Məhkəmə qərarları › İş №2(024)-487/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-487/2023

08.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-487/2023 08.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mərhum əri X3 JN-181A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi, miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X3 JN-181A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi, miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum əri X4 vəfatından sonra JN-181A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 0.11 ha həyətyanı torpaq sahəsi miras əmlakı olaraq qalmışdır. Həmin miras əmlakı ancaq onun tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Əri X4 vəfatından sonra onun üç vərəsəsi-o, oğlu X12 və oğlu X1mışdır. Mərhum X10 xx.xx.2007-ci il tarixdə Qaxingiloy kəndində yerləşən 0.7 ha torpaq sahəsini və həyətindəki bir otaqlı emalatxanasını mənə notarial qaydad vəsiyyət etmiş, lakin sonradan Qax rayon Qaxingiloy kəndində yerləşən bütün əmlakını oğlu X8 xx.xx.2009-cu il tarixdə vəsiyyət etmişdir. Lakin bildirir ki, X10 miras əmlakını qəbul etməmişdir və qanunla müəyyən edilən müddəti üzürsüz səbəbdən buraxmışdır. Oğulları X12 və oğlu X7 atalarının vəfatından sonra ondan miras qalmış əmlakı nə notariat orqanına müraciət etməklə, nə də faktiki olaraq idarə etməyə başlamaqla qəbul etməmişlər. Miras əmlak ancaq onun tərəfindən qəbul edilmişdir. Heç bir başqa vərəsə miras əmlakını qəbul etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum əri X3 JN-181A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi, miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil izahatlarını dinləyib, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş JN-181A, KOD 40309005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunuş surətindən görünür ki, Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi X10, X11, İddiaçı və X6 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Qax rayon İHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 235 saylı Arayışından görünür ki, X4 ölümündən sonra arvadı İddiaçı, oğulları X12 və X2 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax rayon İHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 842 saylı Arayışından görünür ki, X4 ölümündən sonra ona məxsus olan Qax rayonu Qax-ingiloy kəndində yerləşən fərdi yaşayış evində İddiaçı yaşayır. İşə əlavə edilmiş 20 yanvar 2008-ci ildə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.7 ha torpaq sahəsini və həyətindəki bir otaqlı emalatxananı arvadı İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş 10 mart 2009-cu ildə Qax rayonu DNK-da tərtib olunmuş vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan Qax rayonu Qax-İngiloy kəndində yerləşən evini oğlu X9 vəsiyyət etmişdir. İş materiallarında olan Qax rayon Notariat Ofisinin notariusunun verdiyi 27 mart 2023-cü il tarixli № 207 saylı imtina məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş AZ-İİ № 270849 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 İddiaçı nikahları 08 oktyabr 2018-ci ildə Qax rayon Qeydiyyat şöbəsində bağlanmışdır. İşə əlavə edilimş AZ-İİ № 115434 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində yaşayır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 İddiaçı nikahları 08 oktyabr 2018-ci ildə Qax rayon Qeydiyyat şöbəsində bağlanmışdır. JN-181A, KOD 40309005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi X10, X11, İddiaçı və X6 ümumibirgə mülkiyyətinə verilmişdir. X10 xx.xx.2020-ci ildə ölmüş, ölümündən sonra oğlu arvadı İddiaçı, oğulları X12 və X2 ibarət vərəsələri qalmışdır. X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan Qax rayonu Qax- İngiloy kəndində yerləşən 0.7 ha torpaq sahəsini və həyətindəki bir otaqlı emalatxananı arvadı İddiaçı vəsiyyət etmiş, bu barədə 20 yanvar 2008-ci ildə Qax rayonu DNK-da vəsiyyətnamə tərtib olunmuşdur. İddiaçı mərhum əri X3 JN- 181A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 0.11 ha torpaq sahəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi, miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Belə ki, qeyd olunan miras əmla üzrə vəsiyyətnamə mövcud olduğundan həmin torpaq sahəsində iddiaçının vəsiyyət üzrə payı 2/3 hissə təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, JN-181A, KOD 40309005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X11, İddiaçı və X6 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin X4 payına düşən ¼ hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçının 2/3 hissə vəsiyyət üzrə miras payı müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməli, miras əmlak qalan hissədə açıqda saxlanılmalı, idda qalan hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. JN-181A, KOD 40309005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X11, İddiaçı və X6 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin X4 payına düşən ¼ hissəsindən ibarət miras əmlak qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-181A, KOD 40309005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X11, İddiaçı və X6 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qax-İngiloy kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin X4 payına düşən ¼ hissəsindən ibarət miras əmlakdan iddiaçı əhmədli qızının 2/3 hissə vəsiyyət üzrə miras payı müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. Miras əmlak qalan hissədə açıqda saxılanılsın. İddia qalan hissədə rədd edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar