Məhkəmə qərarları › İş №2(024)-444/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-444/2024

02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-444/2024 02.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İN yanında ƏMDX-nin DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “üzürlü hesab edilməklə buraxılmış prosessual müddətin bərpası, X7ndan miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan iddiaçıya düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək üzürlü hesab edilməklə buraxılmış prosessual müddətin bərpası, X7ndan miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Qaxbaş kəndində yaşayır. X10 xx.xx.2002-ci il tarixdə, X7 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X7 öldükdən sonra Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə **********73 reystr nömrəli çıxarış verilmişdir. Anası öldükdən sonra ondan qalan mirası sənədləşdirmək istəmiş, lakin aralarında mübahisə olduğu üçün mirası sənədləşdirə bilməmişdir. Qax rayon Notariat Ofisinə müraciət etsə də orada prosessual müddətin buraxıldığı və vərəsələrin notariat ofisinə gəlmədikləri üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı bu haqda məlumatsız olmuş, hesab etmişdir ki, atası və anası öldükdən sonra istənilən vaxt mirası öz adına rəsmiləşdirə bilər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, digər üç vərəsə olan bacıları özlərinə çatacaq paydan onun xeyrinə imtina etmişlər. Vərəsələr arasında hazırda hər hansı mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə hazırlıq iclasına gəlmiş, iclasda məhkəməyə ərizə təqdim edərək mərhum anaları X11 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiklərini, miras əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmiş, Qax rayon Notariat Ofisinin və maraqlı tərəfin nümayəndəsi isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iştirak etdiyi 03 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, mərhum anasından miras qalmış torpaq sahəsinin qardaşı İddiaçı verilməsinə etiraz etmir. Miras əmlakdan pay istəmir. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh3 iştirak etdiyi 03 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, o da, mərhum anasından miras qalmış torpaq sahəsinin qardaşı İddiaçı verilməsinə etiraz etmir. Miras əmlakdan pay istəmir. İddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 136 saylı məktubdan görünür ki, mərhum X11 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsi X12 tam mülkiyyətindədir. АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 X10, anası isə X14r. İ-ЖГ № 459297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X10, anası isə X14r. İİİ-ЖГ № 326698 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəf ərova Mətanət İbrahim qızının X10, anası isə X14r Ölüm haqqında AZ İİ 392894 saylı şəhadətnamədən görünür ki, X16 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 26 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İİ 392895 saylı şəhadətnamədən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 204 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Qax-İngiloy kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 469 nömrəli arayışdan görünür ki, X16 30 noyabr 2019-cu ildə ölmüşdür və onun İddiaçı, Rəşidova (Cəfərova) Mətanət İbrahim qızı, Əliyeva (Cəfərova) Rəsmiyyə İbrahim qızı və X5 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 3-16-5/8-13-133/2024 nömrəli məktubdan görünür ki, X12 oğulları İddiaçı, X15, X13 və X5 ibarət vərəsələri qalmışdır. X2 imzasının həqiqiliyi Moskva şəhəri Notariat Dairəsinin notariusu tərəfindən təsdiqlənmiş ərizəsinin tərcüməsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, onun X7nın 30 noyabr 2019-cu ildə ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. Mirasın qəbul edilməsi müddətinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir, miras əmlakın idarə olunmasına faktiki olaraq başlamamış, vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı almasına etiraz etmir. X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7ndan miras qalmış Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etmədiyini, miras əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7ndan miras qalmış Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etmədiyini, miras əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. Qax rayon Qaxbaş Bələdiyyəsinin verdiyi 30 iyul 2024-cü il tarixli 1/20 nömrəli arayışdan görünür ki, İddiaçı bələdiyyəyə vergi borcu yoxdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, miras qoyan iddiaçının anası mərhum Səadət Qasımovadır. Ondan qalmış miras əmlak isə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiklərinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin iddiaçı mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin olmasını bilməmiş. elə hesab etmişdir ki. anasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəbləri üzürlüdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılmasının səbəblərinin üzürlü olması nəticəsinə gəlindiyi üçün mirasın kütləsi müəyyən edilməlidir. Bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsi daxildir. Digər vərəsələr məhkəməyə ərizə təqdim edərək miras əmlakı nə notariat ofisinə müraciət edərək nə də faktiki qəbul etmədiklərini və miras əmlakdan iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmədiklərini göstərməklə miras əmlakla bağlı niyyətlərini nümayiş etdirdikləri üçün İddiaçı ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən mərhum Səadət Qasımovadan miras qalmış 0.06 ha torpaq sahəsindən payı tam müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən X6 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində qanun üzrə payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mərhum X11 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən X11 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar