Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-434/2024 31.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum bacısı X2 doğum faktının müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, bacısı X6 xx.xx.1932-ci ildə Qax rayonu, Zərnə kəndində doğulmuş, xx.xx.2020-ci il tarixdə isə ölmüş və Zərnə qəbiristanlığında dəfn olunmuşdur. Hazırda bacısından qalan əmlakın vərəsələr arasında bölüşdürülməsini istəyir, lakin mərhumun doğum haqqında şəhadətnaməsinin olmamasına görə ərizəçi və digər vərəsələr sənədləşmə işlərini apara bilmirlər. Odur ki, məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Ərizəçi 17 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının xx.xx.1932-ci il tarixdə Qax rayonu Zərnə kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə X2 ata qrafasında atasının X11, ana qrafasında anasının X5 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğum haqqında şəhadətnaməsini ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Atayeva (Sarağanova) Ayzənət Murəddin qızı vaxtilə nikahda olmuş, əri öldükdən sonra ata evinə qayıtmış və orada yaşamışdır. Qax rayonunda zəlzələ baş verərkən həmin ev dağılmış, mərhuma məxsus olan sənədlər də bundan sonra itmişdir. Doğum haqqında şəhadətnamənin alınması üçün arxivə müraciət etsələr də, şəhadətnamə və digər sənədlər tapılmamışdır. Bacısı onlarla birlikdə yaşamış, xx.xx.2020-ci ildə ölmüşdür. Doğum şəhadətnaməsi ona vərəsəlik işlərinin aparılması üçün lazımdır. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X1 ifadə verərək göstərdi ki, o Ərizəçi, onun anasını və bacılarını tanıyır. Ərizəçinin bacısı Ayzənət vəfat etmişdir. Onlar Zərnə kəndində yaşamışlar. Ayzənət Qax rayonu, Qum kəndinə ərə getmiş, 2012-ci ildən bir qədər əvvəl Zərnə kəndində qayıtmış və ata yurdunda Cəbrayıl Atayevin ailəsi ilə birlikdə yaşamışdır. Ayzənət 2020-ci ildə pandemiya dövründə rəhmətə getmişdir. X4 ifadə verərək göstərdi ki, 1957-ci ildən hazırki vaxtadək Ərizəçilə qonşudur. Ayzənət və Cəbrail bacı-qardaşdırlar. Həm də ərizəçi onun ərinin əmisi oğludur. Atayeva (Sarağanova) Ayzənət Murəddin qızı ərdə olmuş, əri öldükdən sonra Zərnə kəndinə qayıdaraq, anası ilə birlikdə yaşamış, anası öldükdən sonra Cəbrailin arvadı Ayzənətə baxmışdır. Ayzənət 2020-ci ilin iyun ayının 1-də ölmüşdür. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, Qax RİHB-nın Ləkit kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 160 nömrəli arayışdan görünür ki, ərizəçi Qax rayonu Zərnə kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə Qax RİHB-nın Ləkit kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 145 nömrəli arayışdan müəyyən edilir ki, mərhum Zərnə kənd sakini X6 xx.xx.1932-ci ildə Qax rayonu Zərnə kəndində anadan olmuş, xx.xx.2020-ci il tarixdə ölmüş və Zərnə kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş ИЖ 230868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X11 və X8 adlı şəxslər olmuşlar. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs verdiyi 22 may 2024-cü il tarixli 3-16- 5/8-xx-xx/2024 nömrəli Arayışdan görnür ki, xx.xx.1932-ci il tarixdə Qax rayonu Zərnə kəndində doğulmuş Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğumuna dair xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızı xx.xx.1932-ci ildə Qax rayonu Zərnə kəndində anandan olmuş, xx.xx.2020-ci il tarixdə ölmüş və Zərnə kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin və bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının valideynləri X11 və X8 adlı şəxslər olmuşlar. Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi mərhum bacısının vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilmir. Ərizəçi mərhum bacısının doğum haqqında şəhadətnaməsini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin mərhum bacısının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin mərhum bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun xx.xx.1932-ci il tarixdə Qax rayonu Zərnə kəndində anadan olması faktı, özü və valideynlərinin kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin mərhum bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin xx.xx.1932-ci il tarixdə Qax rayonu Zərnə kəndində doğulması, valideynlərinin isə X11 və X8 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307 - 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum bacısı Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının 01 yanvar 1932-ci il tarixdə Qax rayonu Zərnə kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Atayeva (Sarağanova) Ayzənət Murəddin qızının atası X11, anası X8 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-434/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-434/2024
31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver