Məhkəmə qərarları › İş №2(024)-442/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-442/2023

30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-442/2023 30.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2li Baqratovnaya qarşı “ümumbirgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması tələbinə”nə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2li Baqratovnaya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2li Baqratovnanın Qax rayon Aqrar islahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.83 ha torpaq sahəsinin ümumbirgə mülkiyyətindəki paylarına aid 0.57 ha torpaq sahəsinin və eyni torpaq sahəsinə aid 11 top fındıq bağının, 10 mart 2005-ci ildə həmin dövrdəki tədavül məbləği ilə 1.000000 (bir milyon) manata İddiaçı satılması barədə sadə yazılı formada rəsmiləşdirilən aktda ehtiva olunmuş AR Mülki Məcəlləsinin 24 iyun 2005-ci il redaksiyasında qüvvədə olan 335.2-ci maddəsinin tələbi qaydasında, alqı-satqı əqdinin İddiaçı tərəfindən icra edilməsinin etibarlı sayılması, Qax rayon AİK-nən 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Qax rayonu, Meşəbaş kəndi ərazisindəki 0.83 ha torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2li Baqratovnanın ümumi birgə mülkiyyətindəki payları olan 0.57 ha torpaq sahəsinə və eyni torpaq sahəsinə aid 11 top fındıq bağına dair mülkiyyət hüquqlarına xitam verilməsi və Qax rayonu Meşəbaş kəndi ərazisindəki, Qax rayon AİK-nın qərarı ilə sərhədləri və döngə nöktələri ilə müəyyən edilmiş, əvvəllər Cavabdeh1 və Cavabdeh2li Baqratovnanın ümumi birgə mülkiyyətindəki payları olmuş 0.57 ha torpaq sahəsi və həmin sahəyə aid olan 11 top fındıq bağına İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, İddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə, yəni 100 manat dövlət rüsumu ödəməli olduğu halda 42 manat ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin,“məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 42 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152.1.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2li Baqratovnaya qarşı “ümumbirgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması tələbinə”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2li Baqratovnaya qarşı “ümumbirgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması tələbinə”nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçınə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar