Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-540/2024 27.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat ofisi və maraqlı tərəf İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «əri X9 miras qalan ƏMDK yanında DƏDRX tərəfindən **********77 və **********78 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu Marsan kəndində yerləşən 1.38 ha və 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaklardan X12nun payına düşən ¼ hissə miras əmlakdan ona düşən payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Qax rayon Notariat ofisi və maraqlı tərəf İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək əri X9 miras qalan ƏMDK yanında DƏDRX tərəfindən **********77 reyestr nömrəli çıxarışa əsasən verilmiş Qax rayonu Marsan kəndində yerləşən 1.38 ha və 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət ¼ hissə miras əmlakdan ona düşən ¼ hissənin ½ hissəsi payının müəyyən edilməsi və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Marsan kəndində yaşayır. X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X12 vəfat etdikdən sonra Qax rayonu Marsan kəndində yerləşən 1.38 ha və 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə **********77 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli **********78 reyestr nömrəli çıxarış verilmişdir. Bildirir ki, əri öldükdən sonra ondan qalan mirası sənədləşdirmək istəmişdir. Oğlu Cavabdeh2 ilə aralarında mübahisə olduğu üçün mirası sənədləşdirə bilmir. Əri ilə birgə nikah dövründə əldə etdikləri əmlak ərlə arvadın birgə mülkiyyəti olduğu üçün yarısı ona məxsusdur. Sənədləşmə üçün Qax rayon Notariat Ofisinə müraciət etsə də orada ona vərəsələr notariat kontoruna gəlmədikləri üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, bunu bilməmiş, elə hesab etimşdir ki, əri öldükdən sonra mirası öz adlarına rəsmiləşdirə bilər. Vərəsə olaraq daima ərinin qulluğunda durmuşdur. Özünə düşən payının müəyyən olunması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, o Qax rayon Məhkəməsinə əri X9 miras qalan ƏMDK yanında DƏDRX tərəfindən **********77 və **********78 reyestr nömrəli çıxarışlara əsasən verilmiş Qax rayonu Marsan kəndində yerləşən 1.38 ha və 0.535 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət ¼ hissə miras əmlaklardan ona düşən ¼ hissənin ½ hissəsi payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi tələbinə dair ərizə vermişdir. Hazırda MPM 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək əri X9 ƏMDK yanında DƏDRX tərəfindən **********77 və **********78 reyestr nömrəli çıxarışlara əsasən verilmiş Qax rayonu Marsan kəndində yerləşən 1.38 ha və 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaklardan X12nun payına düşən ¼ hissə paydan ona düşən məcburi payın müəyyən edilməsi və mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər və maraqlı tərəfin nümayəndəsi gəlməmiş, Cavabdeh2 əvvəlki məhkəmə baxış iclasında iştirak etsə də, məhkəməyə teleqram göndərərək sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının başqa vaxta təyin edilməsini xahiş etmiş, digər cavabdeh Qax rayon Notariat ofisinin və maraqlı tərəfin nümayəndəsi gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, ərindən miras qalan əmlakdan cavabdehə düşən payın verilməsinə etiraz etmir. Miras əmlakdan qalan pay özlərinə məxsusdur. Qızı və evdə yaşayan oğlu mərhum atalarından miras qalan paydan onun xeyrinə imtina edirlər. Cari ildə də bağın fındıq məhsulunu yığa bilməmişlər. Cavabdeh onların fındıq məhsulunu yığmış, onları bağdan qovmuşdur. Mərhum əri sağlığında cavabdehə payını vermişdir. Ölçü işləri aparılarkən cavabdehə 34 faiz pay düşürdüsə, 12 faizinin də verilməsini demişdir. Cavabdehin 46 faiz payı verilmişdir. Bundan başqa mərhum əri cavabdehə 19 faiz açıq torpaq sahəsini də vermişdir. Lakin cavabdeh atasının payının da onun olduğunu bildirərək gəlib fındıq məhsulunu yığmış, onu da bağdan qovmuşdur. Cavabdeh2 iştirak etdiyi 05 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, kənd bələdiyyəsi onu anasının yanına göndərmişdir ki, bu məsələni dağa-daşa salmasınlar. Əgər qanunidirsə mərhum qardaşının vərəsələri də bu işə cəlb olunmalıdır. Həm də bu söhbətin uzanmasını istəmir. Bələdiyyə sədri anası ilə danışdıqdan sonra, onların məsələlərinin qanuni həll edilməsini istədiklərini bildirmişdir. Qardaşının vərəsələri də bu işə cəlb olunsa məsələ uzanır. O isə mübahisənin uzanmasını istəmir. Atasının payından da öz payını götürəcək, evdən və həyətyanı torpaq sahəsindən atasına düşən payı da qəbul edəcəkdir. Bu barədə ərizə ilə müraciət edəcəkdir. Əgər iddiaçı onun dediyi ilə razıdırsa bu məsələ notarius və məhkəmədə həll olunmalı məsələ deyil, öz aralarında razılaşmalıdırlar. Evdən və məhlədən imtinaya da qol çəkə bilər. Həmin yerdə 12 sot torpaq sahəsi var. Həmin torpaq sahəsindən də imtina edir. Bunun əvəzində isə bağından pay götürəcəkdir. Əgər məslənin qanuni həll edilməsini istəyirlərsə həyətdə onun 12 sot torpağı vardır, həmin topağı ona qaytarsınlar. Çünki həmin 12 sot torpağın dəyərinin əvəzinə o bağdan pay götürmüşdür. Ona da iddiaçı və digər qardaşı razı olmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X5 məhkəməyə ünvanladığı ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalan ƏMDX yanında DƏDRX tərəfindən verilmiş **********77 reyestr nömrəli çıxarışa əsasən 1.38 ha və **********78 reyestr nömrəli çıxarışa əsasən 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət ¼ hissə miras əmlakı faktiki qəbul etmişdir. X3 miras qalan əmlakdan anası İddiaçı qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə almasına etiraz etməmişdir. X16 məhkəməyə ünvanladığı ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalan ƏMDX yanında DƏDRX tərəfindən verilmiş **********77 reyestr nömrəli çıxarışa əsasən 1.38 ha və **********78 reyestr nömrəli çıxarışa əsasən 0.535 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət ¼ hissə miras əmlakı faktiki qəbul etmişdir. Hazırda anası (iddiaçı) ilə birlikdə yaşayır və miras əmlakı anası ilə birlikdə idarə edir. X3 miras qalan əmlakdan anası İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 452 nömrəli məktubdan görünür ki, X2 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olması göstərilmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 05/09lS/090041-24 saylı arayışdan görünür ki, X13 arvadı İddiaçı, qızı X17, oğulları Cavabdeh2 və X14 ibarət vərəsələri qalmışdır. Vİ-ЖГ № 408547 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X6 nikahları 3 ferval 1995-ci ildə bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeydiyyat aparılmış və Gülafət Kazımova ərinin Hacıyeva soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha torpaq sahəsi Cavabdeh2, X24, İddiaçı və X18 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahəsi Cavabdeh2, X24, İddiaçı və X18 ümumi birgə mülkiyyətindədir. İ-ИЕ 472630 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə İddiaçı arasında 30 noyabr 1971-ci ildə nikah bağlanmış, bu barədə 3 nömrə ilə qeydiyyat aparılmışdır. V-ЖГ № 437136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 atası X24, anası isə X4r. № 351155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 atası X24, anası isə X4r. İİİ-ЖГ № 326629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası X24, anası isə X4r. İİ-ЖГ № 482516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X24, anası isə X4r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 3-16-5/8-69- 236/2024 nömrəli doğum haqqında arayışdan görünür ki, Kazımova (Hacıyeva) Suraya İskəndər qızının anası X1r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 3-16-5/8-69- 240/2024 nömrəli doğum haqqında arayışdan görünür ki, X6 atası X24, anası isə X4r. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli № 3-16-5/8-69- 237/2024 nömrəli ölüm haqqında arayışdan görünür ki, X21 xx.xx.1976-cı ildə Qax rayonu Marsan kəndində ölmüşdür. Ölüm haqqında AZ-İİ № 334412 saylı şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 16 may 2023-cü il tarixdə 157 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Turaclı kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 217 nömrəli arayışdan görünür ki, X24 xx.xx.2023-cü ildə ölmüş, onun həyat yoldaşı X7, qızları X21 (ölmüşdür), X19, oğulları X26, Cavabdeh2 və X11 (ölmüşdür) ibarət vərəsələri qalmışdır. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Marsan kəndində kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 mərhum atasından miras qalan pay torpaq sahəsindən və evdən özünə düşən payının verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatları dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X24 xx.xx.2023-cü ildə ölmüşdür. Mərhumun həyat yoldaşı İddiaçı, qızları X21 (ölmüşdür), Kazımova (Hacıyeva) Gülafət Kazım qızı, oğulları X26, Cavabdeh2 və X11 (ölmüşdür) ibarət vərəsələri qalmışdır. X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahələri miras qalmışdır. X28 və Gülafət Kazımova (Hacıyeva) məhkəməyə ərizə verərək X2 miras qalmış əmlaklardan özlərinə çatası paydan anaları İddiaçı xeyrinə imtina etmişlər. Digər vərəsə Cavabdeh2 isə miras əmlaklardan ona çatacaq qanun üzrə və məcburi paydan imtina etməmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2023-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı və cavabdeh tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının və cavabdehin izahatlarından, digər vərəsələrin miras əmlakları faktik iqəbul etmələri və miras əmlaklardan iddiaçının xeyrinə imtina etmələri barədə ərizələrindən də görünür ki, mərhum Kazım Kazımovun bütün vərəsələri miras əmlakı istifadə və idarə etməklə faktiki qəbul etmişlər, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə etiraz daxil olmamışdır. Eyni zamanda iş materiallarından bəlli olur ki, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizəsində məhkəməyə miras əmlakdan ona düşən məcburi payın verilməsi barədə tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından bəlli olur ki, əslində onun tələbi miras əmlakdan özünə düşən qanun üzrə pay tələbindən ibarətdir. Çünki miras əmlaklara dair miras qoyan tərəfindən vəsiyyətnamə verilməmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha torpaq sahəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumun vərəsələri mərhumun həyat yoldaşı İddiaçı, qızı X19, oğulları X27 və Cavabdeh2 ibarətdir. Mərhumdan qalmış miras qanun üzrə keçir və bu səbəbdən miras qalmış paylar qanun üzrə vərəsəlik hüququ əsasında müəyyən edilməlidir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, miras əmlakdan oğlu Cavabdeh2 qanunla nəzərdə tutulmuş payının verilməsinə də etiraz etmir. Ona görə də, vərəsə Cavabdeh2 tərəfindən miras əmlakdan pay tələbi ilə bağlı məhkəməyə ərizə təqdim edilsə də, o miras əmlakdan pay tələbi barədə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Lakin buna baxmayaraq miras əmlak üzərində onun qanun üzrə vərəsəlik hüququnun olması və onun payının açıqda saxlanılması məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha torpaq sahəsində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahəsində Cavabdeh2, X24, İddiaçı və X18 ümumibirgə mülkiyyətindədir və mülkiyyətçilərin payları müəyyən olunmadığı üçün hər birinin payı ¼ hissə təşkil edir. Həmin torpaq sahələrindən mərhum Kazım Kazımovun payına münasibətdə iddiaçının qanun üzrə payı müəyyən olunmalıdır. Bu səbəbdən də həmin torpaq sahələrindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı qanun üzrə miras payı 1/16 hissə təşkil edir. Miras əmlaklardan Cavabdeh2 qanuni payı ümumilikdə 1/16 hissə təşkil edir. Miras əmlakdan X28 (1/16 pay) və Gülafət Kazımovanın (Hacıyeva) (1/16 pay) öz paylarından İddiaçı xeyrinə imtina etmələri nəzərə alınmaqla miras əmlaklar üzərində İddiaçı payı 3/16 hissə, bötüv miras hissəsində isə Sürəyya Kazımovanın payı 7/16 hissə (1/4 pay + 3/16 pay = 7/16 pay), digər vərəsə Cavabdeh2 payı isə 5/16 hissə (1/4 pay + 1/16 pay = 5/16 pay) təşkil edir. Məhkəmə qeyd edir ki, mərhum ərindən miras qalmış əmlakların İddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır. Beləliklə X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahələrinin hər biri üzərində İddiaçı qanun üzrə miras payları 7/16 hissə müəyyən edilməli, miras əmlaklardan hər biri üzərində Cavabdeh2 qanun üzrə payı 5/16 hissədə müəyyən edilməli və açıqda saxlanılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. X2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən Cavabdeh2, X24, İddiaçı və X18 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahələrinin hər biri üzərində İddiaçı qanun üzrə miras payları 7/16 hissə müəyyən edilsin. Miras əmlaklardan hər biri üzərində Cavabdeh2 qanun üzrə miras payları 5/16 hissədə müəyyən edilsin və açıqda saxlanılsın. İddia ərizəsini verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-540/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-540/2024
27.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver