Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-542/2023 20.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosesual müddətin bərpası, X1 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və X2ndan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətimə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosesual müddətin bərpası, atam X8 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və X2ndan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və maraqlı tərəflər Qax rayon Notariat ofisinin notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri İ.Nəsimi küçəsi ev 2 a, mən 3 yaşayır. X2 xx.xx.2008-ci il tarixdə və atası X19 xx.xx.2009-ci il tarixdə vəfat etmişdir. X1 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və X2ndan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras qalmışdır. Anası və atası öldükdən sonra o mirası idarə edir. O, mərhum valideyinlərindən qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini məsləhət gördülər. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, valideyinləri öldükdən sonra mirası qəbul etmiş sayılır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosesual müddətin bərpası, atam X8 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və X2ndan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0445, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi X11 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-0446, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İşə əlavə edilmiş AZ-İ № 390450 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 302269 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh, X3, X15, X5 atası X19, anası isə X6r. İşə əlavə edilmiş doğum haqqında Arayışdan görünür ki, Davidova (Camalova) Seyran Mahmud qızının atası X19, anası isə X6r. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1141 saylı arayışdan görünür ki, İddiaçı oğulları İddiaçı oğli, Cavabdeh, qızıları X16, X12, X18 və X13 ibarət vərəsləri vardır. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 1142 saylı arayışdan görünür ki, X10 oğulları İddiaçı oğli, Cavabdeh, qızları X16, X12, X18 və X14 ibarət vərəsləri vardır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki¸ İddiaçı Qax şəhəri, İ.Nəsimi küçəsi, döngə 3, ev 2A-da qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki¸ Cavabdeh Qax şəhəri, C.Cabbarlı küçəsi, döngə 1, ev 6-da qeydiyyatdadır. İşə əlavə edilmiş X18, X12 və Cavabdeh imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar mərhum ataları X8 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və anaları X4 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş X20 və X7 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar mərhum ataları X8 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və anaları X4 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etmədiklərini göstərmişlər. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 23 iyul 2023-cü il tarixli № 530 və 531 saylı məktublarından görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0445, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi X11, JN-0446, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi X9 mülkiyyətindədir. X19 xx.xx.2009-cu, X17 xx.xx.2008-ci ildə ölmüş, onların oğulları İddiaçı oğli, Cavabdeh, qızıları X16, X12, X18 və X14 ibarət vərəsləri qalmışdır. Həmin vərəsələrdən X18, X12, Cavabdeh , X20 və X16 mərhum ataları X8 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən və anaları X4 Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan ona düşən payın ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinlərinin vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0445, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi və X9 mülkiyyətində olan JN- 0446, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində iddiaçı Mahmud Camalovun qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0445, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi və X9 mülkiyyətində olan JN-0446, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etmək üçün miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-0445, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 mülkiyyətində olan Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsi və X9 mülkiyyətində olan JN-0446, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.47 ha torpaq sahəsindən ibarət miras əmlaklar üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-542/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-542/2023
20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver