Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-544/2023 26.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim: Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisi və maraqlı şəxslər Maraqlı şəxs1, X3, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 qarşı “Miras qəbul edilməsi müddətinin bərpa edilməsi tələbi” -nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisi, maraqlı şəxslər Maraqlı şəxs3 və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək, X1 vəsiyyətnamə ilə miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin ötürülməsi səbəbini üzrlü sayılıb buraxılmış müddətin bərpa olunmasına dair qətnamə qəbul edilməsini, müvəqqəti təmin tədbiri olaraq, Qax rayonu, Əmircan kəndindəki yerləşən mərhumə X4 və mərhum X2 ümumi birgə mülkiyyətindəki miras kütləsinə daxil olan fərdi evin və 0.15 ha həyatyanı torpaq sahəsinin giriş-cıxışına məhdudiyyət qoyulması, həmin miras kütləsinə dair notariat hərəkətlərinin aparılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Qax rayon Notariat ofisi və maraqlı şəxslər Maraqlı şəxs1, X3, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 qarşı “Miras qəbul edilməsi müddətinin bərpa edilməsi tələbi” -nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən və ya alındıqdan sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-544/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-544/2023
26.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver