Məhkəmə qərarları › İş №2(024)-403/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-403/2023

10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-403/2023 10.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabeh Cavabdeh, Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə təqdim edərək mərhum anası Fatma Rəhimovadan miras qalmış əmlakdan imtina etdiyini göstərmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaşqaçay kəndində yaşayır. X1 xx.xx.2000-ci ildə ölmüşdür. Anasından Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsi miras qalmışdır. Anası öldükdən sonra mirası o idarə edir. O, mərhum anasından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Sənədləşmə üçün Qax rayon notariat ofisinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1ndan miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-362, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax raypnu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 07 may 2023cü il tarixli № 3-16-5/8-xx-xx/2023 saylı Arayışdan görünür ki, X5 14 avqust 2000-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 166 saylı arayışdan görünür ki, X3 Cavabdeh və İddiaçı qızından ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ İddiaçı Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki¸ Cavabdeh Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 04 may 2023-cü il tarixli № 337 saylı məktubdan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o mərhum anası X7 miras qalmış əmlakdan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. Anasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-362, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. X5 14 avqust 2000-ci ildə ölmüşdür. X3 Cavabdeh və İddiaçı qızından ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh mərhum X1 miras qalmış əmlakdan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiyini, anasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-362, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-362, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-362, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.60 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar