Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-533/2025 22.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək həqiqətən də mərhum X2 15 mart 1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o 25 avqust 1961-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş və hazırda Qax rayonu, Qorağan kəndində yaşayır. Mərhum X2 15 mart 1956-cı ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində anadan olmuşdur. Onlar Azərbaycana 1988-ci ildə əri öldükdən sonra gəlmişlər. X2 1985-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. O, uşaqları ilə və qohumları ilə bura gəlib yaşamağa davam etmişlər. Onlar oradan gələn zaman yoldaşının doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə orada qalmışdır. Onlar hazırda miras əmlakları vərəsəlik əsasında öz adına rəsmiləşdirmək üçün Qax rayon Notariat Ofisinə müraciət etmiş, orada ondan X2nun doğum haqqında sənədinin və ölüm haqqında şəhadətnamənin sənədinin surətini tələb etmişlər. O, sənədləşmə ilə bağlı sənədlər toplayarkən doğum haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin surətinin orada qaldığını və itdiyini bilmişdir. Mərhum X2nun Doğum şəhadətnaməsinin olmaması ona müəyyən hüquqlarını həyata keçirməyə mane olur. O bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmamışdır. Hazırda mərhum X2nun doğum şəhadətnaməsini alması mümkün deyil. Odur ki, məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o həyat yoldaşının doğum haqqında şəhadətnaməsinin alnmasına görə müraciət etmişdir. Ərinin doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin oradan elə vəziyyətdə çıxmışlar ki, sənədləri götürməyə imkan olmamışdır. Çünki gecəynən oranı tərk etmişlər. Balalarını, anasını götürüb çıxmışdır. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi həqiqətən də onun kəndçisidir və Güllücə kəndində yaşamışdır. Ərizəçi mərhum X2 15 mart 1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində doğulmuşdur. Sağlığında həmin tarixi onun doğum günü kimi qeyd etmişik. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi mərhum X2 onun həmkəndlisi olmuşdur. X6 15 mart 1956-cu il tarixdə Ermənistan Respublikası Amasiya rayonunun Güllücə kəndində doğulmuşdur. Onlar dəfələrlə ailəvi olaraq həmin tarixi ad günü olaraq qeyd etmişlər. Onlar bilirlər ki, onlar Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndindən köçmüş, orada doğulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, 1954-cü il təvəllüdlüdür. X6 onların kəndində doğulub, böyüyüb, orta məktəbi kənddə bitirib. İnstituta kənddən gedib daxil olub, bitirib qayıdıb 1988-ci ilədək kənddə müəllim işləyib. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş 257060 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi nikahları 20 noyabr 1979-cu ildə 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ******* №li hərbi biletin surətindən görünür ki, X5 məxsusdur və doğum tarixi yerində tarix 15 mart 1956-cı il qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 13 may 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 №li arayışdan görnür ki, Ərizəçi 01 may 2025-ci il tarixdə Maraqlı şəxsnə müraciət edərək X2nun 1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində anadan olduğunu və orada vəfat etdiyini bildirərək doğum haqqında şəhadətnaməsini itirildiyi üçün yenidən bərpa etmək istəyilə bağlı müraciəti tərəfindən araşdırılmışdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarına əsasən: konsulluq idarələri tərəfindən icra edilir.
13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri vəkonsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
15. Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. 16.Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Lakin Ermənistan Respublikası ilə heç bir diplomatik əlaqələrin olmaması səbəbindən ərinizin doğum haqqında akt qeydinizi tərəflərindən bərpa etmək mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin X2 15 mart 1956-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində doğulmuşdur. Ərizəçi və ailəsi Azərbaycana 1988-ci ildə əri öldükdən sonra gəlmişlər. X2 1985-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunun Güllücə kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. X1 adına doğum haqqında şəhadətnamə mövcud deyildir və bu şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum haqqında akt qeydi də arxivdə aşkar edilməmişdir. X4 doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəçi müvafiq sənədləşmə işlərini həyata keçirə bilmir. Ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsini əldə etmək və ya doğum haqqında akt qeydinin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, lakin həmin orqanlarda bu mümkün olmamış və qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ərizəçinin mərhum ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını-maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 №li Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda ərizəçinin mərhum X2nun doğum haqqında şəhadətnaməsi mövcud olmasa da, onun 15 mart 1956-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində doğulması faktı, özünün kimliyi haqda müvafiq məlumatlar ərizəçinin özünün izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunduğundan, habelə ərizəçinin mərhum X2nun doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizəçinin mərhum X2nun 15 mart 1956-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllücə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
Ərizə təmin edilsin. X3, anası X15 qeyd olunmaqla, X4 15 mart 1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunun, Güllücə kəndində doğulmağına dair doğumun qeyd olunması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirheydər Zeynalov