Məhkəmə qərarları › İş №2(024)-5/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-5/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-5/2025 29.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Niyaz oğlunun və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə. İddiaçı Cavabdeh Niyaz oğluna qarşı «servitutun müəyyən edilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC «Xalq Bank»ı Cavabdeh Niyazi oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı, ******* №li Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) əsasən iddiaçı ASC «Xalq Bankın»a məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0,60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasına keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) və digər ehtiyaclarının təmin edilməsi üçün Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışa (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********) əsasən Cavabdeh Niyazi oğluna məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. Keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən daimi servitut təyin edilməsi, torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən verilən servitutun koordinatlarının məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək müəyyənləşdirlməsi, tərəflər arasında razılıq olmadığından servitut haqqının miqdarının məhkəmənin qərarı ilə müəyyən edilməsi, servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək xeyrinə servitut müəyyən edilməsi xahiş edilən əmlakın 25 sentyabr 2022-ci il tarixli DKM/001N04A01613322/İM №li Aqlı-satqı və İpoteka müqaviləsinə əsasən X3 mülkiyyətinə verildiyini göstərərək iddiaçı ASC «Xalq Bank»ı onun hüquqi varisi X8 ilə əvəz edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(024)-70/2023 №li qərardadına əsasən mülki iş üzrə İddiaçı ASC «Xalq Bank»ın hüquq varisi kimi müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC «Xalq Bank» Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrindən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) əsasən Qax rayonu, İlisu kəndində yerləşən 0.6 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasının (bundan sonra- «Qeyri-yaşayış sahəsi» və ya «Daşınmaz əmlak») mülkiyyətçisidir. Bankın yuxarıda qeyd edilən əmlaka sərbəst şəkildə giriş-çıxışına (piyada, nəqliyyat vasitəsilə və s.) maneələr mövcuddur. Belə ki, qeyri-yaşayış binasına keçid yalnız Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRXin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışa (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********) əsasən Cavabdeh Niyazi oğluna məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsindən (bundan sonra-«Torpaq sahəsi») istifadə etməklə (keçməklə) mümkündür. İddiaçının qeyri-yaşayış binasına digər gediş-gəliş yollarının (və ya keçidin) mümkünsüzlüyü torpaq sahəsinə dair Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (№ AA 004758, reyestr nömrəsi: **********67, tərtib edilmə tarixi: 05 aprel 2011-ci il) və Daşınmaz əmlaka dair Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasport (inventar nömrəsi: 277, reyestr nömrəsi: **********92-06301, tərtib edilmə tarixi: 20 avqust 2018-ci il) və fotoşəkillərlə də tam təsdiq olunur. Hesab edirlər ki, qeyri-yaşayış binasına sərbəst şəkildə keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) təmin edilməsi üçün servitutun təyin edilməsinə zərurət vardır. Qeyd edilən müddəalar eyni zamanda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (TM) 54-cü maddəsində də öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı tərəfindən Cavabdeh Niyaz oğluna 19 yanvar 2022ci il tarixli ZQ-XO-19.1.2022-001 № məktub ünvanlanmış və servitut verilməsinə dair müqavilə (notariat qaydasında təsdiqlənməklə) bağlanması təklif edilmişdir. Lakin cavabdeh məktubun təqdim edilməsindən (21 yanvar 2022-ci il) 1 (bir) aydan artıq müddət keçməsinə baxmayaraq bankın qeyd edilən təklifini cavablandırmamışdır (yazılı olaraq bildirməsə də, şifahi olaraq təklifdən imtina etmişdir). Həmçinin qeyd etmək istəyir ki, cavabdeh bankın servitut verilməsinə dair müqavilə bağlamaq təklifinə cavab vermədiyindən tərəflər arasında servitut üçün haqqın miqdarı barədə də hər-hansı razılaşma mövcud deyildir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən «Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) əsasən iddiaçı ASC «Xalq Bank»a məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0,6 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasına keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) və digər ehtiyaclarının təmin edilməsi üçün Azərbaycan Respublikasının DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışa (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********) əsasən Cavabdeh Niyaz oğluna məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən daimi servitut təyin edilməsi, torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən verilən servitutun koordinatlarının məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək müəyyənləşdirilməsi, tərəflər arasında razılıq olmadığından servitut haqqının miqdarının məhkəmənin qərarı ilə müəyyən edilməsi, servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh Niyaz oğlu iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçı ASC «Xalq Bank»ı ona qarşı «Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların 1 qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı ******* №li Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301 qeydiyyat nömrəsi: **********) əsasən ASC «Xalq Bank»a məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.6 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) a keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) və digər ehtiyacların təmin edilməsi AR ƏMDK yanında DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli MA seriyalı. ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışa (reyestr nömrəsi: **********67. qeydiyyat nömrəsi: **********) əsasən məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən daima servitut təyin edilməsi, torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissədən verilən servitutun koordinatlarının məhkəmə tərəfindən texniki ekspertizası təyin edilərək müəyyənləşdirilməsi, tərəflər arasında razılıq olmadığından servitut haqqının miqdarının məhkəmə qərarı ilə müəyyən edilməsi, iddianın verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu üzrə sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair barədə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. ASC «Xalq Bank»ı ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan R yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı. ******* nömrəli Çıxarışa (daşınmaz əmlakın reyestr **********92-06301 qeydiyyat nömrəsi: **********) əsasən ASC "xxxx" məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.6 ha torpaq sahəsinə(yaşayış ərinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 qeyri-yaşayış (yeməkxana) binasına keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) ehtiyacların təmin edilməsi üçün AR ƏMDK yanında DƏDRX-in Şəki Ərazi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli. MA seriyalı, ******* nömrəli Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan Çıxarışa (reyestr nömrəsi: 3567, qeydiyyat nömrəsi: **********) əsasən ona məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsinin magistral yola çıxış (əvvəllər vasitəsinin, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən servitut təyin edilməsi, torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat, piyadanın və s. keçidi üçün müəyyənləşdirilmiş) hissədən verilən servitutun koordinatlarının məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək müəyyənləşdirilməsi tərəflər arasında razılıq olmadığından servitut haqqının miqdarının məhkəmə qərarı ilə müəyyən edilməsi, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rusumu üzrə sənədlərin notariat qaydasında təsdiq ediİməsınə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ondan iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bildirir ki, iddiaçının iddiasını qəbul etmir və orada qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edirlər. Hazırkı iş üzrə iddiaçının iddiası demək olar ki, əsassızdır və qanunvericiliyin müddəalarını öz xeyrinə təhrif etməklə iddia qaldırılmışdır. Belə ki, iddiaçının servitut tələb etdiyi Qax rayonu, İlisu kəndində yerləşən 0.6 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242,7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasını məhkəməyə yalan məlumat verməklə və qanunsuz iddia qaldırmaqla öz mülkiyyəti kimi göstərmiş, Qax rayonu, İlisu kəndində yerləşən 0.6 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış məkxana) binası isə iddiaçı tərəfindən hələ iddia qaldırılmamışdan çox əvvəl satılmış və hazırkı mülkiyyətçi Quliyev NəsrullahTelman oğlunun mülkiyyətinə verilməklə rəsmiləşdirilmişdir. Həmin rəsmiləşmə üzrə X4 22020148 qeydiyyat nömrəli çıxarış verilmişdir. Belə olan halda iddiaçı ASC «Xalq Bankı»ın ümumilikdə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir: Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitutsiyanın 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması. Vİİ hissəsisində məhkəmə tının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı ddəsinın 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ıun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli şdınlması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi qanunvericilikdə də nəzərdə tutulur ki, servitut daşınmaz əmlakın digər daşınmaz əşya mükiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir. Lakin təqdim etdikləri sübutdan da (X4 verilmiş ********** qeydiyyat nömrəli çıxarış) aydın görünür ki, iddiaçı ASC «Xalq Bank»ı hal-hazırda Qax rayonu, İlisu kəndində yerləşən ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasının müİkiyyətçisi deyil və servitutun təyin edilməsi zərurəti yoxdur. Qeyd olunmalıdır ki, qüvvədə olan Mülki Məcəllədə qonşu torpaq sahələri daşınmaz əmlak) mülkiyyətçiləri arasında mübahisə olduğu hallarda qonşudan zəruri keçid almaq (maddə 175) və ya qonşu əşyadan istifadə etməyə icazə verilməsini (maddə 255.1) tələb etmək hüquqları təsbit edilmişdir. Lakin mülki qanunvericilik həmin hüquqları yalnız torpaq sahəsi (daşınmaz əmlak) mülİkiyyətçiləri üçün və müvafiq kompensasiya və ya istifadə haqqı Ödənilməklə, belə müəyyən şərtlər daxilində tanıyır. ASC "xxxx" Bankı isə hazırda mükiyyətçi olmadığından, aralarında hər hansı bir qonşuluq münasibətləri qalmadığından belə iddia ilə məhkəmə müraciət etməsi tam olaraq əsassızdır. Hesab edir ki, məhkəmə qeyd edilən halları nəzərə almaqla iddia tələbini rədd edilməlidir. Yuxarıda göstərilən əsasları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə icraatı uzun müddətdir ki, davam edir. Əslində işin mahiyyəti çox sadədir. Servitutun verilməsini istəyirlər. Servitutun verilməsi ilə bağlı tələbləri oradan qaynaqlanır ki, iddiaçı ASC «Xalq Bank» olmuş, sonradan prosessual varislik barədə ərizə vermiş və həmin əmlakı əldə edən şəxs X5r. Həmin ipoteka predmeti, hansı ki, ASC «Xalq Bank»da girov predmeti olarkən cavabdeh tərəfi təqdim etdikdə yol olaraq hansı ki, onların servitutun verilməsini istədikləri ərazini obyektin giriş yolu kimi istəmişlər. Həmin əmlakı alan şəxs də məhkəmə qətnaməsinə əsasən, məhkəəm qətnamələrində də əslində üç girişli görünürdü, ancaq əsas giriş olaraq həmin obyektin önü görünürdü və cavabdeh sonradan həmin torpaq sahəsini alıb. Həmin ipoteka predmeti ASC «Xalq Bank»da yüklü edilnə zaman həmin o torpaq sahəsinin mövcudluğu barədə onlarda məlumat olmuşdur. Əgər cavabdeh banka məlumat versə idi ki, onun orada əmlakı var, tikililəri inşa etmək niyyəti vardır, bank bəlkə də əmlakı girov götürməzdi, cavabdehə ipoteka ilə yüklü kredit verməzdi. Çünki min iki yüz gündən artıq məhkəmənin icraatında iş davam edir. İddiaçı ilə ASC «Xalq Bank»ın da arasında müəyyən problemlər yaşanıb ki, iddiaçıya əmlak satılmışdır və əmlakı istifadə edə bilmir. Dəfələrlə ekspertiza təyin olunmuş və ekspert rəylərində yolun hansı ki, onlar iddia etdikləri hissədə verilməsinin mümkünlüyü məqbul oldu və hesab edirlər ki, işə baxılıb hər hansı bir qərar qəbul edilməsi və iddianın təmin olunmasına hər hansı bir maneə yoxdur. Ona görə də, məhkəmədən xahişləri ondan ibarətdir ki, iddia tələbləri təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh Niyaz oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk növbədə qeyd edir ki, ümumilikdə Cavabdeh Niyazi oğlu əmlakı girov olaraq ASS Xalq Bankına qoymaqla kredit götürmüşdür. Ancaq bu o demək deyildir ki, ümumilikdə o girov predmeti olan əmlak artıq bankındır. Bu borclu tərəfindən öz öhdəliklərini yerinə yetirmədiyi halda əmlak satılır, mülkiyyətə keçir və bundan sonra bu məsələlər ortaya çıxır. Təbii ki, hazırkı vəziyyətdə cavabdehin hüququdur ki, ətrafında da torpaq alsın, yanında da alsın. Bu onu hüququdur və mülkiyyət əldə edir. Pulu var alıb. İndi önündən alıb, arxasından alıb, bu o demək deyildir ki, kredit götürəndə əmlakı ödül vermişdir, gələcəkdə öhdəliyini icra etməyəcəkdir, onlara da buradan yol verəcəklər. Belə bir anlayış yoxdur. Bu tamamilə absurd bir yanaşmadır. Digər bir məsələ, onlar ilk gündən, yəni o bu işə qoşulan gündən, cavabdeh iştirak edəndən onlar servitutun verilməsinə etiraz etməmişlər, demişlər ki, onlar servitut verirlər, ancaq onların istədiyi yerdən verə bilərlər, çünki bu onların mülkiyyətidir. Mülkiyyət Konstitusiya ilə, Qanunla qorunur və ən ali hüquqlardan biridir. O mülkiyyəti tam ortadan bölərək nə üçün iddiaçıya yol verməlidir ki. Mülkiyyətin müəyyən bir hissəsindən. sağ hissədən, sol hissədən yol verə bilər. Servitutdur, onlar bunu qəbul edir, gedişə gəlişə maneçilik yaranıbdır, onlar bunu qəbul edir. Ancaq bu o demək deyildir ki. iddiaçı orada biznes fəaliyyəti klə məşğul olacaq, onların gəliri yaxşı olsuna deyə onlar da ortadan yol verəcəklər. Bu qəbul edilməzdir və bununla bağlı bildiyi qədəri ilə Ali Məhkəmnin mövqeləri vardır. Eyni zamanda o iş materiallarının bir-neçə dənə ekspert rəyləri vardır, əvvəlki rəylər absurd rəylər idi, gəlmədən baxmadan rəylər qəbul olub. Sonuncu rəyi haradasa qənaətbəxş hesab etmək olar, ancaq bununla tam razı deyildir. Çünki aydın məsələdir ki, ekspert burada ölçü-biçini düzgün aparmayıbdır və üçüncü sualda yazıb ki, digər tərəfdən yuxarı hissəsində, şimal küncündən yolun verilməsi mümkündür, ancaq texniki cəhətdən mümkün deyil, tikililər vardır. Hansı tikililərdən bəhs olunur. O, elektron sistemə özü şəkillərini çəkmişdir, yerləşdirmişdir. Orada hər hansı bir tikilinin mane olduğu görünürmü, yoxdur. Elə bir tikili yoxdur. Onlar künc hissədən, yanaşı yoldan verir, haradan istəsə verirlər. Ancaq mülkiyyətin ortadan bölünüb verilməsinə qətiyyən razı deyildirlər. Çünki bu mülkiyyətin bütöv istifadəsini mümkünsüz edir. Ona görə də, onlar həmin istiqamətdən deyil, yenə də məhkəmədən bildirirlər ki, yuxarı küncdən, aşağı küncdən yolun verilməsi, ikinci dərəcəli yoldan, baş yola çıxış hissəsindən, hər bir tərəfdən verə bilərlər. Ancaq daha orta hissədən qəbul olunan deyil. Orta hissədən, yəni iddiaçının sırf istədiyi yerdən yol verildiyi halda bu artıq altı sot hissənin zəbti deməkdir. Altı sot hissədə servitutun verilməsi nə dərəcədə realdır. Beş sot, yarım sot hissədə və yaxud iki sot hissədə servitutun müəyyən olunması mümkün olduğu halda 6 sot hissədə servitutun verilməsi nə dərəcədə realdır ki, iddiaçı restoran biznesi ilə məşğul olacaq və onların gəliri olmayacaqdır. əvvəlki proseslərdə də, demişdir ki, yaxşı, düzgün xidmət göstərən restoranlara, məsələn Şahdağ restoranı dağın başında da gedirlər, müştərisi də olur. Düşünür ki, digər hissələrdən verilməsi mümkündür. Əgər mülkiyyətə mane olmadan bunu etmək mümkündürsə nə üçün mülkiyyəti tam bölməklə bunu həyata keçirsinlər. Ona görə də, iddiaçının dediyi hissədə bölünməsinə razı deyildirlər, ancaq digər hissədə onlar əvəllər də təklif etmişlər, təklifləri də keçərlidir. Hesab edirlər ki. iddia tələbi sırf iddiaçının dediyi hissədən yolun verilməsi ilə bağlı hissədə əsassızdır. Digr hissələrdən verilməsinə etiraz etmirlər. Təbii ki, servitut olmalıdır, gedişi gəlişi olamldıır, sabah yanığın hadisəsi ola bilıər, servitut hüququ olmalıdır. Ancaq haradan olmalıdır. Bundan əlavə də servitutu istəyirlər, ancaq məbləğ də yoxdur, hansı məbləğdir, bunu da qeyd etmirlər. Ona görə də, istəyərdilər ki, iddia təmin edildiyi halda da, ədalətli olaraq bir qərar çıxarılsın və mülkiyyətçinin, yəni cavabdehin mülkiyyət hüquqları maksimum dərəcədə pozulmasın. Hesab edir ki, iddia tələbi sırf iddiaçının dediyi hissədən yolun verilməsi ilə bağlı hissədə əsassızdır. Digr hissələrdən verilməsinə etiraz etmirlər. Təbii ki, servitut olmalıdır, gedişi gəlişi olmaldır, sabah yanğın hadisəsi ola bilıər, servitut hüququ olmalıdır. Ancaq haradan olmalıdır. Bundan əlavə də servitutu istəyirlər, ancaq məbləğ də yoxdur, hansı məbləğdir, bunu da qeyd etmirlər. Ona görə də, istəyərdilər ki, iddia təmin edildiyi halda da, ədalətli olaraq bir qərar çıxarılsın və mülkiyyətçinin, yəni cavabdehin mülkiyyət hüquqları maksimum dərəcədə pozulmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh Niyaz oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, obyektə bir küncdənmi girmək rahat olar yoxsa ortadanmı. Burada da üç metrdir, üç metr nədir ki. Üç metrin kənarını hasar etdi, üstünü də bağladı, iddiaçıya o yol əl verərmi? Kənardan hazır yol verir. Düz obyektin içərisinə girir. O, tərəfdən haradasa otuz metr getməlidir, bu tərəfdən isə 10 və ya 15 metr. Yəni kənardan servitut verilməsi iddiaçıya sərfəlidir. Torpaq sahəsi alınanda obyekt girovda olmamışdır. O, vaxtı bankın müdiri Baba müəllimin xəbəri olubdur. O onlara demişdir ki, girov qoyanda bu hissəni birinci qoymuş, sonra isə bağlamaq istəmişdir. Girovda bir dənə də zavbod var idi. Demişdir ki, bunu bağlıyır, zavodu da sonra bağlasın. Demişlər ki, yox, ikisini birdən bağlasın. Bankın özünün səhvidir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışdan (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 0.60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binası iddiaçı ASC Xalq Bankının mülkiyyətinə verilmişdir. ASC X13 Zakir Niyazi oğluna göndərdiyi 19 yanvar 2022-ci il tarixli Bildirişdən görünür ki, Bankın mülkiyyətində olan qeyri-yaşayış binasının tərəfindən qanunvericilikldə müəyyən olunmuş qaydalara uyğun olaraq servitutun verilməsi üçün lazımi addımların atılmasına cavabdehə bu bildirişin təqdim olunduğu tarixdən etibarən 10 gün vaxt verildiyini, əks halda Bank tərəfindən qeyd olunan hüquqları qanunvericilik qaydasında təmin edilməsi üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. xx.xx.2022-ci il tarixli 70 №li hesab barədə məlumatdan görünür ki, ASC Xalq Bank görünür ki, notariat hərəkətləri ilə əlaqədar xidmət haqqı (surət təsdiqi)nə görə 11 manat rüsum ödəmişdir. 25 sentyabr 2022-ci il tarixli DKM/001N04A01613322/İM saylı Aqlı-satqı və İpoteka Müqaviləsindən görünür ki, müqaviləyə əsasən Qax rayonu, İlisu kəndində yerləşən 0,60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binası əsasən X3 mülkiyyətinə verilmişdir. DİN-nin BPQMi-nin MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Nəzirov X9 şəhəri, Sülh küçəsi, ev 2, mənzil 18-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/1061 10/152 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Qax rayonu, İlisu kəndi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus 0.482 ha torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına gedişgəliş yolunun təmin edilməsi üçün (servitut) iddiaçının istifadəsinə verilə biləcək torpaq sahəsinin mövcud olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilənlərə əsasən iş üzrə cavabdehə məxsus torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinə qədər eni 3 metr olmaqla torpaq sahəsi iddiaçının istifadəsinə verilə bilər. İddiaçıya məxsus torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına gediş-gəliş yolunun təmin edilməsi üçün verilə biləcək torpaq sahəsinin sxemi rəyə əlavə edilmişdir. Servitut haqqının müəyyən edilməsi X6 şöbəsinin həll etdiyi məsələlərə dairəsinə aid olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/3176 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Qərardadın 1-cü sualı üzrə qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından, həmin sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Qax rayonu, İlisu kəndi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus 0.482 ha torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına gediş-gəliş yolunun təmin edilməsi üçün (servitut) iddiaçının istifadəsinə verilə biləcək torpaq sahəsinin mövcud olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilənlərə əsasən iş üzrə cavabdehə məxsus torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinin eni 3 metr olmaqla torpaq sahəsi iddiaçının istifadəsinə verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/6250 saylı təkrar komission ekspertizasının ekspert rəyi ilə müəyyən olunur ki, Qax rayonu, İlisu kəndi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus 0.482 ha torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına gediş-gəliş yolunun təmin edilməsi üçün (servitut) iddiaçının istifadəsinə verilə biləcək torpaq sahəsinin mövcud olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilənlərə əsasən iş üzrə cavabdehə məxsus torpaq sahəsinin magistral yola çıxış hissəsindən iş üzrə iddiaçıya məxsus 0.6 ha torpaq sahəsinə qədər eni 3 metr olmaqla torpaq sahəsi iddiaçının istifadəsinə verilə bilər. Servitut haqqının müəyyən edilməsi X6 şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından həmin sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 10/1666 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Mülki iş materiallarında ilkin torpaqayırma sənədləri olmadığından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olub-olmamasını, gediş-gəliş yolunun elektron baza məlumatlarında mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2018-ci il tarixli **********92-06301 reyestr nömrəli texniki pasportun baş plan hissəsindən görünür ki, iddiaçıya məxsus olan 0,60 ha torpaq sahəsində Qax-İlisu yolu istiqamətində “A” və “B” literli tikililərin arasında “İİİ” literli qapı və “B” literli tikilinin yanında “İİ” literli darvaza mövcud olmuşdur (rəyə əlavə olunmuş sxemdə göstərilmişdir). Qərardadın ikinci sualının cavablandırılması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. İddiaçının tələb etdiyi qaydada, yəni «A» və “B” literli tikililərin arasından Qax-İlisu yolu istiqamətində sevritut qaydasında eni 3 metr olan yol veriləcəyi təqdirdə cavabdehin mülkiyyətində olan 0,482 ha torpaq sahəsi iki qeyri-bərabər hissəyə ayrılacaq və hər iki hissənin əsas yola çıxışı mövcud olacaqdır. Bundan başqa 0,60 ha torpaq sahəsinə 0,482 ha torpaq sahəsinin şimal küncündən Qax-İlisu yolu istiqamətində yol veriləcəyi təqdirdə 0,482 ha torpaq sahəsinin tamlığı pozulmur. Lakin qeyd olunan hissədə tikililər olduğundan (şəkil 2) oradan yolun verilməsi texniki cəhətdən mümkün deyildir. Cavabdehin mülkiyyətində olan 0,482 ha torpaq sahəsindən Qax-İlisu yolu istiqamətinə və məhəllədaxili yollar istiqamətində servitut qaydada 0,60 ha torpaq sahəsinə eni 3 metr olan giriş-çıxış yolunun verilməsi texniki cəhətdən mümkündür. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) Qax rayonu, İlisu kəndində yerləşən 0.60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binası iddiaçı ASC "xxxx" Bankının mülkiyyətinə verilmiş, ASC «Xalq Bank»ın Cavabdeh Niyazi oğluna göndərdiyi 19 yanvar 2022-ci il tarixli Bildiriş göndərərək Bankın mülkiyyətində olan qeyri-yaşayış binasının tərəfindən qanunvericilikldə müəyyən olunumş qaydalara uyğun olaraq servitutun verilməsi üçün lazımi addımların atılmasına cavabdehə bu bildirişin təqdim olunduğu tarixdən etibarən 10 gün vaxt verildiyini, əks halda Bank tərəfindən qeyd olunan hüquqları qanunvericilik qaydasında təmin edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC «Xalq Bank»ı Cavabdeh Niyazi oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş 31 avqust 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) əsasən iddiaçı ASC "xxxx" Bankına məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0,60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasına keçidin (piyada, nəqliyyat vasitəsilə və s.) və digər ehtiyaclarının təmin edilməsi üçün AR ƏMDK yanında DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışa (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********) əsasən Cavabdeh Niyazi oğluna məxsus Qax rayonu, İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. Keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən daimi servitut təyin edilməsi, torpaq sahəsinin magistral yola çıxış (əvvəllər nəqliyyat vasitəsinin, piyadanın və s. Keçidi üçün müəyyənləşdirilmiş) hissəsindən verilən servitutun koordinatlarının məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək müəyyənləşdirlməsi, tərəflər arasında razılıq olmadığından servitut haqqının miqdarının məhkəmənin qərarı ilə müəyyən edilməsi, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu üzrə sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, 25 sentyabr 2022-ci il tarixli DKM/001N04A01613322/İM saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Qax rayonu, İlisu kəndində yerləşən 0,60 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binası əsasən X3 mülkiyyətinə verilmişdir. Qax Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(024)-70/2023 №li qərardadına əsasən mülki iş üzrə İddiaçı ASC «Xalq Bank»ın hüquq varisi kimi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin eksperti tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmış, verilmiş 24 iyun 2025-ci il tarixli, 10/1666 saylı sonuncu təkrar komission ekspertizasının ekspert rəyə əsasən, müəyyən olunmuşdur ki, mülki iş materiallarında ilkin torpaqayırma sənədləri olmadığından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olubolmamasını, gediş-gəliş yolunun elektron baza məlumatlarında mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 20 avqust 2018-ci il tarixli **********92-06301 reyestr nömrəli texniki pasportun baş plan hissəsindən görünür ki, iddiaçıya məxsus olan 0.60 ha torpaq sahəsində Qax-İlisu yolu istiqamətində «A» və «B» literli tikililərin arasında «İİİ» literli qapı və «B» literli tikilinin yanında «İİ» literli darvaza mövcud olmuşdur (rəyə əlavə olunmuş sxemdə göstərilmişdir). Qərardadın ikinci sualının cavablandırılması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. İddiaçının tələb etdiyi qaydada, yəni «A» və «B» literli tikililərin arasından Qax-İlisu yolu istiqamətində servitut qaydasında eni 3 metr olan yol veriləcəyi təqdirdə cavabdehin mülkiyyətində olan 0.482 ha torpaq sahəsi iki qeyri-bərabər hissəyə ayrılacaq və hər iki hissənin əsas yola çıxışı mövcud olacaqdır. Bundan başqa 0.60 ha torpaq sahəsinə 0.482 ha torpaq sahəsinin şimal küncündən Qax- İlisu yolu istiqamətində yol veriləcəyi təqdirdə 0.482 ha torpaq sahəsinin tamlığı pozulmur. Lakin qeyd olunan hissədə tikililər olduğundan (şəkil 2) oradan yolun verilməsi texniki cəhətdən mümkün deyildir. Cavabdehin mülkiyyətində olan 0.482 ha torpaq sahəsindən Qax-İlisu yolu istiqamətinə və məhəllədaxili yollar istiqamətində servitut qaydada 0.60 ha torpaq sahəsinə eni 3 metr olan giriş-çıxış yolunun verilməsi texniki cəhətdən mümkündür. Bu səbəbdən də məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh Niyazi oğlunun mülkiyyətində olan 0.482 ha torpaq sahəsindən Qax-İlisu yolu istiqamətinə və məhəllədaxili yollar istiqamətində 0.60 ha torpaq sahəsinə eni 3 metr olan giriş-çıxış yolu daimi servitut olaraq verilməli və servitut daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Mülki Məcəllə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqlarından sayılır. 175.1-ci maddəsinin İ cümləsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. 255.1-ci maddəsinə əsasən Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5.Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6.Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7.Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8.Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. 258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır. 258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir. 259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. 259.2. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol verilmir. 259.3. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz mənafelərinə mütənasib surətdə çəkirlər. 259.4. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün. 260.1. Əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər. 260.2. Əgər yüklü olan daşınmaz əşyanın bölünməsi nəticəsində servitut hissələrdən yalnız birinə şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə bölgüdən sonra servitut təsir göstərmir. 260.3. Servitutda edilən bütün dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində qeyd edilir. 260.4. Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı şəxsə həmin servitutun ləğv edilməsi xahişi barəsində məlumat verməli və əgər o buna bir ay ərzində etiraz etməzsə, ləğvetməni həyata keçirməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 54-cü maddə

1. Servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır.

2. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar.

5. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.

6. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır.

7. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur.

8. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər.

9. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir.

10. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır.

11. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Konstitusiyası

13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ümumilikdə 250 manat ekspertiza xərclərinin 180 manatı Cavabdeh Niyazi oğlundan alınaraq 70 manatı isə İddiaçı AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 manatı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclər Cavabdeh Niyazi oğlundan alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********92-06301, qeydiyyat nömrəsi: **********) əsasən iddiaçı ASC "xxxx" Bankına məxsus olmuş və 25 sentyabr 2022-ci il tarixli KM/001N04A01613322/İM saylı Alqı-satqı və İpoteka Müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,60 ha torpaq sahəsinə və onun üzərindəki 242.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (yeməkxana) binasına (piyada, nəqliyyat vasitəsilə və s.) və digər ehtiyaclarının təmin edilməsi üçün AR ƏMDK yanında DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışa (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********) əsasən Cavabdeh Niyaz oğluna məxsus Qax rayonu İlisu kəndində yerləşən 0.482 ha torpaq sahəsindən daimi servitut olaraq servitut qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin eksperti tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 10/1666 saylı ekspert rəyinə əsasən, Qax-İlisu yolu istiqamətinə və məhəllədaxili yollar istiqamətində eni 3 metr olan giriş-çıxış yolu verilsin. Servitut daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 manatı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclər Cavabdeh Niyazi oğlundan alınıb İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Ümumilikdə 250 manat ekspertiza xərclərinin 180 manatı Cavabdeh Niyazi oğlundan, 70 manatı isə İddiaçı alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar