Məhkəmə qərarları › İş №2(024)-460/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-460/2023

14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-460/2023 14.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “zəbt olunmuş ərazidən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək özünə məxsus Qax rayonu, Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsinin zəbt olunmuş 0.30 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınını yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh2 və X4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh2 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax şəhəri, Vaqif küçəsi, döngə 1, ev 4-də yaşayır. Onun Qax rayonu Əmircan kəndində 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun tam mülkiyyətindədir. Həmin torpaq sahəsinin bir hissəsini neçə vaxtdır ki, oğlu Cavabdeh1, gəlini Cavabdeh2 və nəvəsi X4 tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdehlər iddia edirlər ki, həmin torpaq sahəsinin 0.30 ha hissəsi onlara məxsusdur. Belə ki əvvəlki çıxarışda səhvən cavabdehlərində adları qeyd edilmişdir. X6 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-81/2023 saylı qərarına əsasən ona verilmiş ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş Cavabdeh1, Cavabdeh2 və X2 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulmuşdur. Həmin cavabdehlərin adları ona məxsus çıxarışa səhvən qeyd edilmişdir. Ona görə də cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmalıdırlar. O bununla bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 torpaqdan çıxmalarını desə də onlar onun sözünə məhəl qoymamışlar. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən özünə məxsus Qax rayonu, Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsinin zəbt olunmuş 0.30 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o heç kəsin torpaq sahəsini zəbt etməmişdir. İddiaçının iddia elədiyi torpaq sahəsini özü istifadə edir. Şəki İnzibati Məhkəməsinin qərarından onun xəbəri olmamışdır və həmin qərardan razı deyil. Belə ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən həmin torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan çıxarışın surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-81/2023 saylı qərarının surətindən görünür ki, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş Cavabdeh1, Cavabdeh2 və X2 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya verilmiş ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışda səhvən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 adları qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-81/2023 saylı qərarına əsasən ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş Cavabdeh1, Cavabdeh2 və X2 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulmuşdur. İddiaçı yenidən çıxarış almış və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan çıxarışa əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətinə verilmişdir. Lakin hazırda mülkiyyət hüququ ilə tam olaraq iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini cavabdehlər qanunsuz olaraq istifadə edirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsinin 0.30 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 məcburi qaydada çıxarılmalıdırlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.42 ha torpaq sahəsinin 0.30 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 məcburi qaydada çıxarılsın. Qətnamədən təqdim olunduğu (alındığı) andan 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar