Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-508/2023 06.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosesual müddətin bərpası, X4 və X5 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv/m fərdi yaşayış evinin və 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosesual müddətin bərpası, X4 və X5 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv/m fərdi yaşayış evinin və 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri, Vidadi küçəsi ev 16, mənzil 16-da yaşayır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X1 və X5 ibarət vərəsələri vardır. Onlar 40 ilə yaxındır ki, Ukrayna Respublikasında yaşayırlar. Ukrayna Rusiya müharibəsi başlayan zaman onlar övladlarını götürüb Suriya Respublikasına getmişlər. Həmin vaxtan bəri onlarla əlaqə saxlamaq olmamışdır. Bacısı uşaqları X4 və X7 Qax şəhərində evləri var idi. Həmin əmlaka o baxmış, bütün kommunal xərclərini o ödəmişdir. Onlar öldükdən sonra o həmin əmlakı adına keçirmək istəmişdir. O, sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada ona məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosesual müddətin bərpası, X4 və X5 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv/m fərdi yaşayış evinin və 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi X8 ½ hissəsi isə X7 paylı mülkiyyətindədir. İşə əlavə edilmiş AZ-1İ № 334476 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-1İ № 334475 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-1İ № 334478 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-1İ № 334479 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 513147 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci ildə ölmüşdür. İşə əlavə edilmiş İV-ЖГ № 296251 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Сavadov Abuzər Saleh oğlu xx.xx.1991-ci ildə ölmüşdür. İşə əlavə edilmiş İV-ЖГ № 445336 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Сavadova Sevil Abuzər qızı xx.xx.1996-cı ildə ölmüşdür. İşə əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsəsi oğlu X10r və ünvan 3 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 1956-cı ildə tikilmiş, ümumi sahəsi 65.6 kv.m olan yaşayış sahəsi 43.0 kv.m olan iki otaqlı yaşayış evinin ½ hissəsində ibarətdir. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1025 saylı arayışdan görünür ki, X12 xx.xx.2023-cü ildə Suriyada ölmüş və onun vərəsələri qalmamışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1026 saylı arayışdan görünür ki, X11 xx.xx.2023-cü ildə Suriyada ölmüş və onun vərəsələri qalmamışdır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ İddiaçı Qax şəhəri, Vidadi küçəsi, ev 16, mənzil 16-da qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ Cavabdeh2 Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 8B, mənzil 3-də qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 0*******saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ Cavabdeh1 Qax şəhəri, V.Eyvazov küçəsi, ev 34-də qeydiyyatdadır. İşə əlavə edilmiş Cavabdeh2 və Cavabdeh1 imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar mərhum bacısı oğulları X4 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv.m fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi X8 ½ hissəsi isə X7 paylı mülkiyyətindədir. X12 xx.xx.2023-cü ildə Suriyada ölmüş və onun vərəsələri qalmamışdır. X11 xx.xx.2023-cü ildə Suriyada ölmüş və onun vərəsələri qalmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum bacısı oğulları X4 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv.m fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum bacısı oğullarının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X8 tam mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi X8 və X7 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X8 tam mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi X8 və X7 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X8 tam mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi X8 və X7 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-508/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-508/2023
06.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver