0.13 ha həyətyanı torpaq sahəsinin bölgüsü ilə bağlı ekspert tərəfindən torpaq sahəsinin hansı hissəsinin cavabdehə, hansı hissəsinin iddiaçıya verilməsinin mümkün olması göstərilmişdir. Bununla bağlı bölgü variantı vardır ki, hansı hissəsinin iddiaçıya, hansı hissəsinin isə cavabdehə verilməsi mümkündür. 0.13 ha torpaq sahəsinin ekspert rəyində göstərilən sxemə uyğun olaraq bölünməli və iddiaçıya verilməlidir. Cavabdehin hasara aldığı zəbt etdiyi torpağın cavabdehdə qalmaqla, digər hissənin iddiaçıya verilməsi barədə rəy verilmişdir. İddia tələbini müdafiə edir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölgüsü ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, həmin torpaq sahəsinin hansı hissəsini verilməsi onlar üçün əhəmiyyət daşımır, istər sağ tərəfdən, istərsə də sol tərəfdən bölünüb verilməsinə razıdırılar. Onsuz da həmin torpaq sahəsinin eyni bir yola giriş-çıxış imkanı vardır. Həyətyanı torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq iki hissədə bölünməsi və iddiaçıya verilməsi, çöl torpaq sahəsini isə bununla bağlı mütəxəssis rəyi təqdim olunubdur, ekspert ona əsaslanır ki, çöl torpaq sahəsi ilə bağlı koordinatlar, sənədlər təqdim olunmadığından bölünməsi mümkün olmamışdır. Ancaq bununla bağlı sxem təqdim olunmuşdur. Sxemdə göstərilən qaydada istərsə sağ tərəfdən, istər sol tərəfdən torpaq sahəsinin bölünərək iddiaçıya verilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh X16 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç btir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********07 reyestr №li, ********** qeydiyyat №li, 16 avqust 2021-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin 0.065 ha hissəsi İddiaçı, 0.065 ha hissəsi isə X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********82 reyestr №li, ********** qeydiyyat №li, 16 avqust 2021-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu, Zərnə kəndində yerləşən 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7262 №li, 22 iyun 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəydən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********2 №li, 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20 və X23 ümum birgə mülkiyyətində olan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və **********07 reyestr №li, 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarış əsasında qeydə alınan X20 və X23 ümum birgə mülkiyyətinə verilmiş 0.13 ha həyətyanı torpaq sahələrinin iddiaçının mülkiyyətinə düşən hissələrinin ayrılaraq ona verilməsi mümkündür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6176 №li, 15 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəydən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********2 №li, 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20 və X23 ümum birgə mülkiyyətində olan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçı və cavabdeh tərəfindən yerdə naturada göstərə bilmədiklərinə görə naturada həmin torpaq sahəsinin ölçülməsi mümkün olmamışdır. Ancaq həmin mübahisəli 0.4667 ha kənd təsərrüufatı təyinatlı torpaq sahəsinin DƏDRX tərəfindən verilmiş **********2 reyestr №li Çıxarışa əsasən yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yequruluşu planı 1-də göstərilmişdir. **********07 reyestr №li 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən qeydə alınan X21 və X23 ümum birgə mülkiyyətində olan 0.13 ha həyatyanı torpaq sahəsinin naturada ölçüsü 0.17 ha-dır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6176 №li, 15 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəydən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********2 №li, 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X20 və X23 ümum birgə mülkiyyətində olan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçı və cavabdeh tərəfindən yerdə naturada göstərə bilmədiklərinə görə naturada həmin torpaq sahəsinin ölçülməsi mümkün olmamışdır. Ancaq həmin mübahisəli 0.4667 ha kənd təsərrüufatı təyinatlı torpaq sahəsinin DƏDRX tərəfindən verilmiş **********2 reyestr №li Çıxarışa əsasən yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yequruluşu planı 1-də göstərilmişdir. **********07 reyestr №li 16 avqust 2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən qeydə alınan X21 və X23 ümum birgə mülkiyyətində olan 0.13 ha həyatyanı torpaq sahəsinin naturada ölçüsü 0.17 ha-dır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/51 №li, 10 may 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəydən görünür ki, Qax rayonu, Zərnə kənd ərazisində yerləşən, mübahisə predmeti olan 0.13 ha həyatyanı torpaq sahəsindən idiaçıya məxsus payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Qax rayonu, Zərnə kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.13 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünün məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklif üzrə texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Belə ki, DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2- 2983/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklifdə mübahisə predmeti olan torpaq sahəsinin bölünmüş hissələri məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə yol (küçə) istiqamətində girişçıxışla təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7160 №li, 20 fevral 2025-ci il tarixli tikinti-texniki ekspertizasının rəydən görünür ki, Qax rayonu, Zərnə kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.13 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünün məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 №li mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklif üzrə texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Belə ki, DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2- 2983/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklifdə mübahisə predmeti olan torpaq sahəsinin bölünmüş hissələri məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə yol (küçə) istiqamətində giriş-çıxışla təmin edilməmişdir. Mübahisə predmeti olan 0.13 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan hissəsindən cavabdeh tərəfindən giriş-çıxış qapısının açıldığını və faktiki olaraq cavabdehin istifadəsində olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin yol (dalan) istiqamətində giriş-çıxışları təmin edilməklə bölünərək bələdiyyə mülkiyyətində olan istiqamətdən cavabdehin, digər istiqamətdən isə iddiaçının istifadəsinə verilərək bölünməsinin məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı 10 may 2024cü il tarixli, 10/51 nömrəli ekspert rəyinə əlavə edilərək 21 may 2024-cü il tarixdə Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Mübahisə predmeti olan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada təqdim edilmədiyindən həmin torpaq sahəsinin hansı istiqamətdən yol, hansı istiqamətdən isə qonşu sahələr ilə əhatə olunduğunu müəyyən etmək mümkün olmamışdır. DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 №li mütəxəssis rəyinə əlavə edilmiş 0.4667 ha torpaq sahəsinin bölgü sxemində bölünmüş hissələri yol istiqamətində giriş-çıxışla təmin ediləcəyi təqdirdə həmin torpaq sahəsinin yuxarıda qeyd olunana mütəxəssis rəyinə əlavə edilmiş sxem üzrə naturada bölgüsü texniki cəhətdən mümkündür. Qax Rayon Məhkəməsinin 2(024)263/2021 №li, 30 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, əsasən İddiaçı iddiası təmin edilərək Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X10 paylı mülkiyyətində olan 0.065 ha torpaq sahəsinə və JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsinin X13 aid ½ hissəsinə vərəsəlik açılması və miras əmlak üzrə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edərək mirasın qəbulu müddəti uzadılması və miras əmlaklar üzərində iddiaçının payı tam müəyyən olunaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahələri üzərində tərəflərin ümumi birgə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı birgə mülkiyyətin mülkiyyətçisi kimi öz payının müəyyən edilərək ayrılmasını tələb etmişdir. Lakin iddiaçı payının ayrılmasına cavabdeh razılıq verməmişdir. Ümum birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, Qax rayonu, Zərnə kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.13 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünün məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən DƏDKR publik hüquqi şəxsin 12 №li Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 №li mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklif üzrə texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Belə ki, DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş «İİ» təklifdə mübahisə predmeti olan torpaq sahəsinin bölünmüş hissələri məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə yol (küçə) istiqamətində giriş-çıxışla təmin edilməmişdir. Mübahisə predmeti olan 0.13 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan hissəsindən cavabdeh tərəfindən giriş-çıxış qapısının açıldığını və faktiki olaraq cavabdehin istifadəsində olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin yol (dalan) istiqamətində giriş-çıxışları təmin edilməklə bölünərək bələdiyyə mülkiyyətində olan istiqamətdən cavabdehin, digər istiqamətdən isə iddiaçının istifadəsinə verilərək bölünməsinin məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı 10 may 2024-cü il tarixli, 10/51 №li ekspert rəyinə əlavə edilərək 21 may 2024-cü il tarixdə Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Mübahisə predmeti olan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada təqdim edilmədiyindən həmin torpaq sahəsinin hansı istiqamətdən yol, hansı istiqamətdən isə qonşu sahələr ilə əhatə olunduğunu müəyyən etmək mümkün olmamışdır. DƏDKR publik hüquqi şəxsin 12 №li Şəki Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 №li mütəxəssis rəyinə əlavə edilmiş 0.4667 ha torpaq sahəsinin bölgü sxemində bölünmüş hissələri yol istiqamətində giriş-çıxışla təmin ediləcəyi təqdirdə həmin torpaq sahəsinin yuxarıda qeyd olunana mütəxəssis rəyinə əlavə edilmiş sxem üzrə naturada bölgüsü texniki cəhətdən mümkündür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə orto foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissə torpaq sahəsindən naturada ayrılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(024)-263/2021 №li qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X10 paylı mülkiyyətində olan 0.065 ha torpaq sahəsinə və JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsinin X13 aid ½ hissəsinə vərəsəlik açılması və miras əmlak üzrə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edərək mirasın qəbulu müddəti uzadılması və miras əmlaklar üzərində iddiaçının payı tam müəyyən olunaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və qətnamə əsasında İddiaçı adına və 16 avqust 2021-ci il tarixli, **********07 reyestr №li, ********** qeydiyyat №li və xx.xx.2021-ci il tarixli **********82 reyestr №li, ********** qeydiyyat №li Çıxarışlar verilmişdir. Çıxarışların verilməsinə əsas olan qətnamə ləğv olunmamış və qüvvədədir. Hazırda həmin qətnamə baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan, həmin iş üzrə müəyyən olunmuş hallar hazırki mübahisədə yenidən araşdırılmır və sübut olunmur, həmin faktların yenidən sübut edilməsi yol verilməzdir. Yuxarıda qeyd olunan Qax Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığına görə həmin qətnamə məcburi (preyudisial) əhəmiyyətə malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Belə olan halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxobyektli forması yaranır. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 23 fevral 2016-cı il tarixli qəraında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə olan halda Şərqiyyə Nuriyevanın qarşılıqlı iddiası əsassızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: həmin Məcəllənin 156.1.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; həmin Məcəllənin 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; həmin Məcəllənin 156.1.3-ci maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Həmin Məcəllənin 156.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «X26» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İddia tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş «10» manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı cavabdeh X5 tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş «10» manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı cavabdeh X9 aid edilməlidir. 250 manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı X5 alınaraq AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunalara və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. Qax rayonu Zərnə kəndində yerləşən Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********82 Daşınmaz Əmlakın Dövlət reyestr nömrəli, 16 avqust 2021-ci il tarixli Çıxarış əsasında qeydə alınan 0.4667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı ½ hissə payı məhkəmə tikinti-texniki ekspertizasının 10/7160 №li, 20 fevral 2025-ci il tarixli rəyində qeyd olunan DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin rəyinə uyğun olaraq 12 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-2983/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxemində göstərilən qaydada və **********07 №li Daşınmaz Əmlakın Dövlət Reyestr №li, 16 avqust 2021-ci il tarixli Çıxarış əsasında qeydə alınan 0.13 ha həyətyanı torpaq sahəsindən iddiaçının 0.065 ha hissə payı məhkəmə tikinti-texniki ekspertizasının 10/7160 №li, 20 fevral 2025-ci il tarixli rəyində qeyd olunan Həlli Metodlarında göstərilənlərə əsasən 10 may 2024-cü il tarixli, 10/51 nömrəli ekspert rəyinə əlavə edilmiş Bölgü variantına uyğun olaraq naturada müəyyən edilərək ayrılsın və iddiaçıya verilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş «10» manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı cavabdeh X5 tutularaq iddiaçıya ödənilsin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş «10» manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı cavabdeh X9 aid edilsin. 250 manat ekspertiza xərcləri ilk iddia üzrə cavabdeh, qarışılıqlı iddia üzrə iddiaçı cavabdeh X5 alınaraq AZ.MEM VÖEN **********, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar