Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-401/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “cavabdehin özünə məxsus olan Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Qax rayonu Qaxbaş kəndində ümumi sahəsi 171.5 kv.m və torpaq sahəsi 0.07 ha torpaq sahəsi olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. O, hazırda həmin evi nəvəsinin adına rəsmiləşdirmək istəyir. Lakin qızı Cavabdeh həmin evdə qeydiyyatdadır. Belə ki, qızı evində qeydiyyatda olduğu üçün evlə bağlı sənədləşdirmə işləri aparılan zaman onun razılıq ərizəsi tələb olunur. Cavabdeh 2001-ci il tarixdə ərə getmişdir. Təxminən 3 il olar ki, cavabdeh əri ilə özlərinə başqa yerdə ev tikərək orada yaşayırlar. O, cavabdehdən ona məxsus evdən qeydiyyatdan çıxmasını və öz evinə qeydiyyata düşməsini xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh formal olaraq ona məxsus evdə qeydiyyatdadır və onun evi ilə heç bir əlaqəsi yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona məxsus olan Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbində göstərilənlərlə razı deyildir. 2001-ci ildə ərə getmiş və iddiaçıya məxsus evi tərk etmişdir. Onun Qax şəhərində 5 faiz adlanan ərazidə özünə məxsus fərdi yaşayış evi vardır və təxminən 4 ildən artıq müddətdir ki, öz evində yaşayır. Onun yaşamağa başqa evi olsa da, iddiaçıya məxsus ev ata evi olduğu üçün oradan qeydiyyatdan çıxmaq istəmir. İddianı qəbul etmir, təmin edilməsinə etiraz edir. İş materiallarında olan reyestr nömrəsi **********76-10301, qeydiyyat nömrəsi **********, qeydityyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 523 saylı arayışdan görünür ki, X1 arvadı X4, qızları Cavabdeh, X6, oğlu X7, gəlini X2, nəvələri X8 və X3 ibarətdir. İş materiallarına əlavə olunmuş təsərrüfatbaşına kitabdan 522 saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təsərrüfatında X5, arvadı X4, qızları Cavabdeh, X6, oğlu X7, gəlini X2, nəvələri X8 və X9 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Seriya AZE № 15810310 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonunun Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçını və cavabdehin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********76-10301, qeydiyyat nömrəsi **********, qeydityyat tarixi xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıya məxsus evdə qeydiyyatda olmuş, ərə getdikdən gündən həmin evdə yaşamır. Həmin vaxtdan sonra cavabdeh həmin evə qayıtmamış və evlə heç bir əlaqəsi olmamışdır. Hazırda cavabdeh özünə məxsus fərdi yaşayış evində yaşayır. İddiaçı Cavabdeh həmin evdə qeydiyyatda olmasının onun evə dair hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında təxminən 4 ildən artıq müddətdir ki, özünə məxsus fərdi yaşayış evində yaşadığını göstərmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh mübahisələndirilən fərdi yaşayış evini 2001-ci ildə tərk etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh yaşayış evini tərk etdikdən sonra 22 ildən artıq müddət keçmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadığından sözügedən evə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehin mübahisəli evi tərk etməsinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdığını nümayiş etdirmişdir. İşin faktiki hallarından da aydın olur ki, cavabdeh təxminən 22 ildir ki, iddiaçıya məxsus fərdi yaşayış evini tərk etmiş, 4 ildən artıq müddətdir ki, əri ilə birlikdə tikdirdikləri özlərinə məxsus fərdi yaşayış evində yaşayır və iddiaçıya məxsus evlə heç bir əlaqə saxlamamışdır. Bununla da cavabdeh evi daimi olaraq tərk etdiyini bir mənalı olaraq təsdiq etmişdir. Cavabdehin bu müddət ərzində başqa digər yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. Bu baxımdan da Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı məxsus olan Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Qax rayonunun Qaxbaş kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-401/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-401/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver