Məhkəmə qərarları › İş №2(024)-441/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-441/2025

05.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-441/2025 05.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qax rayon Notariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «anası X1 miras qalan JN-118, KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: müəyyən etdi: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Qax rayon Notariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «anası X6 miras qalan JN-118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, anası X7 miras qalan JN -118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Turaclı kəndində yaşayır. Anası öldükdən sonra o, qardaş və bacıları ilə birlikdə ailədə 5 uşaq olmuşlar. Atası X14 20 iyun 1987-ci il tarixdə Zaqatala şəhərində vəfat etmiş və anası X6 15 iyun 2018-ci il tarixdə Qax rayonu, Turaclı kəndində vəfat etmişdir. Mirası təkcə o qəbul etmişdir. Bacı və qardaşları onun adına mirası keçirilməsinə mane olurlar. Anası X6 və onun adına JN-118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən ümumi birgə mülkiyyətdə olan Qax rayonu Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Anası X5 adına JN- 118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu, Turaclı kəndi yerləşən 0.585 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. O, anası öldükdən sonra mirası faktiki olaraq idarə edir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada bacı qardaşlarının oraya gəlmədiyini bildirərək məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halbuki o, mirası faktiki qəbul etmiş və illərdir ki, mirası idarə edir. O, gələcəkdə problem olacağını bilməmiş, elə hesab etmişdir ki, anası öldükdən sonra mirası öz adına keçirə bilər. Məhkəmədən anası X7 miras qalan JN-118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu, Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, anası X7 miras qalan JN-118 KOD 40317018 nömrəli Dövlət Aktina əsasən Qax rayonu, Turaclı kəndi yerləşən 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət mirasın qəbul etmə faktının müəyyən edilməsi və payın tam mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin müdafiə etdi və əlavə olaraq göstərdi ki, atası X14 20 iyun 1987-ci il tarixdə Zaqatala şəhərində vəfat etmiş və anası X6 15 iyun 2018-ci il tarixdə Qax rayonu, Turaclı kəndində vəfat etmişdir. Ailədə 5 uşaq olmuşlar. Mirası təkcə o qəbul etmişdir. Hazırda digər vərəsələr də miras əmlakdan onu xeyrinə imtina edirlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçının bacısıdır. Miras əmlakı faktiki qəbul etməmişdir. Anasından miras qalmış əmlaklardan özünə düşən paydan bacısı İddiaçı xeyrinə imtina edir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, mərhum anasından miras qalan əmlakı faktiki qəbul etməmişdir. Bacısının mirası qəbul etməsinə və miras əmlakdan onun payının verilməsinə etiraz etmir və özünə düşən paydan iddiaçının xeyrinə imtina edir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək göstərdi ki, o da mərhum anasından miras qalmış əmlakı faktiki qəbul etməmişdir. Bacısının mirası qəbul etməsinə və miras əmlakdan onun payının verilməsinə etiraz etmir. Mirasdan özünə düşən paydan iddiaçının xeyrinə imtina edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-118, KOD 40317018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Turacı kəndində yerləşən 1.17 ha torpaq sahəsi X6 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. Qax RİHB-nın Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 112 №li Arayışdan görünür ki, X6 öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixədək Qax rayonu Turaclı kəndində yaşamışdır, onun qızı İddiaçı, oğlu Cavabdeh3, Cavabdeh4 Aliyeviç, qızı X8, Cavabdeh2 və əri X12 (xx.xx.1987-ci ildə vəfat edib) ibarət vərəsələri qalmışdır. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, JN-118 nömrəli X9 Fatma Axmedovna şəxsiyyət müəyyənedici sənəd üzrə X2. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 311 №li, 10 aprel 2025-ci il tarixli məktubdan görünür ki, mərhum anası X3 miras qalmış əmlak barəsində vərəslər arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. № 294475 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X14, anası isə X2. № 168760 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 atası X14, anası isə X2. № 384594 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X14, anası isə X2. Ölüm haqqında AZ-İ 922474 №li şəhadətnamənin surətindən görünür ki, X6 15 iyun 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 20 iyun 2018-ci il tarixdə 07 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 467342 №li şəhadətnamənin surətindən görünür ki, X14 20 iyun 1987-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 24 iyun 1987-ci tarixdə 08 № ilə qeydiyyat aparılmışdır. Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum anaları X3 miras qalan Qax rayonu Turaclı kəndində yerləşən 1.17 ha torpaq sahəsindən ibarət miras əmlakı nə faktiki nə də notariat qaydada qəbul etməmişlər. Həmin paydan bacıları İddiaçı Aliyevnanın xeyrinə imtina edirlər. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsəniniradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan özlərinə düşən paydan iddiaçının xeyrinə imtina etmillər. Hazırda miras əmlak üzərində iddiaçının payının tam müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahəsindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə JN-118, KOD 40317018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turaclı kəndində yerləşən 1.17 ha torpaq sahəsindən X5 payına düşən ½ hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X5 vərəsələri X10 öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixədək Qax rayonu Turaclı kəndində yaşamışdır, onun qızı İddiaçı, oğlu Cavabdeh3, Cavabdeh4 Aliyeviç, qızı X8, Cavabdeh2 və əri X12 (xx.xx.1987-ci ildə vəfat edib) ibarətdir. Mərhumdan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, JN-118, KOD 40317018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turacı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin X3 miras qalmış ½ hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilməli və həmin miras əmlakın ½ hissəsi üzərində iddiaçının payı tam müəyyən edilməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-118, KOD 40317018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Turacı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin X3 miras qalmış ½ hissəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul etmə faktı müəyyən edilsin və həmin miras əmlakın ½ hissəsi üzərində iddiaçının payı tam müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar