Məhkəmə qərarları › İş №2(024)-513/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-513/2024

10.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-513/2024 10.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər Qax rayon Notariat ofisinə və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə qarşı “əri X3 miras qalan VAZ-21043 markalı ** BE *** qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf Qax Notariat ofisinə və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək əri X3 miras qalan LADA VAZ-21043 markalı ** BE *** qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakdan özünə düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Zəyəm kəndində yaşayır. X5 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. X5 öldükdən sonra VAZ-21043 markalı ** BE *** qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Avtomaşına AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin əmlakı birgə nikah dövründə əldə etmişlər. Bildirir ki, əri öldükdən sonra mirası özü idarə edir. Hazırda avtomobil həyətlərindədir. Səhhətində problem olduğu üçün ərindən miras qalan maşından özünə düşən payı alıb müalicə olunmalıdır. Əri öldükdən sonra ondan qalan mirası sənədləşdirmək istəmiş, lakin övladları Cavabdeh1 və Cavabdeh2 arasında mübahisə olduğu üçün mirası sənədləşdirə bilməmişdir. Qax rayon Notariat Ofisinə sənədləşdirmə üçün müraciət etsə də, orada ona vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı bu haqda məlumatsız olmuş, hesab etmişdir ki, əri öldükdən sonra istənilən vaxt mirası öz adına rəsmiləşdirə bilər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, artıq aralarında mübahisə aradan qalxmışdır. Oğulları olan Cavabdeh1, Cavabdeh2 və X10 VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən özlərinə çatacaq miras paydan onun xeyrinə imtina etmişlər. Vərəsələr arasında hazırda hər hansı mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək mərhum ataları X3 miras qalmış VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakı ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiklərini və qəbul etmək niyyətlərinin olmadığını, itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadıqlarını, miras əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmiş, maraqlı tərəf Qax rayon Notariat Ofisinin və maraqlı tərəfin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, lakin AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB Şöbəsi məhkəməyə məktub ünvanlayaraq xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasına etirazı olmadıqlarını bildirmişlər. Məhkəmə işə cavabdehlərin və maraqlı tərəfin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 456 nömrəli məktubdan görünür ki, mərhum X3 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi miras şərikləri arasında ixtilafın olduğu göstərilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AC N-390821 seriyalı qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 1999-cu il olan, mühərriki 2103 ******* nömrəli, XTA210430Y0746484 Ban nömrəli, VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdən mərhum X6 mülkiyyətindədir. Xİ-ЖГ № 378098 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 atası X9, anası isə İddiaçıdır. XV-ЖГ № 398922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 atası X9, anası isə İddiaçıdır. XVİİİ-ЖГ № 250343 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası X9, anası isə İddiaçıdır. İİİ-ЖГ № 396038 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 xx.xx.1984-cü il tarixdə Qax rayon Zəyəm kənd XDS İcraayyə Komitəsi tərəfindən 23 nömrəli qeydlə nikahları qeydə alınmış, nikahdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. V-ЖГ № 436636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası Cavabdeh2 Salam oğlu, anası X8r. AZ İİ № 427537 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Salam oğlu xx.xx.2016-cı il tarixdə Qax rayonu, Zəyəm kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 07 nömrə ilə qeydiyyat aparılmışdır. AZ İİ № 427538 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə Qax rayonu, Zəyəm kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 02 nömrə ilə qeydiyyat aparılmışdır. AZ İİ № 392703 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Qax rayonu, Zəyəm kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 13 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Zəyəm kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 171 nömrəli arayışdan görünür ki, X9 31 dekabr 2023-cü il tarixdə ölmüş və onun İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ibarət vərəsələri qalmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 05/09/lS/073720-24 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüş X6 İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 ibarət vərəsələri qalmışdır. Vərəsə Cavabdeh1 imzasının həqiqiliyi Bakı şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, atası X6 xx.xx.2023-cu ildə ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir, atasının ölümündən sonra ona çatası miras payı qəbul etməyib və qəbul etmək niyyəti yoxdur, vərəsəlik hüququ haqqında şəhadətnamənin anası İddiaçı almasına etiraz etmir. X1 imzasının həqiqiliyi Qax rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, atası X6 xx.xx.2023-cu ildə ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. X2 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın özünə çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X2 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq mirasın ona çatası pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin anası İddiaçı almasına etiraz etmir. Vərəsə Cavabdeh2 imzasının həqiqiliyi Bakı şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, onun atası X6 xx.xx.2023-cu ildə ölməsindən sonra mirasın açılmasından məlumatı vardır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir, atasının ölümündən sonra ona çatası miras payı qəbul etməyib və qəbul etmək niyyəti yoxdur, vərəsəlik hüququ haqqında şəhadətnamənin anası İddiaçı almasına etiraz etmir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Qax rayonu, Zəyəm kəndində qeydiyyatdadır. İ-ИЕ № 765908 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1960-cı il tarixdə doğulmuş, atası X20, anası Minəvvər Məhəmməd qızıdır. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1986-cı il təvəllüdlüdür. AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il təvəllüdlüdür. AA0479612 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1993-cü il təvəllüdlüdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, miras qoyan, iddiaçının əri mərhum Əbülfət İbrahimovdur. Ondan qalmış miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ- 21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Məhkəmə qeyd edir ki, bu hissədə işin halları araşdırılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Şəki RQİ və TBŞ tərəfindən verilmiş AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daxildir. Digər vərəsələr məhkəməyə ərizə təqdim edərək miras əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki qəbul etmədiklərini, miras əmlakdan iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmədiklərini göstərməklə miras əmlakla bağlı niyyətlərini nümayiş etdirdiklərindən, İddiaçı Şəki RQİ və TBŞ tərəfindən AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsinə əsasən VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakda düşən payı tam müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Şəki RQİ və TBŞ tərəfindən AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsi verilmiş VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində qanun üzrə payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Şəki RQİ və TBŞ tərəfindən AC № 390821 seriyalı qeydiyyat şəhadətnaməsi verilmiş VAZ-21043 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar