Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-513/2025 05.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «reqress qaydasında pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «reqress qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 3.688 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 57 manat dövlət rüsumunun Qax rayonu, Qaxingiloy kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Qaxbaş kəndində yaşayır. 10 aprel 201-cü il tarixdə tanışı Cavabdeh "xxxx" ASC-dən kredit almaqla zamin durmuşdur. Zaminlik müddətində bir müddət krediti problemsiz ödəmişdir. Daha sonra ödəməmişdir. İş Qax rayon İcra və Probasiya şöbəsindədir. O, dəfələrlə ona pulu ödə desəmdə heç bir nəticəsi olmamışdır. Qax rayon İcra və Probasiya şöbəsi onun ölkədən çıxışına məhdudiyyət qoymuşdur. O, xəstəliyi ilə əlaqədar Gürcüstan Respublikasına getməlidir. Buna görə məcbur qalıb faizə başqa şəxsdən pul alıb krediti bağlamalı olmuşdur. "xxxx" ASC-yə 09 aprel 2025-ci il tarixdə 3.387 pul ödəmişdir. Bundan əlavə 09 aprel 2025-ci il tarixdə Qax rayon İcra və Probasiya şöbəsinə həmin məbləğin 7%-i yəni 301 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 3.688 manat pul ödəmişdir. Məhkəmədən reqres qaydasında pulu tələb etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 57 manat dövlət rüsumu ödəmişəm və qəbzi işə əlavə edir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 3.688 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 57 manat dövlət rüsumunun Qax rayonu, Qaxingiloy kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, 2011-ci ildə Cavabdeh "xxxx" ASC-də kredit götürmüş, İddiaçı də ona zamin durmuşdur. O da krediti ödəyə bilmədi, ayda 50 manat ödəyirdi. Oğlu Dima xəstə idi, xəstəliyinə görə müalicəyə getmək istəyirdi, gedə bilmirdi. Oğlunu hava limanından geri qaytarmışlar ki, ölkədən getmək məhdudiyyəti vardır. Oğlunun ayaqlarında problem var idi. Gəldi dörd il işsiz oturdu. İşləyə bilmirdi, dizləri xəstə idi. Oğlu Dima indi müalicəyə getmiş, ona da etibarnamə vermişdir. O pulu da borc götrmüşlər, onlara bir il vaxt vermişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini tam qəbul edərək izahat verərək göstərdi ki, iddianı qəbul edir. Dima ilə razılaşmışdır. O pulu ayda 50 manat olmaqla ödəyəcəkdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10 aprel 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə onunla eyni məsuliyyəti daşıyacağını öz öhdəsniə götürmüşdür. Qax rayon İcra və probasiya şöbəsinin 10 aprel 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)109/2023 №li, 31 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 4.189.58 manat məbləğində əsas kredit borcunun, 16.92 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 18.05 manat məbləğində cərimənin, cəmi 4.224.55 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 62.25 manat məbləğində dövlət rüsumun tutularaq tələbkar "xxxx" ASC-in xeyrinə ödənilməlidir. Qax Rayon Məhkəməsinin 2(024)109/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular tərəfindən borc məbləği tam olaraq ödənilmişdir. "xxxx" ASC-in Qax rayon İcra və probasiya şöbəsinə ünvanlandığı 09 aprel 2025-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borc məbləği 4.224.55 manat və 62.25 manat dövlət rüsumu borclular tərəfindən tam ödənilmişdir. "xxxx" ASC-in 09 arel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3.387 manat kredit ödənişi edilmişdir. Qax RİHB-nın Qax İngiloy İƏD-si tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qax rayonu, Qaxbaş kəndində qeydiyyatdadır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh o "xxxx" ASC-dən kredit götürən zaman İddiaçılə zaminlik müqaviləsi bağlanmış və o Cavabdeh öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə onunla birgə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı onunlaeyni məsuliyyət daşıyacağını öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini icra etməmiş və borc ödənilmədiyi üçün Qax rayon Məhkəməsinin 2(024)- 109/2023 №li, 31 yanvar 2023-cü il tarixli borclular Cavabdeh və İddiaçı müştərək qaydada 4.189.58 manat məbləğində əsas kredit borcunun, 16.92 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 18.05 manat məbləğində cərimənin, cəmi 4.224.55 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 62.25 manat məbləğində dövlət rüsumun tutularaq tələbkar "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə icra sənədi icraya yönəldilkdən sonra Cavabdeh tərəfindən borc ödənilmədiyi üçün borc İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə də Cavabdeh banka olan 3.387 manat qalıq kredit ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Eyni zamanda iddiaçı tərəfindən 301 manat məbləğində icra ödənişi ödənilmişdir. Cavabdeh məhkəmə iclaısnda iddia tələbini qəbul etdiyini göstərmişdir. Beləliklə iş materiallarında olan əsaslı və mötəbər sübutlarla və cavabdehin etirafedici izahatı ilə cavabdehin iddiaçıya 3.688 manat borcunun olması sübuta yetirilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra eldikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 3.387 manat və dəymiş zərərə görə 301 manat pul (ümumilikdə 3.688 manat) tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 3.387 manat və dəymiş zərərə görə 301 manat pul (ümumilikdə 3.688 manat) tutulsun. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 57 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-513/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-513/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver