Məhkəmə qərarları › İş №2(024)-42/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-42/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-42/2024 05.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh1, Üçüncü şəxs X7 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X15, X18, X11, X16, X8 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayonu Şıxlar kəndində yerləşən **********20, **********13 və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN-048 Kod 40304028 saylı şəhadətnaməyə əsasən atası X12 məxsus olmuş miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsi tələbi”nə və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “**********20, **********13 və **********11 nömrəli Çıxarışlara əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində onun pay hüquqlarının tanınması və həmin torpaq sahələri üzərində payının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X15, X18, X11, X16, X8 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Şıxlar kəndində yerləşən **********20, **********13 və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN- 048 Kod 40304028 saylı şəhadətnaməyə əsasən atası X12 məxsus olmuş miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X15, X18, X16, X8 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş. gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə lazımi qaydada məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X15, X18, X16, X2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X11 məhkəməyə ərizə ilə müraciət edərək özünün Müstəqil tələb irəli sürən 3-cü şəxs kimi mülki işə qoşulmasını xahiş etmiş və X11 İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “**********20, **********13 və **********11 nömrəli Çıxarışlara əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində onun pay hüquqlarının tanınması və həmin torpaq sahələri üzərində payının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz iddiasını müdafiə etmiş, X4 iddiasını qəbul etməmiş, Cavabdeh1 və üçüncü şəxs X1 Qurbanovun iddiasını qəbul etməmiş, Təranə Qurbanovanın iddiasını qəbul etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X19 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Hazırda ondan **********20 reyestr nömrəli. **********13 reyestr nömrəli, **********12 reyestr nömrəli və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN048F, Kod 40304028 nömrəli şəhadətnaməyə əsasən torpaq sahələri qalmışdır. Atası öldükdən sonra ona məxsus olmuş əmlakdan istifadə etmiş, üçüncü şəxslər olan bacı-qardaşları və anası həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Cavabdehlər isə həmin torpaqların sənədləşdirilməsinə maneə yaradırlar. Uzun illərdir ki, torpaq sahələrini rəsmiləşdirə bilmir. Onlar həmin əmlakları nə notariat orqanlarına müraciət etməklə nə də faktiki olaraq qəbul etməmişlər. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Şıxlar kəndində yerləşən **********20, **********13 və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN-048 Kod 40304028 saylı şəhadətnaməyə əsasən atası X12 məxsus olmuş miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxs X11 iddia ərizəsində göstərmişdir ki, İddiaçı 3-cü tərəf kimi ona və cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2, DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayonu Şıxlar kəndində yerləşən **********20, **********13 və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN-048 Kod 40304028 saylı şəhadətnaməyə əsasən atası X12 məxsus olmuş miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müracitə etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatındadır və 2(024)-612 saylı iş nömrəsi ilə baxılmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti bardə müstəqil tələblər irəli sürən şəxslər işin məhkəmədə baxılmaqla hazırlanması yekunlaşana qədər bir tərəfə, yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə qarşı bilər. O, atası İddiaçı qız övladı olduğu üçün 1 dərəcəli varisdir. Ona görə də, MPM-nin 55-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun pay hüququ adları aşağıda qeyd edilən torpaq sahələri üzərində tanınmalıdır. İddiaçının qeyd etdiyi torpaq sahələri onun atasından miras qalmışdır. O, daima həmin torpaqlardan istifadə etmiş və hal-hazırda da kənd təsərrüfatı məqsədi ilə istifadə edir. Atasından miras qalan torpaqlar onun və ailə üzvləri olan bacı və qardaşlarının ümumibirgə pay torpağıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi Qax rayonu Şıxlar kəndində olan **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, Qax rayonu Şıxlar kəndində olan **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi, Qax rayonu Şıxlar kəndində yerləşən **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsi onun və bacı qardaşlarının ümumibirgə pay torpaqlarıdır. Həmin torpaq sahəsi üzərində o da hüquq sahibidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Şıxlar kəndində yerləşən **********20, **********13 və **********11 reyestr nömrəli Çıxarışlara, həmçinin JN-048 Kod 40304028 saylı şəhadətnaməyə əsasən atası X12 məxsus olmuş miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və miras əmlakın tam olaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, mərhum atası X5 miras qalmış əmlaklar üzərində onun da qanun üzrə payı vardır. Miras qalmış əmlaklardan ona düşən payı qəbul edəcəkdir. Miras əmlakdan Məmməd Qurbanova düşən payın tam yox, qanunla ona düşən hissəsinin verilməsinə etiraz etmir. İddiaçı iddiasını qəbul etmir. Təranə Qurbanovanı iddiasını qəbul edir. Məhkəmə iclasında üçüncü şəxs X15 izahat verərək göstərdi ki, o da mərhum atası X5 miras qalmış əmlaklardan ona düşən payı qəbul edəcəkdir. Miras əmlakın İddiaçı tam verilməsinə etiraz edir. İddiaçıya qanunla düşən payın verilməsinə etiraz etmir. İddiaçı iddiasını qəbul etmir. Təranə Qurbanovanı iddiasını qəbul edir. İş materiallarını nəzərdən keçirib, İddiaçı, Cavabdeh1, üçüncü şəxs X7 izahatlarını dinləyərək məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən, Təranə Qurbanovanın iddiası tam təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-048F, KOD 40304028 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.18 ha torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı, X15, X18, X13, X8, Cavabdeh1, X4 atası X17, anası isə X14r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təkrarından görünür ki, X17 ilə X3 nikahları 22 mart 1968-ci ildə bağlanmışdır. İşə əlavə edilmiş AZ-İİ № 010822 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli № 705 saylı məktubdan görünür ki, X12 məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İşə əlavə edilmiş Qax RİHB-nın Almalı kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 408 saylı arayışdan görünür ki, mərhum X9 X16, X13, Cavabdeh2, X8, Cavabdeh1, X11, X15, İddiaçı, X10 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nə məxsus qəbzdən görünür ki, müstəqil tələb irəli sürən 3-cü şəxs X11 məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi, **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. JN-048F, KOD 40304028 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.18 ha torpaq sahəsi İddiaçı, X15, X18, X17, X8, X16 və X4 ümumibirgə mülkiyyətindədir. X17 ilə X3 nikahları 22 mart 1968-ci ildə bağlanmışdır. X17 xx.xx.2019-cu ildə ölmüş və onun X9 X16, X13, Cavabdeh2, X8, Cavabdeh1, X11, X15, İddiaçı, X10 ibarət vərəsələri qalmışdır. Məhkəmə iddia tələblərinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı və Təranə Qurbanova mərhum valideyinlərinin ölümündən sonra miras əmlaklarda yaşamaqla və istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıq-aşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında İddiaçı və Təranə Qurbanova bir-birilərinin mirasın faktiki qəbul etmələrinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Sadəcə olaraq məhkəmə tərəfindən müəyyən edildi ki, digər vərəsələr də miras əmlakdan öz paylarından imtina etmir və gələcəkdə qəbul etmək niyyətindədirlər. Məhkəmə hər iki iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. X6 üzrə 9 vərəsəsi vardır. İddiaçı və Təranə Qurbanova miras əmlakı faktiki qəbul etmiş, digər vərəsələr miras əmlakla bağlı öz paylarını qəbul etmək niyyətindədirlər. X9 mülkiyyətinə verilmiş Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi, Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsi və JN-048F, KOD 40304028 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.18 ha torpaq sahəsindən ibarət miras əmlakların hər birinin 1/7 hissəsi üzərində İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs Təranə Qurbanovanın hər birinin qanun üzrə payı 1/9 hissə təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası isə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən Onlar bu Məcəllənin 4.3 ‒ 4.6cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiası qismən təmin edilməli, üçüncü şəxs X7 iddiası təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi, **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsinin 1/7 hissəsinin İddiaçı və 1/7 müstəqil tələb irəli sürən 3-cü şəxs hissəsinin X11 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, həmin əmlakların hər birinin 1/7 hissəsinin 1/9 hissəsi üzərində İddiaçı və 1/7 hissəsinin 1/9 hissəsi üzərində müstəqil tələb irəli sürən 3-cü şəxs Təranə Qurbanovanın payları müəyyən edilməli və onların mülkiyyətinə verilməli, İddiaçı iddiası qalan hissədə rədd edilməli, miras əmlak qalan hissədə açıqda saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı iddiası qismən və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddiası tam təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi, **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsinin 1/7 hissəsinin İddiaçı və 1/7 hissəsinin müstəqil tələb irəli sürən 3-cü şəxs X11 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 2.9016 ha torpaq sahəsi, **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı təyinatlı 0.5 ha torpaq sahəsi, **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu Şıxlar kəndində olan kənd təsərrüfatı 1.0359 ha torpaq sahəsi və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Qax rayonu Şıxlar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0266 hektar torpaq sahəsinin hər birinin 1/7 hissəsi üzərində İddiaçı 1/9 hissə və 1/7 hissəsi üzərində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 1/9 hissə payı müəyyən edilərək onların mülkiyyətinə verilsin. Miras əmlak qalan hissədə açıqda saxlanılsın. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar