Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-471/2024 06.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fərəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçınun iştirakı ilə, İddiaçı cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə ölmüş olan anası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ********** qeydiyyat nömrəli **********24 reyestr nömrəli 0.07 ha torpaq sahəsinin 2/3 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəblərini üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə baxış iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: İddiaçı cavabdeh Qax Rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə "xxxx" ASC-nin Qax filialı vasitəsilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Karimov
Məhkəmə qərarları › İş №2(024)-471/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-471/2024
06.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver