Məhkəmə qərarları › İş №2(024)-545/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-545/2023

22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-545/2023 22.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, X6 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, nənəsi X2 miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın mülkiyyətinə verilməsi verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, nənəsi X2 miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Qaxingiloy kəndində yaşayır. Atası X7 xx.xx.2016-ci il tarixdə və nənəsi X8 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Nənəsi X8da yerləşən 0.4 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Nənəsi öldükdən sonra o mirası idarə edir. O, nənəsindən miras qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada ona mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməsini məsləhət gördülər. O, bunu bilməmiş, elə hesab etmişdir ki, nənəsi öldükdən sonra mirası qəbul etmiş sayılır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, nənəsi X2 miras qalan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-504F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 atası X9 anası isə X10. İşə əlavə edilmiş AZ-İ № 778724 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 811 saylı arayışdan görünür ki, X8 xx.xx.1993-cü ildə ölmüş və onun nəvələri İddiaçı və X5 (xx.xx.2020-ci ildə ölmüşdür) ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki¸ İddiaçı Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-504F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsi X3 mülkiyyətindədir. X8 xx.xx.1993-cü ildə ölmüş və onun nəvələri İddiaçı və X5 (xx.xx.2020-ci ildə ölmüşdür) ibarət vərəsələri qalmışdır. X1 Qriqoriy Rafoyeviç xx.xx.2016-cı ildə ölmüşdür. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-504F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsi sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-504F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-504F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.04 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar