Məhkəmə qərarları › İş №2(024)-469/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-469/2023

14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-469/2023 14.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətindəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətindəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı etibarnamə ilə nümayəndəsi vəkil X1 məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətindəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması barədə” iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətindəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, pay hüquqlarına xitam verilməsi və pay hüquqlarına mülkiyyət hüququnun tanınması barədə” iddia ərizsinin verilməsi üçün ödənilmiş ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar