Məhkəmə qərarları › İş №2(024)-420/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-420/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-420/2023 10.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “özünə məxsus Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-də yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək özünə məxsus olan Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-dən cavabdehlər Omarova (Məhyəddinova) Kəmalə Akif qızı, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldıması barədə ərizə təqdim edərək Cavabdeh2 və Cavabdeh3 cavabdehlər sıyahısından çıxarılması və Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-dən cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının və övladları Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızı və maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının X2 gəlmiş və maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızı və maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax şəhəri M.Vidadi küçəsi bina 16, mənzil 15 ümumi sahəsi 53.58 kv.m olan mənzili vardır. Həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. O, hazırda həmin mənzili oğlunun adına rəsmiləşdirmək qərarına gəlmişdir. Lakin, həmin mənzildə onun keçmiş gəlini Omarova (Məhyəddinova) Kəmalə Akif qızı, nəvələri Cavabdeh2 və Cavabdeh3 həmin evdə qeydiyyatdadırlar və evini sənədləşdirdikdə onların razılıq ərizələri tələb olunur. Keçmiş gəlini Omarova (Məhyəddinova) Kəmalə Akif qızı 2021-ci il tarixdə oğlu Omarov Rəşaddan ayrılmış və başqa yerdə yaşayırlar. Onların özlərinin fərdi yaşayış evləri var. O, cavabdehdən evindən qeydiyyatdan çıxmasını və öz evlərinə qeydiyyata düşmələrini xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh və övladları formal olaraq ona məxsus evdə qeydiyyatdadır və onun mənzili ilə heç bir əlaqələri yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-dən cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının və övladları Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızı onun qızıdır. Kəmalə iddiaçının sabiq gəlinidir. İddia tələbində göstərilənlərlə razı deyildir. Qızı Kəmalə və övladları ilə birlikdə ailə üzvləri kimi uzun müddət iddiaçıya məxsus evdə yaşamışlar. Cavabdeh öz övladları ilə birlikdə iddiaçıya məxsus evdən qeydiyyatdan çıxmaq istəmir. İddianı qəbul etmir, təmin edilməsinə etiraz edir. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-də yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlər Omarova (Məhyəddinova) Kəmalə Akif qız, Cavabdeh2 və Cavabdeh3 Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının və cavabdeh Kəmalə Omarovanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-də yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızı və övladları Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Cavabdeh Kəmalə Omarova 2021-ci ildə iddiaçının oğlu Rəşad Omarovdan ayrılmış və həmin vaxtdan sonra cavabdeh həmin evə qayıtmamış və evlə heç bir əlaqəsi olmamışdır. İddiaçı cavabdeh Kəmalə Omarovanın və onun övladları Cavabdeh2 və Cavabdeh3 özünə məxsus mənzildə qeydiyyatda olmasının onun evə dair hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh Kəmalə (Məhyəddinova) Omarova övladları ilə birlikdə mübahisələndirilən mənzili 2021-ci ildə tərk etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh mənzili tərk etdikdən sonra 2 ilə yaxın müddət keçmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadığından sözügedən evə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehin mübahisəli evi tərk etməsinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdığını nümayiş etdirmişdir. İşin faktiki hallarından da aydın olur ki, cavabdeh təxminən iki ilə yaxın müddətdə iddiaçıya məxsus fərdi yaşayış evini tərk etmiş, başqa yaşayış evində yaşayır və iddiaçıya məxsus evlə heç bir əlaqə saxlamamışdır. Bununla da cavabdeh evi daimi olaraq tərk etdiyini bir mənalı olaraq təsdiq etmişdir. Cavabdehin bu müddət ərzində başqa digər yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. Bu baxımdan da cavabdeh Kəmalə (Məhyəddinovanın) Omarovanın həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. İş materiallarından görünür ki, iddiaçı Kəmalə (Məhyəddinovanın) Omarovanın birgə nikahlarından doğulmuş Cavabdeh2 12, Cavabdeh3 isə 10 yaşı vardır. Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bu baxımdan da məhkəmə bu qənaətdədir ki, Cavabdeh2 və Cavabdeh3 valideyinlərinin himayəsində olduğuna görə onların yaşayış yeri də valideyinlərinin yaşayış yeri sayılır. Kəmalə Omarovanın həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi 14 yaşına çatmamış Cavabdeh2 və Cavabdeh3 da istifadə hüquqlarına xitam verilməsi anlamına gəlir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzildə qeydiyyatda olduqları üçün onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetıni dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki. bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının və övladları Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-dən istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh Omarova (Məhyəddinova) Kəmalə Akif qızının və övladları Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Qax şəhəri, M.Vidadi küçəsi, bina 16, mənzil 15-dən istifadə hüquqlarına xitam verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar