Məhkəmə qərarları › İş №2(024)-456/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-456/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-456/2023 04.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 və maraqlı tərəf Qax rayon Polis şöbəsinə qarşı “özünə məxsus ünvan 2-da yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək özünə məxsus ünvan 2-da yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 07 iyul 2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh3 və X1 cavabdehlər siyahısından çıxarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh2 uşaqları Cavabdeh3 və X1 Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(024)-307/2023 saylı qərardadına əsasən mülki iş üzrə Cavabdeh3 və X1 cavabdehlər qismində iştirakına xitam verilmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, onun ünvan 2 ünvanında ümumi sahəsi 65.10 kv.m olan mənzili vardır. Həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin mənzilin keçmiş sahibləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ova həmin evdə qeydiyyatdadırlar. Dəfələrlə cavabdehlərə evdən qeydiyyatdan çıxmalarını desə də, təxminən üç aydır ki, onu müxtəlif bəhanələrlə aldadırlar. Cavabdehlər notariat ofisində evdən qeydiyyatdan çıxmaları barədə ərizə vermişlər. Belə ki, cavabdehlər onun evində qeydiyyatda olduqları üçün evlə bağlı sənədləşdirmə işləri aparılan zaman onun razılıq ərizəsi tələb olunur. Cavabdehlərin özlərinə məxsus evləri vardır. O, cavabdehlərdən ona məxsus evdən qeydiyyatdan çıxmasını və öz evinə qeydiyyata düşmələrini xahiş etsə də cavabdehlər bundan imtina etmişdir. Cavabdeh1, Cavabdeh2, İnci Billaova və Cavabdeh3 formal olaraq ona məxsus evdə qeydiyyatdadır və onun evi ilə heç bir əlaqələri yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən özünə məxsus ünvan 2-da yerləşən mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan reyestr nömrəsi **********33-05101-093010, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan reyestr nömrəsi **********33-05101-093010, olan Texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, həmin sənədin verilməsinə əsas Qax rayonu DNK-da bağlanmış 4Ə-110 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar Qax şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı və ipoteka müqaviləsinə (qarışıq müqaviləyə) əsasən satılmasına və ipotekaya qoyulmasına razı olduqlarını, alqı satqı və ipoteka müqaviləsi (qarışıq müqavilə) notarial qaydada təsdiq olunduğu tarixdən ən geci 1 ay müddətində həmin mənzilidən qeydiyyatdan çıxmağı, həmçinin ipoteka qoyulmuş mənzilə gələcəkdə tutma yönəldikdə və o satıldıqda məhkəmə qərarı tələb etmədən onu qeyd-şərtsiz tərk etməsini öhdəsinə götürmüşlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da yeni qaydalarla AZ 3400, ünvan 1-də qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da yeni qaydalarla AZ 3400, ünvan 1-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş DİN-nin BPMQİ-nin verdiyi 646286 nömrəli Arayışdan görünür ki, İddiaçı Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da yeni qaydalarla AZ 3400, ünvan 1-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********33- 05101-093010, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Həmin mənzil Qax rayonu DNK-da bağlanmış 4Ə-110 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Həmin vaxtı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qax şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı və ipoteka müqaviləsinə (qarışıq müqaviləyə) əsasən satılmasına və ipotekaya qoyulmasına razı olduğunu, alqı satqı və ipoteka müqaviləsi (qarışıq müqavilə) notarial qaydada təsdiq olunduğu tarixdən ən geci 1 ay müddətində həmin mənzildən qeydiyyatdan çıxmağı, həmçinin ipoteka qoyulmuş mənzilə gələcəkdə tutma yönəldikdə və o satıldıqda məhkəmə qərarı tələb etmədən onu qeydşərtsiz tərk etmələri barədə barədə notariat ofisinə ərizə təqdim etmişlər. Bu baxımdan da məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, Cavabdeh2 on dörd yaşına çatmamış Cavabdeh4ova və Şəmxs Bilalovadan ibarət övladları vardır. Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bu baxımdan da məhkəmə bu qənaətdədir ki, hazırda Cavabdeh4ova və Cavabdeh3 valideyinlərinin himayəsində olduğuna görə onun yaşayış yeri də valideyinlərinin yaşayış yeri sayılır. Təravə Bilalovanın həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi 14 yaşına çatmamış Cavabdeh4ova və Cavabdeh3 da istifadə hüquqlarına xitam verilməsi anlamına gəlir. Eyni zamanda Cavabdeh4ova və Cavabdeh3 sözügedən mənzildə qeydiyyatda olduqları üçün onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Qax şəhəri Üzeyir Hacıbəyli küçəsi, ev 1A, mənzil 6-da, yeni qaydalarla AZ 3400, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar