Məhkəmə qərarları › İş №2(024)-454/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-454/2023

21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-454/2023 21.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi və ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 iştirakları ilə. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Qax rayon Notariat ofisinə qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin Qax rayon Notarat ofisinin üzərinə qoyulması tələbi”nə dair ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək mirasın qəbul etmə faktının müəyyən edilməsi və xx.xx.2013-cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsi ilə verilmiş 32 kv.m həyətyanı torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Qax rayon notarat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, ərizəçilər Ərizəçi2, Ərizəçi3 və maraqlı tərəf Qax rayon Notariat ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, ərizəçi və ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 gəlmiş, maraqlı tərəf isə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ərizəçilər Ərizəçi2, Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 iştirakı ilə və maraqlı tərəf Qax rayon Notariat ofisinin notariusu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi və ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsində göstərmişlər ki, onlar Qax şəhəri, F.Xoyski küçəsi, ev 46-da yaşayır. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atasına sağlığından xalası X1 şəhəri, 20 yanvar küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 32 kv.m hissəsini bağışlamışdır. Daha sonra atası həmin torpaq sahəsi üzərində tikili inşa etmişdir. 2018-ci ilədək atası oranı idarə etmiş və icarəyə vermişdir. Atası öldükdən sonra atasından miras qalan bütün mirasları onlar idarə edirlər. Mirası faktiki olaraq onlar qəbul etmişlər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mirasın qəbul etmə faktının müəyyən edilməsi və xx.xx.2013cü il tarixli 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsi ilə verilmiş 32 kv.m həyətyanı torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Qax rayon notarat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, ərizəçi və ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 izahatını dinləyərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi Reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Çıxarışın təsdiq olunumş surətindən görünür ki, Qax şəhəri, 20 yanvar küçəsində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 18.5 kv.m yaşayış, 22.5 kv.m qeyri-yaşayış, 16.8 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli torpaq bağışlama müqaviləsindən görünür ki, X4 Azərbaycan Respublikası ƏMDKY DƏDRXnin Şəki Ərazi idarəsinin verdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi xx.xx.2013-cü il tarixli 944 saylı Arayışa və Reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009cu il olan Çıxarışa əsasən Qax şəhəri, 20 yanvar küçəsində yerləşən 0.07 ha torpaq sahəsinin 32 kv.m hissəsini bacısı oğlu X5 bağışlamışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023cü il tarixli, 841 saylı arayışdan görünür ki, Ərizəçi1 oğlu Ərizəçi1, qızları Ərizəçi2 və Ərizəçi3 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki¸ Ərizəçi1 ünvan 1 ünvanında qeydiyyadadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi Reyestr nömrəsi **********08- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Çıxarışa əsasən Qax şəhəri, 20 yanvar küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 18.5 kv.m yaşayış, 22.5 kv.m qeyri-yaşayış, 16.8 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. X4 Azərbaycan Respublikasıə ƏMDKY DƏDRX-nin Şəki Ərazi idarəsinin verdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi xx.xx.2013-cü il tarixli 944 saylı Arayışa və Reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Çıxarışa əsasən Qax şəhəri, 20 yanvar küçəsində yerləşən 0.07 ha torpaq sahəsinin 32 kv.m hissəsini bacısı oğlu X5 bağışlamışdır. X6 xx.xx.2018-ci ildə ölmüş, onun Ərizəçi1 oğlu Ərizəçi1, qızları Ərizəçi2 və Ərizəçi3 ibarət vərəsələri qalmışdır. Ərizəçilər atası Nazim Süleymanovun həmin torpaq sahəsi üzərində tikili inşa etdiyini, 2018-ci ilədək oranı idarə etdiyini və icarəyə verdiyini, atası öldükdən sonra ondan miras qalan bütün mirasları idarə etdiklərini və mirası faktiki olaraq qəbul etdiklərini göstərərək mirasın qəbul etmə faktının müəyyən edilməsi və xx.xx.2013-cü il tarixli 4Ə-341 reyetr nömrəli bağışlama müqaviləsi ilə verilmiş 32 kv.m həyətyanı torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin Qax rayon notarat ofisinin üzərinə öhdəliyin qoyulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Ərizəçilər ataları Nazim Süleymanovun ölümünə qədər və ölümündən sonra da miras qalmış sözügedən torpaq sahəsini faktiki qəbul etmiş və mirası idarə etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, ərizəçilər tələblərində haqlıdırılar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixli 4Ə-341 reyetr nömrəli bağışlama müqaviləsi ilə X5 verilmiş 32 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul etmələri faktı müəyyən edilməli və həmin əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi Qax rayon notarat ofisinin üzərinə qoyulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixli 4Ə-341 reyetr nömrəli bağışlama müqaviləsi ilə X5 verilmiş 32 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul etmələri faktı müəyyən edilsin. xx.xx.2013-cü il tarixli 4Ə-341 reyetr nömrəli bağışlama müqaviləsi ilə X5 verilmiş 32 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Qax rayon notarat ofisinin üzərinə qoyulsun. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar