Məhkəmə qərarları › İş №2(024)-480/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-480/2024

28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-480/2024 28.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı “əmisi X2 və bibisi X4 miras qalan əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim : İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 və X4 miras qalan Qax şəhəri, N.Gəncəvi küçəsi, ev 4 (Yeni qaydalarla Qax şəhəri, Nizami küçəsi, giriş 21) fərdi yaşayış evi və 0.0262 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) qoşulur. Belə ki, İddiaçı iddia tələbi ilə Qax rayon məhkəməsinə müraciət etmiş, ərizə isə qeyd edildiyi kimi iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalanmışdır. İddiaçı ilə X1 yaxın qohum olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki-Prosesual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir Həmçinin iddia ərizəsinə əlavə edilmiş ƏN-İ № 703384 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamədə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti rəsmiləşdirilməmişdir. Mülki-Prosesual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152.1.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı “əmisi X2 və bibisi X4 miras qalan əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə uzadılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar