Məhkəmə qərarları › İş №2(024)-519/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-519/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-519/2023 13.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Rəsul oğluna və maraqlı tərəf Qax rayon Polis şöbəsinə qarşı “özünə məxsus olan Qax şəhəri H.Əliyev prospekti, ev 4, mən-5-də yerləşən mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək özünə məxsus olan Qax şəhəri H.Əliyev prospekti, ev 4, mən-5-də yerləşən mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Rəsul oğlu və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və maraqlı tərəf Qax rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Qax şəhəri H.Əliyev pr ev 4, mənzil 5-də ümumi sahəsi 47.80 kv.m olan mənzili vardır. Həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. O, hazırda həmin evi oğlunun xəstəliyinə görə satmaq qərarına gəlmişdir. Həmin mənzildə onun digər oğlu Cavabdeh Rəsul oğlu qeydiyyatdadır. Lakin oğlu Ramil 2 ilə yaxındır ki, Almaniya Respublikasına ailəsi ilə birlikdə işləməyə getmişdir. Hazırda Ramil oradan notaris vasitəsi ilə ərizə göndərə bilmir. Çunki orada qeydiyyata düşə bilməmişdir. Oğlu Cavabdeh Rəsul oğlu formal olaraq ona məxsus evdə qeydiyyatdadır və həmin evlə heç bir əlaqəsi yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən özünə məxsus olan Qax şəhəri H.Əliyev prospekti, ev 4, mən-5-də yerləşən mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan reyestr nömrəsi **********08-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1145 saylı arayışdan görünür ki, İddiaçı ailə tərkib onun özündən, oğlu X4, gəlini X3 və nəvəsi X2 ibarətdir. İş materiallarında olan “Elektron Notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyytada olan şəxslərə dair məlumatlardan görünür ki, Məmmədov X7 şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********08-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh Rəsul oğlu iddiaçıya məxsus evdə qeydiyyatda olmuş, təxminən 2 ildir ki, həmin evdə yaşamır. Həmin vaxtdan sonra cavabdeh həmin evə qayıtmamış və evlə heç bir əlaqəsi olmamışdır. Cavabdeh Rəsul oğlunun həmin evdə qeydiyyatda olmasının iddiaçının evə dair hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və iddiaçının izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh Rəsul oğlu mübahisələndirilən fərdi yaşayış evini iki il əvvəl tərk etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh mənzili tərk etdikdən sonra 2 il müddət keçmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh könüllü olaraq mənzili tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə yaşadığından sözügedən evə münasibətdə hüququnu itirmişdir. Məhkəmə, cavabdehin mübahisəli mənzili tərk etməsinin səbəbləri ilə bağlı onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququndan istifadə etməməklə əslində mövcud vəziyyətlə barışdığını nümayiş etdirmişdir. İşin faktiki hallarından da aydın olur ki, cavabdeh təxminən 2 ildir ki Almaniya Respublikasında yaşayır və onun mənzildən qeydiyyatdan çıxa bilməməsinin səbəbi yaşadığı yerdə qeydiyyata düşə bilməməsi ilə əlaqədardır. Bununla da cavabdeh mənzili daimi olaraq tərk etdiyini bir mənalı olaraq təsdiq etmişdir. Cavabdehin bu müddət ərzində başqa digər yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. Bu baxımdan da Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 01 yanvar 1997-ci il tarixdən qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndnə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ— əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şərh edilən sübutları araşdırıb qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Rəsul oğlunun İddiaçı məxsus olan Qax şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh Rəsul oğlunun İddiaçı məxsus olan Qax şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 5-də yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar